Örtmə qabiliyyəti. Bu göstərici 1 m² səthi örtmək üçün istifadə olunan boyağın tərkibindəki quru piqmentin qramlarla miqdarı ilə müəyyən edilir. Boyaq çiləyici iləsəthə çəkilir və onun örtmə qabiliyyəti fotometrik üsulla təyin edilir. Örtmə qabiliyyətini bilərək müəyyən səth üçün nə qədər boyaq tələb olduğunu hesablamaq mümkündür. Bu göstərici asfalt bitum lakları üçün də edilir.
Quruma müddəti. Boyaqlar üçün şüşüə lövhə üzərinə çəkilmiş boyaq pərdəsinin 18-20ºS temperaturda quruma vaxtı ilə müəyyən edilir. Quruma müddəti iki cür, yəni “tozda quruma” və “ tam quruma” olur.
Boyağın saxlanma zamanı sabitliyini ardıcıl yoxlayırlar, bu zaman onun özüllüyünü ölçürlər, çökmə və laylanmasınıyoxlayırlar. Keyfiyyət göstəricilərini yoxlayarkən onların normaya uyğun olub-olmadığı təyin edilir.
Lak-boyaq örtüyünün keyfiyyətini səthinə baxmaqla təyin edirlər. Sonra onun adqeziyası, parlaqlıq, bərklik, davamlılıq, su hopdurma, atmosfer təsirinə davamlılıq və s. kimi xassələri təyin edilir. Səthinə baxmaqla boyaq pərdəsinin xüsusilə səthinin emal boyaqların hamar parlaq olması təyin olunur, qat və qırışların, qabarıq yerinin, xırdalanmamış piqment hissəciyinin və s. olub-olmaması müşahidə edilir.
Qurumuş lak və emal pərdəsi bircinsli, bərk və elastikli, hamar və parlaq, çatsız, qırışsız, qabarcıqsız olmalıdır. Hər bir lak və boyaq üçün norma göstəricilərini təyin edirlər. Məsələn, bərklik göstəricisi, elastikliyi, zərbəyə davamlılığı, suya davamlılığı və s.
Adqeziya (yapışma möhkəmliyi) xassəsi pərdə üçün ən mühüm xassə hesab edilir. Bu xassə torlu kəsik üsulu ilə təyin edilir.
Parlaqlıq, yaxud hamarlıq lak-boyaq pərdəsi üçün fotoelektrik üsulla xüsusi cihazlarda pərdənin parlaqlığını etalon kimi qəbul edilmiş şüşənin parlaqlığı ilə müqayisə etməklə təyinedilir.
Bərklik, lak-boyaq örtüyü üçün ona toxunan rəqqasın yavaşıma müddəti ilə və həmin rəqqasın şüşə lövhəyə toxunduqda rəqsinin azalma müddəti ilə müqayisə edilərək qiymətləndirilir. Pərdə yumşaq olduqca rəqqasın yavaşıma müddəti qısa olacaqdır.
Zərbəyə qarşı davamlılıq, pərdə üzərinə 1 kq yükün maksimum hündürlükdən düşməsi ilə təyin edilir. Bu zaman pərdədə heç bir mexaniki zədə müşahidə edilməməlidir.
Elastiklik, üzərinə lak pərdəsi çəkilmiş dəmir tənəkə lövhəsini müəyyən diametrli silindrin oxu ətrafında əyməklə təyin edirlər. Silindr oxunun diametri kiçik olduqca və əyilən pərdədəheç bir dəyişiklik müşahidə edilməzsə, o zaman pərdənin elastikliyi bir o qədər yüksək hesab edilir.
Sürtünmə, standart üsulla, yəni pərdə üzərinə 180 sm hündürlükdən tökülən qum dənəciklərinin pərdəni sürtməsi ilə təyin edilir.
Su hopma qabiliyyəti, üzərinə lak pərdəsi çəkilmiş metal tənəkə lövhəsini müəyyən müddət suda qaldıqdan sonra pərdə tərəfindən hopulan suyun miqdarı ilə təyin edilir.
Atmosfer təsirinə davamlıq yoxlanılarkən lak-boyaq pərdəsinə rütubətin, günəş şüasının və temperatur dəyişmələrinin birgə təsiri öyrənilir. Tədqiqat aparılarkən lak-boyaq pərdəsi müxtəlif materialdan olan lövhələrə çəkilir və binanın damlna qoyularaq uzun müddət müxtəlif atmosfer təsirlərinə məruz edilir.
Dostları ilə paylaş: |