Bakı Texniki Kollecinin müəllimi Hüseynli


KÜCƏ PEREQONLARININ HƏRƏKƏTİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə82/104
tarix14.12.2023
ölçüsü5,01 Kb.
#179104
növüQaydalar
1   ...   78   79   80   81   82   83   84   85   ...   104
KÜCƏ PEREQONLARININ HƏRƏKƏTİ
BURAXMA QABİLİYYƏTİ 
 
 
Hərəkəti buraxma qabiliyyəti
dedikdə, hərəkətin təhlükəsizliyini təmin 
edən, hər bir konkret şəraitdə yolun hərəkət hissəsinin vəziyyəti, hərəkətin sıxlığı 
və digər yol şəraitləri ilə müəyyən edilmiş ən böyük sürətlə yolun en kəsiyindən 
vahid zaman ərzində keçə biləcək avtomobillərin maksimum sayı başa düşülür

Yolun hərəkəti buraxma qabiliyyəti öz mahiyyəti etibarilə nəqliyyat axınla-
rının xidmət göstəricisidir. Onun qiymətinə yolun hərəkət hissəsinin parametrləri, 
avtomobillərin texniki-istismar xarakteristikaları, yol hərəkətinin texniki nizamla-
ma vasitələrinin növü və sayı, ətraf mühitin müəyyən elementləri və s. təsir gös-
tərir. Burada sürücülərin nəqliyyat vasitələrini idarə etmə xarakterini də nəzərdən 
çıxarmaq olmaz. Belə ki, əgər sürücüləri avtomatik idarə etmə sistemləri ilə əvəz 
etsək, hərəkəti buraxma qabiliyyəti 5

8 dəfə artar. Ən böyük buraxma qabiliyyəti 
nəzəri buraxma qabiliyyətidir. Onu təyin etdikdə aşağıdakı sadələşdirmələr nəzərdə 
tutulur: 
-avtomobillər eyni tiplidir, yəni nəqliyyat axınları bircinslidir; 
-avtomobillər eyni sürətlə və bərabər ara məsafələri ilə hərəkət edirlər; 
-avtomobillər bir-birinin ardınca cərgə ilə hərəkət edir, heç bir manevr və 
ötmə əməliyyatları yerinə yetirilmir. 
Bu cür hərəkət şəraitlərinə təcrübədə rast gəlinməsi ehtimalı çox azdır. Ona 
görə də istər ölkəmizdə, istərsə də xarici ölkələrdə buraxma qabiliyyətini təyin 
etməyin müxtəlif üsul və nəzəriyyələri işlənmişdir. Bu tədqiqatlara əsasən hərəkəti 
buraxma qabiliyyətinin aşağıdakı növlərini ayırırlar: 
nəzəri, nominal, normal, 
səmərəli, xüsusi, təcrübi və faktiki buraxma qabiliyyətləri. 
Hərəkətin təhlükəsizliyinin təmin olunması şərti ilə maksimum hərəkət 
sürətini təmin edən hərəkəti buraxma qabiliyyəti optimal buraxma qabiliyyəti ad-
lanır. 
Hərəkəti buraxma qabiliyyətinin nəzəri qiymətini təyin etmək üçün müxtəlif 
riyazi modellərdən istifadə olunmuşdur. Bu modellər dinamiki və ehtimal model-
ləridir. Intensiv nəqliyyat axınlarında dinamiki model daha dəqiq nəticələr almağa 
imkan verir. 
Hərəkəti buraxma qabiliyyətinin hesablanması üçün riyazi modellər yolun 
pereqon hissələri və yol ayrıcları üçün işlənmişdir. Ona görə də istər bir hərəkət 
zolağının, istərsə də bütövlükdə yolun hərəkət hissəsinin hərəkəti buraxma qabiliy-
yətini təyin etdikdə onun qiymətəlri pereqon üçün və yol ayrıcı üçün müəyyən 
edilir. Yol ayrıcının hərəkəti buraxma qabiliyyətindən danışdıqda nizamlanmayan 
və nizamlanan, həmçinin dairəvi və digər hərəkət açılmalarının hərəkəti buraxma 
qabiliyyəti nəzərdə tutulur. 
Pereqonlarda yolun hərəkəti buraxma qabiliyyətini təyin etmək üçün əvvəlcə 
yol ayrıclarının təsiri nəzərə alınmadan bir hərəkət zolağının hərəkəti nəzəri bu-
raxma qabiliyyəti təyin edilir. Bir hərəkət zolağının hərəkəti nəzəri buraxma 
qabiliyyətini təyin etmək üçün 28.1 saylı
şəkildə göstərilmiş sxemə nəzər salaq.

