Xırda cadarlanma – bu nöqsan şirə qatında tor təşkil edən nazik çatlardan ibarətdir. Bu saxsının genişlənmə əmsalının şirəyə nisbətən az olması nəticəsində əmələ gəlir.
Tərəddüd edilən zaman məhlul boyaqla boyanır və xırda cadarlanma aydın görünür. Xırda cadarlanma nöqsanı qabı tez çirkləndirir, mexaniki davamlılığını azalır. Hətta şirənin qopmasına və xörəyin içinə düşməsinə səbəb olur. Bütün sortlarda bu nöqsan buraxılmır.
Iz nöqsanı qabı əl və ya alətlə tutduqda əmələ gəlir. Məmulat satışa cilalanmış və ya RTŞ-inə əsasən izlər şirələnmiş halda daxil olmalıdır. Izin ölçüsü, uzunluğu və dərinliyi ilə təyin edilir.
Səpki tünd, qara, qəhvəyi, tünd göy ləkələrdən ibarətdir. Bu nöqsan çini kütləsi bişirilən zaman içində dəmir hissəciklərinin olmasından əmələ gəlir. Bu nöqsan II və III sortlarda ola bilər.
Dostları ilə paylaş: |