2020-21. I y.il. Mühaz. Qr. ƏE-017 İstehlak mallarının ekspertizası-2
4. İpəklifininquruluşuvəxassələri. Təbii ipəkdən insanlar qədim zamanlardan istifadə edirlər. İpək lifınin bir çox gözəl xassələri, onlardan toxunan parçaların zərif görünüşlü, qəşəng və davamlı olmasına səbəb olur.
İpək lifı çox nazik olamsı ilə fərqlənir. Onların nazikliyi 250-300 nömrələrdə olur.
İpək lifınin uzunluğu həddindən artıq uzun olduğundan əyrilməmiş tətbiq edilir. İpək lifınin mikroskop altında baxdıqda onun hamar quruluşa malik olması mışahidə olunur.
Yun lifındən fərqli olaraq ipək parçalar daha da az turşuya davamlılığa malikdirlər. İpək lifləri qələvilərə qarşı da az dayanıqlıdır.
İşıq təsirindən çox tez öz daxili quruluşunu dəyişərək daha tez parçalanır. İpək lifınin dartılmağa qarşı davamlılığı pambıq lifi kimidir.
Dartılma zamanı uzanma 18-22% təşkil edir. Bu göstəriciyə görə yun lifındən aşağı olsa da, qeyri-təbii liflərdən üstündür. Bu parçaların əzilməyə qarşı davamlı olurlar ki, bunlarla dartılmadan uzanmaq qabiliyyətinin üstün olması ilə xarakterizə edilir. Bu liflərdən əsasən gözəl xarici görünşlü zərif qadın paltarlarının istehsalında tətbiq edilir.