Tük qatının hündürlüyü. Xəzin tük qatının göstəricisi ən vacib xassə göstəricilərindən biridir. Çünki, xəz yarımfabrikatlarının istilik saxlama xassəsi tük qatının hündürlüyü ilə sıx surətdə bağlıdır. Tükün hündürlüyü xəz dəri xammalaı üçün vacib xassələrdən birisi sayılır. Tük örtüyünün hündürlüyündən asılı olaraq xəz yarımfabrikatlarının istiliksaxlama xassəsi də müəyyən olunur. Bu xassə xəz-dəri xammalı və məmulatların keyfiyyətinin və sortunun təyin edilməsində həlledici rolu vardır. Hər bir növ xəz-dəri xammalının özlərinə məxsus tük hündürlüyü göstəriciləri vardır. Bu da tük örtüyünün kryaj üzrə sortundan və dərinin topoqrafik sahəsindən asılı olur.
Tükün hündürıüyü onu duzəldib, kökündən qurtaracağına qədər olan uzunluq göstəricisi ilə müəyyən edilir. Müxtəlif növ xəz dərilərinin tük hündürlüyü 10-dan 120 mm arasında, qoyun dərilərində isə 200 mm-ə qədər ola bilir. Bəzi növ xəz yarımfabrikatlarında tükləri qayçılamaqla 12-18 mm-ə qədər çatdırla bilir.