Baki – 2020 Mövzu Yumurta


Keçəllik - şirənin yığılması



Yüklə 0,9 Mb.
səhifə195/307
tarix10.05.2022
ölçüsü0,9 Mb.
#57268
növüMühazirə
1   ...   191   192   193   194   195   196   197   198   ...   307
2020-21. I y.il. Mühaz. Qr. ƏE-017 İstehlak mallarının ekspertizası-2

Keçəllik - şirənin yığılması. Qab şirələnməmişdən qabaq tozdan yaxşı təmizlənməməsi və ya yağlı əllə götürülməsi nəticəsində bəzi yerlərdə şirə olmur. Məmulatın yağ ləkəsi və ya toz olan yerləri şirəni qəbul etmir.

Keçəllik nöqsanının sahəsi (mm² ) ölçülür, onlar az miqdarda və kiçik ölçüdə olduqda yol verilir.



Burun və dəstəyin pozulması. Bu məmulatın gövdəsinə burun və dəstəyin bərkidilən yerində əmələ gələn çatlardır. Bunlar məmulatın gövdəsinin qurudulma zamanı qeyri-bərabər yığılıb və bişirilməsi nəticəsində əmələ gəlir. Bu nöqsan I sortdan başqa, qalan sortlarda buraxılır. Bu şərtlə ki, o məmulatın gövdəsi ilə birləşdirilən hissənin mexaniki davamlılığını aşağı salmır.

Boyağın bişməməsi və həddindən artıq bişməsi. Bu nöqsan boyanmış səthin mexaniki davamlılğını azaldır, bundan başqa boyaq tutqun və solğun olur. Bişməmiş boyaq məmulatı işlədilərkən əsasən pozulur və zəif turşu qələvilərin təsirindən xarab olur. Boyağın həddindən artıq bişməsi nəticəsində naxış yanır və ya rəngi kəskin dəyişir. I sort məmulatlarda bu nöqsana yol verilmir, qalan sortlarda az miqdarda ola bilər.

II qrup nöqsanlar məmulatın mexaniki xassəsini aşağı salır. Işlədilmə zamanı məmulatın səthi çirklənir.

III qrup nöqsanlara zibillənmə, pozulub düzəldilmiş yer, sızanaq və qovuq, deşik, basmanın yığışması daxildir.



Zibil. Bu nöqsan kütlədən və kapseldən məmulatın üzərinə düşüb, yapışan hissəciklərdən ibarətdir. Zibil nöqsanı şirənin üstündə və altında əmələ gəlir. Çini qablarda şirənin üstündə əmələ gələn zibillər çox vaxt sürtülüb rədd edilir, lakin yeri tutqun ləkə şəklində qalır. Şirənin üstündə rast gələn toza bənzər zibilə səpki deyilir.

Xal tünd boz, qara və ən çox rast gəlinən qəhvəyi nöqtələrdən ibarətdir ki, bu kütlənin tərkibində dəmir oksidinin olmasından əmələ gəlir. Məmulatın üz və arxa tərəfində bunların buraxıla bilən miqdarı göstərilir. Bu nöqsan az miqdarda buraxılır.


Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   191   192   193   194   195   196   197   198   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin