Bakı Texniki Kollecinin müəllimi Hüseynli


Hərəkətin modelləşdirilməsi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə80/104
tarix14.12.2023
ölçüsü5,01 Kb.
#179104
növüQaydalar
1   ...   76   77   78   79   80   81   82   83   ...   104
Hərəkətin modelləşdirilməsi
dedikdə, hərəkət prosesini fiziki və riyazi 
üsullarla əks etdirmək başa düşülür. 
Fiziki modelləşdirmə üsuluna misal olaraq yol elementlərinin müxtəlif 
maketləri üzərində hərəkətin tədqiqini və ya meydança (“poliqon”) sınaqlarını 
göstərmək olar. 
Nəqliyyat axınlarının riyazi yazılışına əsaslanan riyazi modelləşdirmə 
(hesablama eksperimenti) böyük əhəmiyyətə malikdir. EHM-lər yüksək iş sürətinə 
malik olduqlarına görə çoxlu sayda amillərin müxtəlif parametrlərin dəyişməsinə 
təsirini kiçik vaxt müddətlərində tədqiq etmək və hərəkətin optimal surətdə idarə 
edilməsi üçün lazımi məlumatları əldə etmək olur. Belə məlumatları canlı müşahidə 
üsulları vasitəsilə almaq mümkün deyildir. 
EHM-in köməyi ilə hesablama təcrübəsi (eksperimenti) obyektin modeli 
anlayışına əsaslanır. Obyektin modeli dedikdə verilmiş konkret sistemə uyğun olan 
və real şəraitlərdə onu lazımi dəqiqliklə əks etdirən riyazi yazılış başa düşülür. 
Hesablama təcrübəsi ucuz olub, canlı müşahidə üsuluna nisbətən sadədir və asan 
idarə olunur. O, böyük kompleks problemlərin həllinə, nəqliyyat sistemlərinin 
optimal hesabatına və tədqiqatın elmi cəhətdən əsaslandırılmış planlaşdırılmasına 
yol açır. Hesablama təcrübəsinin əsas çatışmazlığı ondadır ki, onun nəticələri qəbul 
edilmiş riyazi model çərçivəsində canlı müşahidə üsulu ilə əldə edilmiş qanunauy-
ğunluqlara əsaslanır. 
Canlı müşahidə üsulu nəticələrini öyrənməklə müxtəlif funksional asılılıqlar 
və riyazi paylanmalar alınır ki, bunların da əsasında riyazi modellər qurulur. 
Hesablama təcrübəsində riyazi modelləri analitik və imitasiya modellərinə ayırırlar. 
Analitik modelləşdirmədə sistemlərin fəaliyyət prosesləri müxtəlif funksional 
asılılıqların və ya məntiqi şəraitlərin köməyi ilə əks etdirilir. Yol hərəkəti prosesi 
çox mürəkkəb olduğuna görə onun tədqiqində daha çox sadələşdirmələr qəbul 
edilir. Ancaq, bütün bunlara baxmayaraq analitik modellər çox təqribi nəticələrə 
gətirir. Məsələni analitik yolla həll etmək mümkün olmadıqda model ədədi 
üsulların köməyi ilə tədqiq olunur.

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin