Baki – 2020 Mövzu Yumurta


Məişət məmulatlarına qulluq etmək üçün olan vasitələr



Yüklə 0,9 Mb.
səhifə64/307
tarix10.05.2022
ölçüsü0,9 Mb.
#57268
növüMühazirə
1   ...   60   61   62   63   64   65   66   67   ...   307
2020-21. I y.il. Mühaz. Qr. ƏE-017 İstehlak mallarının ekspertizası-2

3. Məişət məmulatlarına qulluq etmək üçün olan vasitələr
Hər şeydən əvvəl parıldayan materiallar adlanmaqla məmulatın əvvəlki parlaqlığını bərpa edir. Məişətdə istifadə olunan bu qrup materialları təyinatına görə 4 əsas qrupa bölürlər :

1. Pəncərə şüşəsini, billur qabları, çini məmulatları, güzgüləri tozdan təmizləmək üçün olan vasitələr.

2. Mebelləri, parketi, linoleumları təmizləyən vəsaitlər. Silikonlardan təmizləyici vəsaitin tərkibinə əlavə edilməsi səthlərin suya və rütubətə davamlılığını artıraraq onların üzərində çox nazik parlaq verici təbəqə əmələ gətirir və ona qəşəng görünüş verir.

3. Döşəməni təmizləmək üçün olan mazlar və mastiklər. Əvvəllər bu tip mazları bitki və heyvanat təyinatlı maddələrdən alırdılar. Hal-hazırda bunlarınneftdən alınan serszin və parafinlə əvəz edirlər. Mastika bir tərkiblisarı və qəhvəyi rənglərdə olankütlə olub tərkibcə serazindən, parafindən, olein turşusundan, kanifoldan, bir qədər də təmiz mumdan və rəngvericilərdən ibarətdir. Bunların tərkibinə terpentil yağı, yəni skipidar əlavə etməklə terpentil mastika və yaxud da adları çəkilən maddələrin su və soda məhlulu ilə həll edərək sulu mastika istehsal olunur. Yüksək keyfiyyətli mastikalar təmizlənən səthə parlaqlıq və gözəllik verə bilir.

4. Ayaqqabıya qulluq etmək üçün olan vəsaitlər. Bu növ vəsaitlər eyni zamanda göndən hazırlanan digər məmulatların təmizlənməsi üçün də istifadə olunur. Bunların tərkibi bir cinsli maddədən ibarət omaqla pastaya bənzər və mazabənzərkütlədən ibarət olur ki, bunlara da kremlər, qutolinlər və s. adlar

verirlər. Ayaqqabı kremləri onların görünüşünü yaxşılaşdırır, yumşaqlığını bərpa edir, elastiklik verir. Bunun sayəsində də ayaqqabının üz materialları uzun müddət özlərinin əvvəlki görünüşünü saxlayır. Bunların tərkibinə əsasən parafin və mum-monton, bir qədər də arı şanı əlavə edilir. Bunlara həlledicilər və rəng vericilər əlavə edib əridirlər. Ayaqqabı kremləri bircinsli olmalı, tərkibində kənar qarışıqlar olmamalı, bir rəngli olmalı, yapışqanı olmamalı, terpentin iyisi verməklə parlaq səthə malik olmalıdır.




Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin