Gön ayaqqabıların keyfiyyət ekspertizası. Gön ayaqqabıların keyfiyyətcə ekspertizası Ticarət-Sənaye Palatasının və yaxud da əmtəə ekspertizası bürosunun ekspertləri tərəfindən həyata keçirilir. Bu proses marağı olan təşkilatın və ayrı-ayrı fərdi şəxslərin sifarişləri əsasında aparılır. Adətən sifariş yazılı şəkildə ya bir dəfəlik və yaxud da uzun müddətli verilə bilər. Verilmiş sifarışə əsaslanaraq ekspertə müəyyən edilmiş formada tapşırıq hazırlanır ki, burada ekspertizanın məqsədi göstərilir. Buraya:
kontrakta və normativ sənədlərin tələblərinə əsasən malın xarici görünüşü nöqsanlarına görə keyfiyyətinin təyin edilməsi;
rast gələn nöqsanlara görə keyfiyyətin aşağı salınması faizinin müəyyən edilməsi;
ucuzlaşdırma qiymətin faizinin təyin edilməsi;
laboratoriya tədqiqatının nəticəsinə görə keyfiyyətin müəyyənləşdirilməsi aiddir.
Bir qayda olaraq, gön ayaqqabıların keyfiyyətinin ekspertizası kontraktın və normativ səmərənin texniki vəsaitlərinin tələblərinə müvafiq qaydada həyata keçirilir. Burada “Ticarət-Sənaye Palatası ekspertizasının iştirakı ilə malların kəmiyyətcə və keyfiyyətcə yoxlanılması haqqında göstəricilər” əldə rəhbər tutulur. Normativ sənədlərin tələblərinə müvafiq olaraq gön ayaqqabıları xarici görkəminə, materialına, konstruksiyasına və aktının üzünə bərkidilməsi metoduna görə təsdiq edilmiş nümunə etalona tam uyğun gəlməlidir. Bütün eyniadlı detalları ayaqqabı cütündə eyni sıxlığa, qalınlığa, formaya, ölçülərə, rəngə uyğun gəlməlidir.
Ayaqqabının üzünə və altına astarına işlədilən materiallar, kapton və aralıq detalları üçün seçilmiş termoelastik-materiallar müvafiq standart və texniki şərtlərin tələblərinə cavab verməlidir.
Qış mövsümü ayaqqabıların üzünə və astarına sərf edilən materiallar və bərkidilmə metodları-30o S şəraitində PVX-dan olan ayaqqabılar isə-20o S-li istehlak şəraitinə dözümlü olmalı, üzünün elastikliyini qoruyub saxlamalıdır. Belə ayaqqabıların astarlıq materiallarının boyağı quru və nəm halda sürtünməyə davamlı, astarlığı olmayan ayaqqabılarda gön materialının astar tərəfi səliqəli cilalanmalı, astarı süni və təbiii xəzdən olduqda tük qatı bərabər səviyyəli hündürlükdə olmalı, sap tikişinin olmaması yerlərində kənarları yaxşı yapışdırmalı, üz detalları təmiz, ləkəsiz, qırışsız, səfsiz olmalı, tikiş xətləri düz, kənardan sürüşməyən, tikiş addımları bərabər səviyyədə olmalı, üzlük və astarlıq detallarının kənarları səmərəli qatlanıb bərkidilən yerlərdə təmiz və düzgün birləşdirilən olmalı, ayaqqabının üz detalları əgər sap tikişi ilə bərkidilibsə lazımi davamlılıq tələblərinə uyğun gəlməlidir.
Ayaqqabı detalları formasının ölçüləri eninə, hündürlüyünə və uzununa görə hər iki tayında eyni olmalıdır. Ayaqqabının bərkburuq olub və bərk dabandalı detalları forma saxlamasına görə hər iki lazımi tələblərə cavab verməlidir. Ayaqqabının dabandalı detalı üst tərəfindən kənarlarına doğru 18-20 mm və yan tərəflərində 18-25 mm məsafədən başqa qalan sahəsi boyunca eyni davamlılığa malik olmalıdır. Dabandalı bərk detalı üzlük və astarlıq materialı yaxşı yapışdırılmalıdır. İçlik detalı təkcə izinin konturuna oxşar və hamar olmalı, qatlanma və qabarma yerlərində rast gəlinməməli və davamlı yapışdırılmalıdır. Ayaqqabı içliyinin pəncəyə söykənən yerində metal bərkidici elementlərinin itən ucları, qatlanmamış yerləri olmamalı, ayaqqabının və qəlibin ölçülərinə uyğun gəlməlidir. Ayaqqabının içliyinin pəncəyə yerində metal bərkidici elementlərinin itən ucları, qatlanmamış yerləri olmamalı, ayaqqabının və qəlibin ölçülərinə uyğun gəlməlidir. Ayaqqabının alt detalları bir-biri ilə birləşdirilən yerlərində boşluq olmamalı, yan tərəfləri bütün çevrəsi boyunca yeni bərabərdə kəsilməli və cililanmalı, ayaqqabının rənginə uyğun boyadılmalı, ayaqqabının daban detalı gözəl və yaraşıqlı emal edilməlidir. Altlıq materialının kənara çıxan yerləri bütün kənarları boyunca eyni ölçüdə olmalıdır. Ayaqqabı cütündə daban detalları yeni materialdan eyni rəngə eyni hündürlükdə və eyni tərtibata malik olmalıdır. Əlavə dabanaltı detalı əsas detala elə bərkidilməlidir ki, həm dözümlü və həm də yenisi ilə əvəz edilməsi mümkün olsun.
