2. Yapışqanların keyfiyyətinin qorunub saxlanmasına kömək edən amillər
Yapışqanların keyfiyyətinin təhlili zamanı normativ texniki sənədlərdə nəzərdə tutulan tələblərin xüsusi əhəmiyyəti vardır. Normativ texniki sənədlərdə yaıpşqanın xarici görünüşünə, tərkibinə və əsas xassə göstəricilərinə, markalanması və qablaşdırılmasına tələblər göstərilir.
Yüksək keyfiyyətli yapışqan müəyyən olunmuş rəngə malik olmalı və tərkibində kənar qarışıq, kəskin iyə malik olmamalıdır.
Keyfiyyəti yapışqanın müəyyən olunmuş tərkibi, buradan olmalı, adgeziyadan normasına, uçucu hissəsini, sıxlığı, özlülüyü normallaşdırmaq lazımdır.
Yapışqanlar insan orqanizmi və ətraf mühüt üçün zərərsiz olmalı və uzun müddət saxlanılmalıdır.
Bütün bu yapışqanlara verilən keyfiyyət tələblərin normallaşdırılmaması, onun keyfiyyət təhlili prosesini çətinləşdirir. Bu keyfiyyət tələblərin normativ-texniki sənədlərdə normallaşdırılması gələcəkdə bu çatışmayan cəhəti aradan qaldırır.
Bakı xırdavat malları ticarət təşkilatında keyfiyyətin əsaslı təhlili üçün tələb olunan laboratoriyanın olmaması, öz mənfi təsirini göstərir. Keyfiyyət göstəricilərin təhlili üçün lazım olan aparatlar tələb olunan səviyyədə deyildirlər.
Yapışqan və yapışqan birləşmələrin sınaqdan keçirilir və alınan nəticələri etalon xassə göstəriciləri ilə müqayisə edilir.
Yapışqanların keyfifyyətinə verilən tələbləri standart və texniki şərtlərdə normallaşdırılmasına əsasən yerinə yetirirlər. Normallaşdırılmayan keyfiyyət göstəriciləri isə xüsusi laboratoriyada analiz edilir.
Dostları ilə paylaş: |