KƏSIŞMƏLƏRDƏ HƏRƏKƏTIN TƏŞKILI
Yolların və ya beləliklə də nəqliyyat və piyada axınlarının eyni səviyyədə
kəsişdiyi yerlər kəsişmələr və ya yol ayrıcları adlanır (bəzi hallarda nəqliyyat
düyünləri, açılmalar, meydanlar və s. anlayışlarından da istifadə edilir).
Nizamlamanın olması və onun yerinə yetirilməsi xarakterindən asılı
olaraq
kəsişmələr nizamlanan və nizamlanmayan olurlar. Svetoforların tətbiq olunduğu
yol ayrıcları nizamlanan yol ayrıcları adlanır. Tənzimləyici şəxsin idarə etdiyi
kəsişmələr müvəqqəti nizamlanan yol ayrıcları adlanır. Nizamlanmayan yol
ayrıclarının 3 növü vardır:
- hərəkəti təşkil olunmamış;
- üstünlüyün tətbiq olunduğu;
- dairəvi hərəkət sistemli.
Intensivliyin çox kiçik olduğu ikinci dərəcəli küçə və yolların
təşkilində
hərəkəti təşkil olunmayan yol ayrıcları tətbiq edilir. Bu yol ayrıclarında hərəkət
üstünlüyü məşhur “sağdan maneənin olmaması” prinsipinə əsaslanır. Belə yol
ayrıclarında hərəkət sürəti əsasən yandan görünmə məsafəsindən asılı olur. Bu
məsafənin və təhlükəsiz hərəkət sürətlərinin qiymətləri 35.1 saylı cədvəldə
verilmişdir.
Cədvəl 35.1
Yandan görünmə məsafəsi 20 m-dən az olan yol ayrıclarına
xüsusi diqqət
yetirilməlidir. Belə yol ayrıclarında hökmən üstünlükverici nişanlar tətbiq
edilməlidir.
Iki küçənin düz bucaq altında kəsişmələri nisbətən sadə kəsişmələrdir. Ikidən
çox küçənin kəsişmələrində piyada və nəqliyyat axınlarının hərəkətinin təşkili,
svetofor nizamlanmasının tətbiqi işi çətinləşir, nəqliyyat
ləngimələri və hərəkətin
təhlükəlilik dərəcəsi artır. Bəzi hallarda belə kəsişmələrdə, müxtəlif ciddi çatışmaz-
lıqlara malik olmasına baxmayaraq, öz-özünə nizamlanan dairəvi hərəkət tətbiq
edilir.
Orta mürəkkəb və mürəkkəb yol ayrıclarında sağa və sola dönmələr birlikdə
tətbiq edilir. Hərəkət intensivliyi böyüdükcə sağa və ya sola dönmələri ləğv
etməklə sadə kəsişmələrə keçmək lazım gəlir. Kiçik intensivliklərdə sağa dönmələr
yol ayrıcının ümumi işinə o qədər də maneçilik törətmir. Piyada intensivlikləri və
sağa dönən nəqliyyat vasitələrinin intensivliyi böyüdükdə (120 avt/saat-dan yüksək
olduqda) sağa dönmələr svetoforun əlavə seksiyaları ilə idarə olunur və onlar üçün
xüsusi hərəkət zolağı nəzərdə tutulur. Sağa dönmələrin
intensivliyi göstərilən
qiymətdən kiçik olduqda onları piyadalarla mübahisəli vəziyyətdə buraxmaq olar.
Sola dönmələrin intensivliyi kiçik olduqda (
120 avt/saat) onları qarşıdan
Yandan görmə
məsafəsi,
m
12
21
32
45
62
76
100
Buraxıla bilən
sürət,
km/saat
20
30
40
50
60
70
80
gələn düz istiqamətli hərəkətlə mübahisəli vəziyyətdə buraxmaq olar. Düz
istiqamətdə hərəkət intensivliyi böyüdükcə, bu axında kəsilmənin yaranması
ehtimalı azaldığından, sola dönən avtomobillərin hərəkət şəraiti çətinləşir. Bu halda
sola dönmələri təşkil etmək üçün əlavə nizamlama fazası təşkil edilməlidir.
Sağa və sola dönmələr üçün xüsusi zolağın nəzərdə tutulması nəticəsində yol
ayrıcının ümumi buraxma qabiliyyətindən istifadə əmsalı azalır. Ona görə də bəzi
hallarda yol ayrıcındakı sola dönmələr ləğv edilir və ya onlar yol ayrıcından kənara
köçürülür (sağa və geriyə dönmələr vasitəsilə).
Küçə və yolların kəsişmə bucaqları hərəkətin təhlükəsizliyinə böyük təsir
göstərir. Ayrılma və qovuşmalar 10–30
0
, kəsişmələr isə 90
0
bucaq altında olduqda
uyğun manevrləri yerinə yetirmək sadələşir.
Iki küçə kəsişməsində meydan təşkil olunduqda hərəkət şəraiti yüngülləşir.
Belə meydanlarda adətən düz bucaq altında kəsişmələr aradan qaldırılır.
Yol ayrıclarında mübahisəli nöqtələrin sayının
və təhlükəlilik dərəcəsinin
azaldılması üsullarından biri də kanallaşdırılmış hərəkətin təşkilidir. Hərəkətin
kanallaşdırılması dedikdə nəqliyyat axınlarının ayrılması və müxtəlif texniki
nizamlama vasitələri tətbiq etməklə ən təhlükəsiz hərəkət trayektoriyalarının
müəyyən edilməsi başa düşülür. Hərəkətin kanallaşdırılması nəticəsində mürəkkəb
yol ayrıclarında sürücülərin qarşılıqlı təsirləri yüngülləşir və sürücü öz hərəkət
istiqamətini düzgün müəyyənləşdirir. Belə hərəkəti
təşkil etmək üçün istifadə
olunan texniki nizamlama vasitəsi hərəkət hissəsinin nişanlama xətləri və
istiqamətləndirici quruluşlardır.
Kanallaşdırılmış hərəkətə ən sadə misal geniş hərəkət hissələrində hərəkət
zolaqlarının işarə edilməsidir. Bunların tətbiqi ilə hərəkət qaydaya düşür,
yolun
buraxma qabiliyyəti və hərəkət təhlükəsizliyi yüksəlir.
Istiqamətləndirici quruluşlar stasionar və müvəqqəti ola bilər. Stasionar
quruluşlara misal olaraq adacıqları, işıqlanan mayakları və çəpər dirəklərini
(körpülərdə və yol keçidlərində qarşılıqlı axınları ayırmaq üçün tətbiq edilir)
göstərmək olar. Müvəqqəti istiqamətləndirici quruluşlara isə rezin və plastik
kütlədən hazırlanmış konusları misal göstərmək olar.
Hərəkət kanallaşdırıldıqda avtomobilin təhlükəli hərəkət trayektoriyasının
ehtimalı kəskin surətdə azalır. Hərəkəti kanallaşdırmaq
üçün istifadə edilən
adacıqlarda çox zaman svetofor və yol nişanlarının dirəkləri yerləşdirilir.
“Kanallar” daxilində hərəkət zamanı yol daraldığından avtomobilin hərəkət sürəti
məcburi olaraq azaldılır ki, bu da kəsişmələrdə hərəkət təhlükəsizliyinin əsas
şərtidir. Kanallaşdırılmış hərəkətin tipik nümunəsi 35.1 saylı şəkildə göstərilmişdir.