Hərəkət sürətinin məhdudlaşdırılmasının iki əsas növü mövcuddur:
- müəyyən edilmiş məhdudiyyətlər–qanuni
qüvvəyə malik olub, riayət
olunmasına nəzarət edilir;
- təklif olunan məhdudiyyətlər–riayət olunmasına görə yol qanunvericili-
yində məsuliyyət nəzərdə tutulmur (ancaq konkret yol şəraitində əlverişli və
təhlükəsiz hərəkət sürətləri haqqında sürücülərə məlumat verir).
Müəyyən olunmuş məhdudiyyətlər hərəkət şəraitlərini xarakterizə edən
lazımi həcmdə məlumatlar əsasında qiymətləndirilir.
Bu sürətin qiyməti
müəyyənləşdirildikdə aşağıdakılar nəzərə alınmalıdır:
- NV-nin əksəriyyətinin sürəti (85% təmin edilmiş sürət, sürətin modal
diapazonu, orta texniki sürət, yolun müəyyən sahələrində NV-nin hərəkət sürətləri
haqqında məlumatlar);
- Fiziki xüsusiyyətlər (hesabi sürət, döngələrdə maksimum təhlükəsiz sürət,
yol ayrıcları arasındakı orta məsafə, yol ətrafı mağazaların sayı);
- Yol örtüyünün texniki xarakteristikası və vəziyyəti (yol örtüyündə
sürüşkən,
nahamar sahələrin, eninə qabarıqlığın olması, çiyinlərin olması və
vəziyyəti, ayırıcı zolağın olması və vəziyyəti);
- Yol hərəkətinin və onun nizamlanmasının xarakteristikaları (hərəkət
intensivliyi, dayanacaqlarda, yükləmə-boşaltma məntəqələrində avtomobillərin orta
sayı, nəqliyyat axınlarının tərkibi, dönən avtomobillərin intensivliyi və onların
nizamlama üsulları, svetoforların və digər nizamlama vasitələrinin olması, piyada
hərəkətinin təşkili).
Üfiqi əyrixətli sahələrdə təklif olunan sürət məhdudiyyətinin müəyyən
edilməsinin iki üsulu mövcuddur:
- hərəkət edən laboratoriyalarla maksimum təhlükəsiz sürətin eksperimental
tədqiqi;
- nəzəri hesabat.
Hər iki üsul səmərəlidir. Əminliyi artırmaq üçün nəzəri hesabatların
nəticələri təcrübə ilə yoxlanır.
Təcrübi üsulda meyl ölçən cihazla təmin olunmuş NV-dən istifadə olunur.
Meyl ölçən kuzovun ümumi meyl bucağını, mərkəzdən qaçma qüvvəsinin təsir
bucağını və viraжın bucağını olçür. Əyrixətli hərəkətdə təhlükəsiz sürətlər
aşağıdakı kimi seçilir:
- 14
0
meyldə sürət <32
32>
Dostları ilə paylaş: