3. Yun lifinin tərkibi, quruluşu və xassələri.
Yun lifi və onun xassəsi: yun lifı toxuculuq sənayesi üçün ən qiymətli xammal sayılır. Bu lifin çox gözəl əyricilik xassələri, həmçinin qeyri-xassələri onlardan daha geniş istifadə olunmasına səbəb olur. Bu lifdən istehsal olunan parçalar xarici görünüşünə, mexaniki və gigiyenik xassələrinə əsasən bütün qeyri-liflərdən istehsal edilən parçalardan üstün sayılır.
Ölkəmizdə qoyunçuluğun inkişafı daha çoxlu növlərdə yun lifı istehsal edilməsinə şərait yaratmışdır.
Yun lifınin uzunluğu onlardan istehsal edilən parçanın xassələrinə təsir göstərən əsas amillərdən biridir. Belə ki, yun lifi nə qədər uzun olursa, onun əyiricilik qabiliyyəti də üstün olur. Pambıq lifindən fərqli olaraq yun lifınin ən qısa uzunluğa malik olan 50-90 mm təşkil edir. Ən uzun lifı zərif cinsli qoyunlardan istehsal edilir. Yun lifınin uzunluğunun texnoloji cəhətdən də əhəmiyyəti böyükdür. Belə ki, uzunluğundan asılı olaraq onlara məhdudluq və komvol (şal parçalar) yuna ayırırlar. Mahud yun lifınin uzunluğu 50 mm olur. Bunlar qısa yun lifləridir ki, mahid parça istehsalında tətbiq edilir.
Şal parçaların istehsalında tətbiq edilən yunların uzunluğu isə 60-120 mm olur. Bu liflər əsasən kavirkot, baston, qabardin və s. parçaların istehsalında tətbiq edilir.
Yun lifınin nazikliyinin də çox böyük əhəmiyyəti vardır. Belə ki, yun lifı nə qədər nazik olsa, ondan istehsal edilən məhsulun keyfıyyəti də bir o qədər yaxşı olar.
Daxili quruluşca yun lifi qeyri-təbii liflərdən fərqlənirlər. Belə ki, bunlar dalğavari quruluşa malik olub, əsasən spiral şəkilli olurlar. Yun lifı nə qədər nazik olursa, o qədər də qıvrım olur ki, bu onun əyiricilik xassələrinin yüksəldilməsinə səbəb olur. Məlum olduğu kimi, yun lifınin üzəri xırda pulcuqlarla örtülmüşdür. Yun lifınin pulcuqlara malik olması yun lifındən istehsal edilən parçaların daha yaxşı istilik saxlamasına imkan verir. Belə ki, əyiricilikdən keçirilmiş yun lifı toxuculuq prosesində bir-birini yaxşı yapışır və eyni zamanda pulcuqlar arasında müəyyən miqdar hərəkət etməyən hava kütləsi qalır ki, bu onların istilik saxlanılmasının artımasına səbəb olur. Ədəbiyyat mənbələrindən məlumdur ki, hava istiliyi ən az keçirən təbəqə hesab edilir.
Yun lifınin forması bir neçə cür olur ki, bunlar parça istehsalında istifadə edildikdən müəyyən qarşıqlar halında tətbiq edilir.
Yun lifınin tərkibinin bir çox qeyri-üzvi maddələrlə xüsusi ilə keratin maddəsi ilə zəngin olması onların turşuya qarşı davamlılığını artırır. Bu xassəsi yun lifin materiallardan texniki məqsədlərdə istifadə edilməsinə səbəb olur.
Başqa liflərdən fərqli olaraq yun lifı qələvilərin təsirinə davamsızdırlar. Bu yenə də onların tərkibindəki maddələrin qələvi təsirindən tez parçalanması ilə əlaqədardır.
Yun lifınin işıq təsirinə qarşı davamlılığı onun ən yaxşı xassələrindən biridir. Belə ki, yun lifındən istehsal edilən paltarların əksəriyyəti gün altında geyildiyindən (palto, kostyum və s.) gün işığının daimi təsiri altında olur.
Yun lifınin gün işığına qarşı davamlılığı heyvanların cinsindən, onların sağlamlığından və yemlənmə şəraitindən də çox asılıdır.
Yun lifınin dartılmağa qarşı orta davamlılığı 15-18 qs/mm2 götürülür.
Göründüyü kimi bu qeyri-təbii liflərə qarşı daha az göstəricidir. Buna baxmayaraq, yun parçalardan başqa liflərə nisbətən daha çox istifadə olunur. Bu hər şeydən əvvəl onunla izah edilir ki, yun lifınin pulcuq qatı elastik və plastik uzanmaya qarşı daha davamlıdır, həmçinin sürtünmə təsirindən öz xassələrini az dəyişir.
Dartınma zamanı uzanma qeyri-liflərə nisbətən yun lifındə daha çoxdur. Müxtəlif növ uzanma yun lifındə 25-35% təşkil edir. Yun lifı isti şəraitdə özünün elastikliyə qarşı uzanması ilə də fərqlənir. Bu hər şeydən əvvəl yun lifınin qıvrılması ilə əlaqədardır. Məhz bu xassələri yun lifındən istehsal edilən parçaların mexaniki, fiziki xassələrinin yaxşılaşmasına və bu məmulatların başqaları ilə müqyisədə daha keyfıyyətli olmasına səbəb olur.
Bu xassələri ilə yanaşı, yun lifı yüksək hiqroskopiklik xassələrə də malikdir. Havanın nisbi rütubətinin normal, temperaturu 20ºS olarkən yun lifində 40- 50% rütubət olur. Yun lifi qeyri-liflərdən fərqli olaraq rütubəti özünə nisbətən gec çəkir və gec də buraxır.
Təbii liflərin əksəriyyətindən yun lifınin temperatur təsirinə davamlılığı daha üstündür. Bu onun kimyəvi tərkibi ilə əlaqədardır. 100-120°C-də yun lifı öz təsirindəki rütubəti itirir ki, nəticədə o, kövrək və tez sınan olur. Temperatur artdıqca yun lifındə kömürləşmə başlanır. Yunu yandırdıqda buynuz iyi verir.
Dostları ilə paylaş: |