L

L



Əgər avtomo-billərin hər birinin 1-kəsi- 
yindən keçmə müddətini T ilə işarə et- 
sək, onda bir saat daxilində T interval- 
larının sayı (yəni 1 saat ərzində baxı- 
lan kəsikdən keçə biləcək avtomobil- 
lərin sayı) aşağıdakı düsturla təyin
edilə bilər:
Т
1
Н
б
=

Əgər 
Т
–ni saniyə ilə ifadə etsək, 
Т
3600
Н
б
=
alarıq. 
Avtomobillərin hərəkət sürətlərini 
а
В
qəbul etsək, onda hər bir avtomobilin 
dinamiki qabaritə bərabər məsafəni keçmə vaxtı 
Т
aşağıdakı kimi hesablanar:

а
В
Т
d
L
=

Onda, 
д
а
б
Л
3600В
Т
3600
Н
=
=
,
Əgər 28.1 ifadəsində 
а
В
km/saat
-la verilmişsə, onda, bir hərəkət zolağının 
nəzəri buraxma qabiliyyəti üçün aşağıdakı ifadəni alarıq: 
д
а
б
Л
1000В
Н
=

ədəd/saat
.
д
Л
-nin qiymətini təyin etmək üçün müxtəlif modellərə baxılır. 
б
Н –nin 
qiymətini böyük sürətlərdə hərəkətin təhlükəsizliyinin daha yüksək olması 
şərtindən tapsaq (arxadakı avtomobilin tam tormoz yolu nəzərə alındıqda) alarıq:
(
)
0
а
2
а
р
а
а
д
а
b
л
л
и
254
В
к
3,6
т
В
1000В
Л
1000В
N
+
+

+
=
=

е
,
Burada 
и
-yolun uzunluq mailliyi; yoxuşlarda “
+
”, enişlərdə isə “

“ işarə 
qəbul edilir; 
а
л
- avtomobilin statiki uzunluğu olub, minik avtomobilləri axını üçün 
а
л
=5 m götürülür. 
0
л
-arxadakı avtomobil tam dayandıqdan sonra onunla qabaqdakı 


avtomobil arasındakı ehtiyat ara məsafəsidir. Hesabatlarda adətən, 
0
л
=1


m
gö-
türülür. 
Qabaqdakı avtomobil qəfil tormozlandıqda və avtomobillərin tormoz 
keyfiyyətləri eyni olmadıqda 
д
Л
-ni təyin etmək üçün avtomobillərin tormoz yolla-
rının və ya təcillərinin fərqi nəzərə alınmalıdır. Yəni:
(
)
,
0
а
1
2
2
а
р
а
0
а
Т1
Т2
р
а
д
л
л
j
1
j
1
2
В
т
В
л
л
С
С
т
В
Л
+
+







+
=
+
+

+
=
(28.4) 
Burada, 
Т2
С
və 
Т1
С
-uyğun olaraq arxadakı və qabaqdakı avtomobillərin 
tormoz yolları, 
2
j
və 
1
j
-uyğun olaraq arxadakı və qabaqdakı avtomobillələrin 
tormozlama zamanı təcilləridir. 
Qeyd edək ki, (28.3) düsturu ilə hesabat apardıqda 
д
Л
–nin dəyişməsi 
kvadratik xarakter daşıdığından buraxma qabiliyyətinin sürətdən asılı olaraq 
artması da məhdudlaşır. (28.4) ifadəsi ilə tapılmış 
д
Л
-nin qiyməti intensiv 
nəqliyyat axınlarında sürücülərin daha kiçik ara məsafələrini saxladığını nəzərə alır 
və bu halda buraxma qabiliyyətinin qiyməti daha da artmış olur.
Avtomobillərin tormoz yolları və sürücülərin reaksiya vaxtı eyni olduqda 
dinamiki qabarit avtomobilin öz uzunluğu 
а
л , reaksiya vaxtı 
р
т
, gedilən yol 
р
а
т
В
və ehtiyat ara məsafəsindən 
0
л ibarət olduğundan, xətti xarakter daşıyır. Bu isə 
sürətin artması ilə buraxma qabiliyyətinin daimi artmasına səbəb olur. Bu model 
avtomatik idarəetmə şəraitlərinə daha yaxındır. 
Təcrübədən təyin edilmiş buraxma qabiliyyətinin qiyməti yüksək olub 2000 
ədəd/saat
-a çatır ki, bu da sürücülərin daha
Cədvəl 28.1 
kiçik ara məsafələri saxlaması ilə izah olunur. Praktiki hesabatlar üçün hərəkəti bu-
raxma qabiliyyətinin 28.1 saylı cədvəldəki qiymətlərindən istifadə etmək olar. 
Adları 
Ilişmə əmsalı 
0,6-0,7 
0,3-0,4 
0,2-0,3 
0,1-0,2 
Axının xarakterik 
hərəkət sürəti, km/saat 
80-120 
60-80 
40-60 
30-40 
Bir hərəkət zolağının 
buraxma qabiliyyəti 
1200-1600 
1000-1350 
1000-1350 
900-1300 



Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin