2. Ləkəaparıcı və təmizləyici vasitələr
Ləkəaparıcı vasitələr ləkənin təbiətindən və xarakterlərinin müxtəlifliyindən aslı olaraq bir neçə çeşidlə istehsal olunurlar. Bunlar tərkibcə müxtəlif maddələrdən ibarət olur ki, bu da onların təyinatlarından aslıdır.
Məlumdur ki, əşyaların üzərində ləkələr yağların, piylərin, mürəkkəblərin, mət və şirələrinin,çaxır və s.düşməsi nəticəsində baş verir. Ləkənin təmizlənməsinin mahiyyəti əsasən onun həll olunması və müxtəlif adsorbentlər tərəfindən udulub geyimlərdən yox olmasına əsaslanır.
Yağlı ləkələrin səhtlərdən yox edilməsi üçün adətən uçma qabiliyyətinə malik ola bilən üzvi həlledicilər ( benzin, aseton və s.). həlledici yağlar, habelə aktivləşdirici ( sabun və sintetik yuyucu vasitələr) , emulsiyalaşdırıcı yağlar və s. vasitələr istifadə edilir.
Yun və digər qiymətli məmulatlar yuyulmaya məruz qalmadıqlarından bir qayda olaraq onların təmizlənməsində tərkibində üzvi həlledicilər olan ləkəaparıcı maddələrdən istifadə olunur. Belə növ vasitələr maye və pastaya bənzər halda istehsal olunur. Pastaya bənzər halda olanlar adsorbent adlanır və buraya da talk, koalin , təbaşir daxildir.
Maye halında olan ləkə təmizləyicilərindən istifadə edilərkən təmizlənən materialların altına ya bir neçə qat suçəkən kağız qoymaq və yaxud da talk tökmək lazımdır. Məhlul belə anda ləkənin üstünə əlavə edildikdə həll olan vəziyyətə düşmüş ləkələr materialın üzərində geniş halda yayıla bilmirvə adsorbent tərəfindən cəzb edilir. Belə növ təmizləyici məhlula “ləkə aparıcı” nın (“ Pyiatnovıvoditel”) misal göstərmək olar ki, bunun da tərkibi benzin və dörd atomlu karbonxloriddən ibarətdir.
Mürəkkəb, pas, şərab və bunlara bənzər ləkələri təmizləmək üçün isə səthi aktivləşdirici maddələrdən , üzvü turşulardan ( sirkə, türşəng, lalə, şərab və s. turşular), spirt, hidrogenperoksiddən və s. istifadə olunur. Ticarətdə bu göstərilən ləkə aparıcı maddələrin dəst halda satışına rast gəlinir.
Təmizləyici vasitələr müxtəlif məişət əşyaların təmizlənməsi zamanı və pardaqlanması üçün istifadə olunur. Buraya ən çox təmizlənmə və parlaqlama qabiliyyətinə malik olan bir növ abraziv materiallar adlanan təmizləyici və pardaqayıcı pasta və ovuntular daxil edilir. Bunun tərkibində abraziv ovuntularından əlavə bağlayıcı ( vazelin, parafin və s.) və səthi aktivləşdirici maddələr də ( sabun və s.) daxil edilir. Təmizləyici və pardaxlayıcı abraziv materiallarının təmizləmə səmərəliliyi ona əsaslanır ki, əvvəlcə material cilalanır və sonra ovuntu təsirindən pardaxlanır, səthi aktivləşdirici maddələrin iştirakı ilə qeyri hissəcikləri dispersiya halına düşür və səthindən kənar edilir.
Məişət təyinatlı təmizləyici vasitələr çox geniş çeşiddə buraxılır. Bunlar əsasən vanna , yeməkxana qabları, əl-üz yuyanlar, müxtəlif əlvan metallar və onların ərintilərindən hazırlanan məmulatları təmizləmək üçün və digər məqsədlər üçün istehsal olunur.
Sıxlığına görə təmizləyici vasitələr ovuntu halında, maz halında və suspenziya halında hazırlanır.
Təyinatına görə təmizləyici vasitələr xüsusi və universal məqsədli istehsal olunurlar.
Tərkibinə görə təmizləyici vasitələr aşağıdakı kimi xarakterizə edirlər:
1. qələvi duzları, suda həll olan sabunlar və səthi-aktivləşdirici maddələr əsasında istehsal olunanlardır ki, bunlar əsasən sonradan su ilə yuyulub təmizlənən məmulatların, yəni qab-qacaqların, vannların, əl-üzyuyanların və s. təmizlənməsi üçün istifadə olunur.
2. OP-10 və digər səthi-aktivləşdirici vasitələr və suda həll olmayan bağlayacı maddə əsasında istehsal olunan təmizləyici vasitələr. Bu növ vasitələr su ilə yuyulmayan məişət təyinatlı məmulatların cilalanıb pardaxlanması üçün istifadə olunur. Bu qrup maddələrə eyni zamanda yuyucu pastalar və ərp təmizləyiciləri də aiddir.
Dostları ilə paylaş: |