Bir qayda olaraq gön ayaqqabılarının keyfiyyət ekspertizasınun xarici əlamətlərinə diqqətlə baxmaqla nöqsanlarının olub-olmamasına görə aparılır ki, buna da orqanoleptik üsul deyilir. Bu üsulla gön ayaqqabılarının nəzərdən keçirilməsində bir neçə qaydalardan istifadə edilir.
I qayda: ayaqqabının alt üzü özünə doğru cüt halında iki əllə tutulub saxlanılır. Xarici görünüşünə baxmaqla ayaqqabının materialının növünə, rənginə, konstruksiyasına, bəzədilməsinə görə cütlüyü dəqiqləşdirilir. Əsas və bəzəkverici tikişinin yerinə yetirilməsi müəyyən edilir, üz materiallarının vəziyyəti, eyniadlı detallarının simmetriyalılığı ayaqqabı cütündə detalların əyriliyi kimi əlamətlər aşkar olunur və ayaqqabı detallarında rast gəlinən nöqsanlar ölçülür və normativ texniki sənədlərlə tutuşdurulur. Gön materiallarına əllə azacıq da olsa sıxmaqla sıxlığı və ya yumşaqlığı yoxlanılır, bərk burunaltı detalının yerləşdirilməsi vəziyyəti yoxlanılır.
II qayda: ayaqqabının dabanıözünə doğru qoşa tutulmaqla altlığı aşağı istiqamətdə saxlanılır. Diqqətlə baxmaqla ayaqqabı cütünün dabandalı qayışının və tikiş xəttinin əyriliyi müəyyən edilir; daban hissəsinin formaya salınması keyfiyyəti, dabanı və dabanaltı detalının yerləşdirilməsi vəziyyəti, rənginə görə ayaqqabı materialına uyğunluğu nəzərdən keçirilir. Əldə toxunulmaqla dabanaltı detalının bərkliyi və hündürlüyü yoxlanılır, daban detalının altlıq materialına yapışdırılması keyfiyyəti aşkar olunur.
IIIqayda; ayaqqabı cütü hər iki əldə tutulmaqla daban-dabana qoşalaşdırıb, xarici tərəfi özünə doğru olmaq şərtilə, ayaqqabı cütündə çəkmə küncünün, dabanının hündrlüyü, ayaqqabı materialında rast gələn nöqsanları aşkar edilir, birləşdirici və bəzəkverici tikişinin keyfiyyəti müəyyənləşdirilir.
IV qayda: ayaqqabı tayları altlıq materialları üz-üzə qoyulub dabanı və altlığının səthinin vəziyyəti yoxlanılır, bərkidici elementlərinin düzgünlüyü, ayaqqabının dabanı və altlığının ölçüləri nəzərdən keçirilir.
V qayda: ayaqqabı tayları alt üzü bir-birinəsöykənmək şərtilə əllə tutularaq daxili tərəfdən özünə istiqamətə çevrilir. Bu yolla ayaqqabının cütlüyü, altlıq materialının uzunu və eni, üz materialında baş verənnöqsanları, bəzəndirilməsinin keyfiyyəti, dabanın və altlıq detalınınemalı vəziyyəti birləşdirici tikişinin keyfiyyəti nəzərdən keçirilir.
VI qayda: Xarici görkəminə baxmaqla ayaqqabı tayının hər birinin materialındakı nöqsanlar, bəzədilməsindəki çatışmamazlıqlar nəzərdən keçirilir, materialının sıxlığı yoxlanılır, tikiş xətlərinin dartılması ilə sap tikişinin sökülüb-sökülməməsinə fikir verilir, qaytan altı detalının hər iki tərəfində simmetriyasına, qarmaqlarının, qaytanlarının keyfiyyətinə nəzər yetirilir.
VII qayda: bu prosesdə hər bir ayaqqabı tayı ayrılıqda yoxlanılır. Bu zaman ayaqqabının boğaz hissəsinin uzunluğu, altlığının keyfiyyəti, elastikliyi, ayağın qatlanıb əyilməsi kimi göstəriciləri nəzərdən keçirilir.
VIII qayda: ayaqqabı hər birisinin daxili tərəfi diqqətlə yoxlanılır. Xarici görkəminə baxmaqla detallarında kələ-kötürlülük, mexaniki zədələnmələr, daban daxilinin müəyyən edilmiş norma göstəricilərindən kənarlaşması kimi nöqsanların olub-olmaması aşkar edilir
IX qayda: ayaqqabının daxili hissəsində hər bir tayının markalanmasına dair məlumatların dəqiqliyi, dabandalı daxili qayışının vəziyyəti, astarlıq materialının dabandalı hissəsində yapışdırılması keyfiyyəti, qaytanaltı zolağının və qaytanın keçirilməsi üçün olan detallarının keyfiyyəti, astarlıq materialının da mövcud olan tikiş xətlərinin keyfiyyəti yoxlanılır.
Ayaqqabının uzunluğunu dabanın arxa nöqtəsindən burnunun ucuna qədər ölçməklə təyin edirlər.
Çəkmə uzunluğunun enini daban dalı daxili qayışının ortasından keçmək şərtilə çəkmə küncünün yuxarı və ön tərəfində yaratdığı bucağa qədər olan məsafəni ölçməklə təyin edirlər.
Ayaqqabı boğazının enini həm aşağıdan, həm də yuxarıdan perpendikulyar istiqamətdə ölçməklə təyi edirlər.
Dabanının hündürlüyünü ayaqqabı dabanının birləşdirildiyi yerindən döşəməyə söykənən nöqtəsinə qədər olan məsafəni təyin edirlər.
Dostları ilə paylaş: |