Gön qatının kimyəvi tərkib hissələri. Gön qatının kimyəvi tərkibinin əsas göstəricilərindən sayılan rütubətin, yağın, külün, keyfiyyətinin xarakterizə edilməsində əsas amillərdəndir.
Rütubət gön qatının ümumi vəziyyətinə əsaslı təsir göstərir. Rütubət çoxaldıqca onun plastikliyi və dartılması çoxalır. Aşağı rütubət göstəricilərinə malik olan gön qatı həmişə qaba, kobud olur. Gön qatının rütubəti normal nisbi rütubətdə (50-60%) 12-16% olmalıdır. Gön qatının hiqroskopikliyinə onun tırkibində olan yağın, mineral maddələrin, aşılanma dərəcəsinin və digər amillərin böyük təsiri vardır.
Gön qatının tərkibində mineral maddələrin miqdarı onun xammalının növündən, emal üsulundan və boyanmadan asılı olur.
Dostları ilə paylaş: |