Mineral kübrələr və bitkilərin boy atmasına təkan verən vəsaitlər. Bu növ maddələr geniş çeşiddə buraxıldıqlarından həm kollektiv və həm də fərdi bağ-bostan istifadəsi üçün istehsal olunur.
Mineral kübrələr. Kübrələr dedikdə üzvi və mineral tərkibli maddələr olankənd təsərrüfatı bitkilərinin məhsuldarlığını artıran vəsaitlər nəzərdə tutulur. Bunların tərkibində bitki elementlərinin qidalanmasına lazım olan azot, fosfor, kalium, bor və s. maddələr olmaqla kənd təsərrüfatı məhsullarının artımına səbəb olsun.
Tərkibindəki əsas maddəsinə görə k/t gübrələri azot, fosfor və kalium gübrələrinə bölünürlər. Sadə gübrələr isə tərkibcə bitkinin yalnız bir elementinin qidalanması üçün olan maddədən ibarət olur. Bununla yanaşı mürəkkəb tərkibli və qarışıq t ərkibli gübrələr də buraxılır. Bunların da tərkibində 2 və ya 3 adda qidalandırıcı elementlər olur.
Mineral gübrələrin əsas keyfiyyət göstəriciləri qidalandırıcı elementin miqdarı və onun suda həll olunma qabiliyyəti sayılır. Gübrənin suda həll olma qabiliyyəti nə qədər tez və çox olarsa, bitki tərəfindən daha tez mənimsənilə bilər.
Bununla yanaşı kübrələrin fiziki əlamətləri də əsas göstəricisi sayılır. Belə ki, gübrələr daşınmaya yararlı olmalı, onun saxlanılması və torpağa yeridilməsi rahat olmalıdır. Bu tələbi əsasən dənəvirləşdirilmiş kübrələr ödəyirlər. Ovuntu halında olan kübrələr yaprıxırlar, ona görə də onların saxlanılması və istifadəsi çətin olur. Bütün adlarda rast gələn kübrələr tərkibindəki qidalandırıcı maddəsinin miqdarına görə qiymətləndirilir. Bunların hamısı tərkibcə kristall quruluşlu olmaqla ağ rənglidirlər, suda yaxşı həll olmaqla bitkinin boy atmasına yaxşı kömək edir. Bunları yaz və payız fəsillərində torpağın tərkibinə yeridirlər. Eynilə fosfor kübrəsi də tərkibindəki fosforun (P2O5) miqdarına əsasən qiymətləndirilir. Ən yaxşı fosfor kübrəsi superfosfat sayılır. Bu növ kübrənin istehsalı üçün eyni zamanda sümük unu da istifadə olunur. Bu növ kübrələr boz rəngli olmaqlq ovuntu halında buraxılır. Bunlar bağ və bostan bitkilərinin məhsuldarlığını çoxaltmaq üçün işlədilir.
Kalium kübrəsi də tərkibindəki miqdarına görə qiymətləndirilir. Ən əhəmiyyətli kalium kübrəsi kaliusulfat, kalium xlor və kalium selitra tərkibləri sayılır. Bunlar da əsasən mürəkkəb tərkibli kübrələr sırasına daxildir. Bu növ kübrələr torpağa əsasən payız fəslində verilir.
Dostları ilə paylaş: |