2020-21. I y.il. Mühaz. Qr. ƏE-017 İstehlak mallarının ekspertizası-2
Bitkinin boy artmasına təkan verici maddələr. Bu növ maddələr bitkinin bitməsi zamanı maddələr mübadiləsini aktivləşdirir, bitkinin boy artmasını və meyvənin yetişməsini sürətləndirir. Bu növ maddələr xüsusi olaraq hazırlanmış kimyəvi birləşmələrdən ibarətdir. Bunların istifadə edilməsinə və konsentrasiyasının, yəni qatılığına çox dəqiq fikir verilməlidir. Daha çox qatılığıa malik olan zaman bu növ maddələr bitkinin boy atmasını sürətləndirmək əvəzinə azalda da bilər. Bəzi hallarda da bitkinin məhv olmasına da səbəb ola bilər.
Bütün bu adları çəkilən maddələr kağız və polietilen torbalarda qablaşdırılır. Lakin bitkinin boy atmasına təkanverici maddələri isə kiçik şüşə probirkalarda qablaşdırılır.