Mövzu 8. Məişət kimyası mallarının keyfiyyətinin ekspertizası
Plan:
1. Yapışqanların keyfiyyət göstəricilərinin ekspertizası
2. Yapışqanların keyfiyyətinin qorunub saxlanmasına kömək edən amillər
3. Neftin emalı nəticəsində alınan yanacaqların keyfiyyətinin ekspertizasının müasir metodlar.
4. Lak-boyaq tərkiblərinin və örtüklərinin keyfiyyət göstəriciləri
5. Əliflər, laklar, polituralar (spirtli laklar) və boyaqların ekspertizası
1. Yapışqanların keyfiyyət göstəricilərinin ekspertizası
Yapışqanların əsas keyfiyyət göstəriciləri birinci növbədə onların adgeziya daha doğrusu yapışdırma qabiliyyəti ilə xarakterizə olunur. Ən vacib keyfiyyət göstəricilərinə yapışqanların özlülüyü və həyat fəaliyyəti bəzi növ yapışqanlarda isə onlarıns suya, hərarətə, kimyəvi maddələrə və s. amillərin təsirlərinə qarşı davamlılığı aid edilir.
Bundan əlavə yapışqanlar istifadə üçün rahat olmalıdırlar. Onların saxlanma müddəti həddən artıq olmalıdır. Onların tərkibində zəhərli maddələr olmamalıdır. Bütün bu tələblər ancaq sintetik yapışqanlarda daha yaxşı yerinə yetirilir.
Yapışqanların yapışdırma qabiliyyəti standartt ölçülü lövhələri bir-birinə yapışdırmaq davamlılığı ilə təyin olunur. Bu göstəricini xüsusi cihazın köməyi ilə yapışdırlımış lövhələrin ya sürüşdürmə yaxud soymaqla-qoparmaqla kq qüvvə/sm² ilə təyin edilir. Yapışqanın özlüyü ilk növbədə onun yapışdırma qabiliyyəti ilə xarakterizə olunur. Daha doğrusu, əgər yapışqan növlərini molekula çəkisinə görə sıraya düzsək, o zaman onların yapışdırma qabiliyyəti yuxarı olduqca özlülüyüdə yuxarı olacaqdır, kollogen tərkibli yapışqan məhlulunun özlülüyü yapışdırma qabiliyyəti ilə yarıbayarıdır.
Ona görə də özlülüyünə görə kallogen yapışqanlarını sortlara bölürlər.
Yapışqanların həyat fəaliyyəti yapışqanların birləşmələrini hansı müddət ərzində istifadə olunması yararlığı ilə təiyn olunur. Bu göstərici onunla xarakterizə olunur ki, onu yapışqanların səthə çəkmək mmkünlüyü azalır. Yəni onun özlülüyü təmasından sonra saxlanma ərəfəsində tərkibindəki həllediciləri udduğu üçün o həmişəlik formaya düşür, özlülüyünü, yapışdırma qabiliyyətini itirir.
Yapışqanların tərkibində bərkidici maddələrin də artıq olması onun həyat fəaliyyətini zəiflədir. Bu göstərici çox tərkibli yapışqanların növləri üçün 1,5-2 saatdan az olmamalıdır.
Indi isə yapışqanların keyfiyyət göstəricilərinin təyini üsulları ilə tanış olaq.
Yapışqanın yaşama qabiliyyətinin təyini. Yapışqanın yaşama qabiliyyəti müəyyən müddət ərzində onun yapışqanlılığının dəyişməsi ilə müəyyən edirlər. Yapışqanın məhlulunun yapışqanlığı saxlanan zaman getdikcə artır və yapışqan məhlulu həlməşik halına çevrilir. Yapışqanın saxlama qabiliyyəti onun hazırlanma müddətindən başlayaraq hesablanır.
Saxlama qabiliyyətini hər növ yapışqan üçün ayrılıqda təyin edirlər. Məsələn, fenorformaldehid yapışqanın saxlama qabiliyyəti aşağıdakı üsullarla aparılır, 200 qr təzə hazırlanmış yapışqanın tutumu 200-300 sm³ olan stəkana tökürlər və diametri 5-8 sm olan termostatda 20º temperaturda saxlayırlar. Başlanğıc yapışqanlığı yapışqanın temperaturu 20º çatdıqda qeyd edirlər, bu qayda ilə hər 30 dəqiqədən bir o vaxtda qədər qeyd edirlər ki, maksimum yapışqanlılıq alınsın.
Yaşama qabiliyyəti çox komponentli sintetik yapışqanının 1,5-2 saatdan az olmamalıdır, kazeindən hazırlanmış yapışqan 2-6 saat, sümük və mezdradan hazırlanmış yapışqan – bir neçə gündən az olmayaraq.
Yapışqanın bərkimə müddətinin təyini. Bu göstəriciyə əsasən sintetik yapışqanlarda təiyn olunur. Bu yapışqanın əriməyən halına keçmə müddətində özünü göstərir. 0,5-2 q yapışqan götürüb qızdırılmış elektrik plitəsinin metal lövhəsi üzərinə qoyurlar, şüşə çubuqla qarışdıraraq, qızdırdıqda bərkimə müşahidə edirlər.
Sınaq temperaturu yapışqanın tərkibinə daxil olan komponentlərin təbiətindən asılı olaraq 20-150ºC arasında dəyişir.
Yaıpşqanın qatılığının təyini. Yapışqanın keyfiyyətini qiymətləndirərkən nisbi bərkliyi mühüm göstəricilərdən biri kimi hesab olunur, çünki yapışqanın yapışdırma qabiliyyəti uzunmüddətliyi onun nisbi bərkliyindən asılıdır.
Duru yapışqanın yapışqanlılığı müxtəlif cihazların köməyi ilə təiyn olunur. Bunlardan ən çox istifadə olunan Ford-Enqlerin viskozimetridir. Bu cahizla nisbi yapışqanlılıq təyin edilir. Cihazın müxtəlif diametrli ucluqları var. Yapışqanın yapışqanlılığı standarta uyğun normallaşdırılır və hər növ yapışqan üçün ayrılıqda təiyn edilir. Standarta uyğun məhlulu əvvəlcə dəmir ələkdən , sonra tənzifdən keçirərək və cihazın təmiz, quru rezervuarını iti ucluq səviyyəsinə qədər doldururuq. Rezervuarı qapaqla qapayıb içərisində isti suyun köməyi ilə sınaq üçün lazım olan temperaturu müəyyənləşdirdikdən sonra məhlulu viskozimetrin köynəyinə tökürlər. Yapışqanın sınağı üçün lazım olan temperaturu aldıqdan sonra cihazın məhlul axan hissəsinə tutumu 200 ml olan ölçücü kolba qoyuruq. Sonra diametri 2,8 mm olan qapayıcı sterjeni çıxarırlar və saniyə ölçəni işə salırlar. Axma müddətini ölçü kolbasının dar borucuğunda mayenin qabarması anında təyin edirlər.
Yapışqanlılığı aşağıdakı formulaya əsasən hesablayırlar.
Dostları ilə paylaş: |