Əhəngli kübrələr. Bu növ kübrənin tərkibində bitkinin boy artması üçün vacib olan kalsium maddəsi vardır. Bu kübrənin torpağa yeridilməsi həm də torpaq altı turşulanmanı da aradan qaldıra bilir. Əhəng tərkibli kübrənin eyni zamanda qarışıq kübrələrə də əlavə edirlər ki, onun xassələrini yaxşılaşdıra bilsin. Bu növ kübrəni ən çox gilas, gavalı, qarağat plantasiyası torpağına, habelə, kələm və soğan bostanlarında istifadə edilir.
Qarışdırılmış kübrələr. Tərkibcə azot, fosfor və kalium elementlərinin qarışdırılmasından əldə olunur. Bunların bir-biri ilə qarışdırılması lazımi kübrə xassələrinin yaradılmasına səbəb olur. Bu göstərilən kübrələrdən əlavə mikrokübrələr də istehsal olunur ki, tərkibində bor, marqans, mis və digər elementlər olur. Bunu torpağın tərkibinə payız ərəfəsində yeridirlər.