Təyyarə benzinləri. Təyyarə benzinləri neftin ilk distilləsində, katalitik və riforminq proseslərində alınan məhsulların alçaq temperaturda qaynayan fraksiyalarından təşkil olunan baza benzinlərinə yüksəktonlu komponent və aşqarlar qarışdırmaqla istehsal edilir. Bu komponentlərin qatılmasında əsas məqsəd təyyarə benzinlərinin keyfiyyətini artırmaqdır.
Qeyd etmək lazımdır ki, oktan ədədi benzinlərin əsas keyfiyyət göstəricilərindən biridir.
Oktan ədədini artırmaq üçün antidetanatorlardan istifadə edilir. Təyyarə benzinlərində yüksək oktanlı komponentlər kimi izoquruluşlu fərdi karbohidrogenlərdən (izpentan, izooktan), benzol və izobutadien kimi doymamış karbohidrogenlərlə alkilləşməsindən alınan məhsullardan (alkilbenzol) istifadə olunur. Qeyd etmək lazımdır ki, bunlar benzinin yalnız antidetonasiya qabiliyyətini yüksəldir.
Eyni zamanda oktan ədədini artırmaq üçün aşqar kimi etol mayesi şəklində işlədilən tetraetilqurğuşun (TEQ) (benzinin hər kiloqramına çoxu 3,3 q) istifadə olunur.
Dostları ilə paylaş: |