Gön qatının soyulmaya qarşı davamlılığı. Hazır məhsulun keyfiyyətinə birbaşa təsir göstərən xassələrdən biri də gön qatının soyulmaya qarşı davamlılığı sayılır. Dərinin üz qatının soyulmaya qarşı davamlılığını xüsusi dinamometrdə nümunəyə düşən qüvvənin həddinə və orta uzanma göstəricisinə görə təyin edirlər.
Gön qatının islanması.Xəz-dərilərin keyfiyyətinin qiymətləndirilməsi gön qatının islanması və yaxud da nəmlənməsi həlledici əhəmiyyətə malikdir. Belə ki, nəmləşmə gön qatının plastiki xassəsinə əsaslı təsir göstərir. Aparılan tədqiqatlardan göründüyü kimi aşılanma dərəcəsindən asılı olaraq gön qatının ərimə temperaturunun çoxalması və onun islanması azalır, rütubətə qarşı dözümlülüyü çoxalır.