Burada, G
1 - qurudulduqdan sonra kolbadakı qalıq, q;
G - sabunun dəqiq çəkisi, q ;
X - sabunda olan yağ turşularının miqdarı, % -lə.
Daha sonra içərisində sabunlaşmayan üzvi maddələrin və sabunlaşmayan yağın qalığı olan kolbaya 25 ml kalium qələvisinin 0,5% -li spirtli məhlulunu əlavə edirlər və kolbanı əks soyuducu ilə birlikdə su hamamında bir saat müddətində qızdırırlar; sonra kolbaya 15ml distillə edilmiş su və 30ml 60%-li etil spirti əlavə edirlər. Kolbanın içindəkiləri
bölümü kolbaya keçirirlər; məhlulu 50ml petroley efiri ilə (qaynama nöqtəsi 35-50 olan) möhkəm çalxalayırlar, çökdürürlər, alt qatı başqa qıfa süzürlər, burada onu yenidən 50ml petroley efiri ilə emal edirlər. Birləşmiş efir çövhərini bölücü kolbada 60%-li etil spirti ilə sabun qalığının tamamilə çıxmasına qədər yuyurlar. Sabunun spirtli məhlulu ilə efir məhlulunun (yulmasından alınan spirt cövhərini birlikdə) birləşdirib, spirti qovurlar. Qalmış sabunu
distillə edilmiş suda həll, edirlər. Bölücü qıfa keçirərək üzərinə 10ml xlor və ya sulfat turşusunun 10%- li məhlulunu metiloranjın turş reaksiyası alınana qədər əlavə edirlər. Sonra turş məhlulu etil efiri ilə emal edirlər və sabunda yağ turşusunun təyini zamanında olduğu kimi bütün əməliyyatları ardıcıllıqla aparırlar.
Sabunda olan sabunlanmayan yağın miqdarını faizlə (X2) aşağıdakı düsturla hesablayırlar:
G ı • 1 0 0 • 1 0 0 X2=
G•X•0,95
Burada, G
1- qurudulduqdan sonra kolbadakı qalıq, q;
G- sabunun dəqiq çəkisi, q;
X - sabunda olan yağ turşusunun miqdarı, % -lə;
0,95 - sabunlaşmayan yağda yağ turşusunun hesablanma əmsalı. Sabunlanmayan üzvi maddənin (X3) miqdarını %-lə bu düsturla hesablayırlar:
X3= X1 – X2
Burada, X1 - sabunlanmayan üzvi maddə və sabunlanmayan yağın cəminin miqdarı, % -lə;
X
2 - sabunlanmayan yağın miqdarı, % -lə.
Dostları ilə paylaş: