Avtomobil benzinləri. Hazırda standarta əsasən sənayedə 5 markada avtomobil benzini hazırlanır (A-72, 76; Aİ-93, 95, 98).
Qeyd etmək lazımdır ki, avtomobil benzinin əsas keyfiyyət göstəricisi onun oktan ədədidir. Ona görə də onların oktan ədədini artırmaq üçün onlara antidetonator əlavə edilir. Amma A-72 çeşidli benzin antidetonatorsuz istehsal olunur. Yerdə qalan çeşidli benzinlərə isə antidetonator kimi etil mayesi şəklində TEQ (çoxu 0,50 q) əlavə edilir.
Avtomobil və təyyarə benzinlərinin əsas keyfiyyət göstəriciləri aşağıdakılardır:
1. Detonasiyaya davamlılıq;
2. Fraksiya tərkibi, buxarlanma qabiliyyəti və doymuş buxarların təzyiqi;
3. Oksidləşməyə qarşı kimyəvi sabitlik, kükürdlü birləşmələrin zərərli təsiri və s.
Qeyd etmək lazımdır ki, detonasiyaya davamlılıq oktan ədədi ilə xarakterizə olunur.
Bezinlərin detonasiyaya davamlılığı onların tərkibinə daxil olan karbohidrogenlərdən asılıdır.
Ümumiyyətlə, sənaye miqyasında istehsal olunan sürtkü yağlarının keyfiyyəti çox vaxt müasir tələbatı ödəmir. Buna görə də yağların motor keyfiyyətini yüksəltmək üçün bunlarla az miqdar aşqarlar əlavə edilir. Bu aşqarlarla bir sıra tələblər qoyulur. Bunlar da yağlarda yaxşı həll olmalı, uzun müddət saxlandıqda temperaturun təsirindən çöküntü əmələ gətirməli, su ilə yuyulmamalı və yağlara zərərli təsir göstərməməlidir.
Maşın və mühərriklərdə işlədilən yağlar metalların katolitik təsiri nəticəsində oksidləşərək müxtəlif turşular əmələ gətirilir. Bu turşular da metala korroziyaedici təsir göstərir. Ona görə də oksidləşmə və korroziyanın qarşısını almaq üçün yağlara antioksidləşdirici və korroziya əleyhinə aşqarlar əlavə edilir.
Yağların keyfiyyətini xarakterizə edən əsas göstəricisindən biri onların özlülüyünün temperaturdan asılı olaraq dəyişməsidir.
Müasir texnoloji proseslərlə özlülük indeksi yüksək olan yağlar almaq qeyri mümkündür. Ona görə də yağların özlülük indeksini yüksəltmək məqsədi ilə onlara bir qədər aşqar qatılır. Aşqar kimi özlülüyü yüksək olan sintetik polimerlərdən, yəni polizobutilen, volton, polivinil efirləri, polimetakrilatlar və s. istifadə edilir.
Yağların əsas keyfiyyət göstəricilərindən biri də onların donma temperaturudur. Qeyd etmək lazımdır ki, yağlarda müəyyən qədər sülb parafinlər var. Bunlar da yağın donma temperaturunu yüksəldir. Donma temperaturunu aşağı salmaq üçün yağları parafinsizləşdirirlər. Parafinsizləşdirmə prosesi baha başa gəlir və bunun nəticəsi olaraq yağın miqdarı azalır. Ona görə də yağlara aşqar əlavə etməklə onların donma temperaturunu aşağı salmaq olar.
4. Lak-boyaq tərkiblərinin və örtüklərinin keyfiyyət göstəriciləri
Lak-boyaq tərkibləri və örtüklərinin keyfiyyəti pərdə əmələ gətirici maddənin və digər qarışıqların təbiəti ilə, həmçinin onlar arasındakı miqdar nisbəti ilə təyin olunur. Lak və boyaqların tərkibini laboratoriyada kimyəvi analiz ilə təyin edirlər. Lakların ən mühüm keyfiyyət göstəricilərinə onun rəngi, şəffaflığı, özlülüyü, pərdə əmələ gətirici maddənin konsentrasiyası, axması, quruma sürəti daxildir.
Lak və əlifin keyfiyyəti haqqında ilk təsəvvür onun xarici görünüşünə, rənginə və şəffaflığına baxmaqla yaranır. Nisbətən açıq rəngli, yəni səthə çəkildikdə rəngini dəyişməyən lak və əliflər qiymətli hesab edilir. Bir qayda olaraq nisbətən tutqun rəngli lakalr qoyulmuş norma ilə müqayisə edildikdə onların hazırlanmasında tutqun qatran yağlardan istifadə edildiyi və yaxud bişirmə zamanı yağ və lakın normadan artıq qızdırıldığı müəyyən edilir.
Əliflərin və bəzi lakların rəngi şüşə lövhəcik üzərinə lak çəkilmiş nümunənin səpələnmiş gündüz işığında baxmaqla təyin edilir. Yağ və lakın rəngini və şəffaflığını rəngsiz sınaq şüşəsinin içərisinə tökərək istiqamətlənmiş işıq şüası ilə təyin etmək olar. Lak o zaman şəffaf hesab edilir ki, onun içərisində heç bir tutqunluq müşahidə olunmasın. Lakin xarici görünüşü onun içindəki kənar qarışıqlardan və pərdənin suya davamlılığını, möhkəmliyini və həmcinsliyini aşağı salan və həll olmayan hissəciklərdən asılıdır. Tərkibində mexaniki qarışıqlar zibil və çöküntü) olan laklar keyfiyyətsiz hesab edilir.
Zibil nöqsanı lakda asanlıqla gözə çarpır, onu təyin etmək üçün lakın özünü şəffaf qabda, pərdəsini isə şüşə lövhə üzərində müşahidə edirlər. Boyağın zibilli olması isə şüşə lövhəsinin üzərinə çəkilmiş çox nazik təbəqəsinə baxamaqla təyin edirlər. Boyaq tərkiblərinin keyfiyyəti tərkib hissələrinin növü və miqdarından, rəngindən, özlülüyündən, yayılmasından, narınlığından, örtmə qabiliyyətindən, quruma müddətindən, mexaniki qarışıqların olmasından, saxlama zamanı davamlılığından və digər xassələrdən asılıdır.
Boyaq tərkiblərinin və örtüyün rəngi etalon nümunəsi ilə müqayisə edilərək qiymətləndirilir.
Özüllük. Bu xassə viskozimetrdə 20ºS temperaturda və özlülüyü daha çox olan materiallar üçün isə 50-100ºS temperaturda mayenin axma müddəti ilə təyin edilir.
Yayılma.Yayılma yaxud lak və boyanın səthə axması lak çəkilən anda səthdəki fırça izlərinin yox olmasına qədər keçən vaxtla təyin edilir. Ən yaxşı yayılma müddəti 10 dəq-dən az ləngiyən yayılma 10-15 dəq, qeyri-qənaətbəxş yayılma isə 15 dəq-dən çox hesab edilir.
Narınlıq dərəcəsi. Bu göstərici boyağı fırça ilə şüşəyə yaxan zamangözə görünən dənəciklərin olmaması ilə qiymətləndirilir. Boyağın tərkibindəki piqment hissəcikləri 30 MKM-dən az, rəssamlıq boyalarında isə 10 MKM-dan az olmalıdır.
Dostları ilə paylaş: |