Baki – 2020 Mövzu Yumurta



Yüklə 0,9 Mb.
səhifə77/307
tarix10.05.2022
ölçüsü0,9 Mb.
#57268
növüMühazirə
1   ...   73   74   75   76   77   78   79   80   ...   307
2020-21. I y.il. Mühaz. Qr. ƏE-017 İstehlak mallarının ekspertizası-2

İplik və sapların davamı qırılana qədər sərf edilən ağırlıqla müəyyənləşdirilir. İplik və tək sapın davamlığı yoxlanarkən sərf edilən ağırlıq qram ifadəsində götürülür.

İpliyin eşilməsi onun uzunluq vahidinə, adətən1m-ə düşən buruqların sayı ilə xarakterizə edilir.

İplik və sapın növləri. Əsas ilk lifindən asılı olaraq ipliklər pambıq, kətan, yun, natural və süni ipək və sairədən ibarət olur.

Pambıq ipliyi – toxuculuq sənayesinin xammal bazasında əsas yer tutur. Təyinatına görə pambıq ipliyi toxuculuq (əriş və arğac), trikotaj, corab, toxuculuq-xırdavat, sap və texniki təyinatlı ipliyə; əyirilməsinə görə darama, kard və aparat, ipliyin burulmasına görə bir saplı, sağa və sola burulmuş, bəzəyinə görə ağardılmış, boyanmış, melanj və muline ipliyinə və s. növlərə bölünür.

Qarışıq iplik – pambığın süni və sintetik liflərinin qarışığından hazırlanır. Ən geniş yayılmlş ipliklər pambıq-viskoz, pambıq-polinoz, pambıq – lavsandır.

Xalis yun ipliyi - ən qiymətli xammal növüdür. O kostyumluq, paltoluq, donluq və başqa parçaların yaylıq, şərf, dəyişək və corab-noski materialların, xalça və toxunmamış məmulatların istehsalına işlədilir. Bəzəyinə görə təbii rəngli, melanj və müxtəlif rənglərə boyanmış olur.

Qarışıq yun ipliyi iki və daha çox komponentdən hazırlanır. Ən çox yayılmışları yunun viskoz, kapron, lavsan və nitron lifləri ilə qarışığından hazırlanır.

Kətan ipliyi – xalis və qarışıq olur. Alınmasına görə quru və yaş, quruluşuna görə birsaplı və əyirilmiş olur. Yaş üsulda əyirmə üsulunda əyirici maşınlar qaynar su saxlayan yeşiklərlə təchiz edilir. Yaş üsulla əyirilən iplik nisbətən nazik 200-13 teksə qədər hamar və davamlı olur. Kətan ipliyi ən çox toxuculuq və xalça istehsalında işlədilir.

İpək sapları – xam ipək adlanır və parça istehsalında bir neçə qat (2-4 və daha çox) işlədilir. Burada əriş və arğac saplarını bir-birindən fərqləndirmək çox vacibdir.

Əriş sapı – xalis ipəkdən olmaqla 2-4 sapın ikiqat burulması nəticəsində alınır və xam ipək sapı bir metrdə 400-600 buruq olana qədər sola burulur, belə iki-üç sap eşilir və sonra bir metrdə 480-600 buruq olmaq şərtilə sap burulur.

İpək ipliyi – barama tullantılarından hazırlanır, birsaplı və burulmuş olur. Az buruqlu kompleks kimyəvi sapın (viskoz, asetat, triasetat, kapron) bir metrində 100-260 buruq olur və arğac, yaxud əriş kimi işlədilir.

Muslin – orta buruqlu daha nazik sapdır. Təbii ipəkdən olan muslin tək halda xam ipək sapın 1 metrində 150-1800 buruq yaranmasına qədər burulmasından alınır.

Krep – çox burulmuş sapdır. Təbii krep almaq üçün 2-5 ipək sapları 1 metrdə 2200-3200 buruq alınana qədər burulur və sonra buruqları fiksasiya etmək üçün onlara buxarla təsir edilir.

Kompleks kimyəvi sapdan krep sapları almaq üçün hər metrdə 1500-1800 ədəd buruq alınana qədər burmaqla istehsal edirlər. Fasonlu saplar alınma üsulundan asılı olaraq əyirilmə effektli və eşilmiş effektli sap növlərinə ayrılır.

Teksturalı saplar – bu quruluşunun görünüşü dəyişdirilmiş saplardır ki, buna bəzən yüksək həcmli saplar da deyilir. Teksturalaşdırma termomexaniki üsulla əmələ gətirilir, burada hamar sintetik saplara yüksək həcmlik, xovluluq və elastiklik məxsusdur.

Teksturalı kompleks saplar elastiklik dərəcəsindən və quruluşundan asılı olaraq yüksək dərəcədə dartılan (100%-dən çox), normal dartılan(100%-ə qədər) və dartılmayan sap növlərinə bölünür.

Yüksək dərəcədə dartılan saplar kompleks poliamid saplardan hazırlanır. Bu məqsədlə iki kompleks sapa yüksək dərəcəli burulma verilir (bir metrdə 2750-4000 buruğu olur), eyni zamanda bir sap sola, o biri sap sağa burulur. Sonra burulma nəticəsində əmələ gələn gərginliyi ləğv etmək üçün termostabilizasiyadan keçirilir. Daha sonra saplar açılır. Bu zaman burulmada alınan deformasiya aşkara çıxır və isti emal zamanı müəyyən edilir və bunun nəticəsində də elementar liflər yay formasını alır. Bundan sonra hər iki sap zəif burulur (bir metrdə 160-200 buruq olur) 2,2-15,6 teksli, elastik tipli teksturalı saplar da belə hazırlanır.

Rezin və elastomer saplar. Rezin saplar, yaxud rezin damarlar təbii kauçukdan olan rezin vərəqlərin nazik kəsilməsi yolu ilə alınır. O trikotaj (corab-noski, əlcək məmulatı), ayaqqabı və xırdavat istehsalında işlədilir.

Hazırda poliuretan əsasında alınan spandeks tipli elastomer sapı çox geniş tətbiq edilir. Bunların elastikliyi 700-800%-dir. Spandeks rezindən çox möhkəm, yüngül, suya və işığa, havaya davamlıdır. Spandeks sapları müxtəlif nömrədə hörülmüş və hörülməmiş hazırlanır. Hörgü üçün təbii və süni liflər (iplik) işlədilir.




Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin