5. Əliflər, laklar, polituralar (spirtli laklar) və boyaqların ekspertizası
Əliflər, laklar və spirtli lakların keyfiyyətini xarakterizə edən göstəricilər aşağıdakılardır: rəng, qatılıq, turşuluq və yodluq rəqəmi, quruma müddəti, həmçinin onların təbəqə örtüyünün bir sıra əsas fiziki-mexaniki göstəriciləri – möhkəmliyi, zərbəyə qarşı davamlılığı, elastikliyi, sürtünməsi, suya və istiliyə qarşı davamlılığı.
Əlifin rənginin təyini. Əlif, lak və spirtli lakların rəngləri standarta uyğun olaraq müxtəlifdir. Təhlil olunan nümunənin rəngini standart nümunənin rəngi ilə müqayisə edərək təyin edirlər.Standarta uyğun olaraq çox vaxt yodometrik şkaladan istifadə edirlər ki, bu da 10%-li kalium yod məhlulunda olan kristallik yodun bir sıra məhlulundan ibarətdir. Tərkibindəki yodun miqdarından asılı olaraq bu məhlulların rəngi açıq-sarıdan tünd-qəhvəyiyə qədər dəyişir.
Dostları ilə paylaş: |