Soyulma nöqsanları - dərinin bacarıqsız və laqeyd soyulmasından (çıxarılmasından) əmələ gəlir. Bunlar aşağıdakılardır: dərinin düzgün kəsilməməsi; bıçaqla xırda deşilmələr; kəsiklər; dəridə ət, piy, ximirtçək hissələrin saxlanması; dərinin üzülməsi; yağsızlaşması. Soyulma qüsurlarına görə dərinin sortu bəzən 20% aşağı olur.
Konservləşdirilmə nöqsanları – qızartı, duz ləkəsi, yığılmış dəri, əziniklik, çat, qatlanma, hislənmiş dəri, buynuzlaşma, şeşpərləşmə, qurdyemə yerlər, kiflənmə, islanma, çürümə.
Qızartı mikrobların təsiri ilə yaranır və müxtəlif ölçüdə açıq çəhrayıdan palıdı-qırmızı, hətta qırmızı-bənövşəyi rəngə çalan ləkə şəklində olur. Qızartı nöqsanı olan dərilərin gön qatlarının üz səthi tutqunlaşır, davamsız olur.
Duz ləkələri yaş duzlama üsulu ilə konservləşdirilmiş dərilərdə, xırda-xırda; formasız 5 mm diametrli, açıq qəhvəyidən tünd palıdı rəngə çalan ləkələrdir. Bu ləkələr dana dəriləri üçün xarakterikdir.
Dərinin astar tərəfində duz ləkələri dairəvi yaşıl ləkə, üz səthində isə yaşıl ot rəngində və ya bozarmış olur.
Duz ləkələri ilə zədəli yerlərdə boyanma və yumşalma yaxşı getmir. Belə yerlərdə gön tutqunlaşır və rəngi götürmür.
Dostları ilə paylaş: |