qurudulmada yığılma – dəri tam açılmamamış, bükülü halda qurudulmuşdur;
çürümə - lət çürüməyə başlamış, asan cırılır və bu isə nəm yerdə qurudulma ilə bağlıdır;
yuyulmuş dəri – küllü suda çirkdən və qandan təmizlənməsi üçün yuyularkən həddindən çox isladılıb;
sınıqlar – həddindən artıq qurudulan lət qırılır, məsələn,qaragül və qaragülçə dərisinin epidermisi çatlayır
yanıq – dəri toxumalarının oksidləşmə nəticəsində dağılması, dəri piyinin parçalanması (tam yağsızlaşmayan dərilərdə) və ya saxlanılma zamanı yüksək temperatur təsiri.
Saxlanılma zamanı yaranan nöqsanlar:
lətin bir qədər öürüməsi və tüklərin “axıcılığı” quru duzlanmış dərilərin nəm yerlərdə saxlanılması səbəbindən irəli gəlir. Bu yerlərdə lətin rəngi tünd-boz olur, bəzən ləkə əmələ gəlir;