İplik və sapın nazikliyi metrik nömrə və ya tekllə işarələnir, nömrə iplik yaxud sapın uzunluğunun çəkisinə nisbətini, yəni 1 qramda olan metr miqdarını göstərir. Məsələn, 65№-li iplik o deməkdir ki, bu ipliyin 65 metri 1 qram gəlir. İki və daha çox eyni nömrəli iplikdən əmələ gətirilən eşmə sapın nömrəsi kəsr işarəsi ilə göstərilir (məsələn, 170/2). Burada birinci rəqəm götürülən ipliklərin nömrəsini və ikinvi rəqəm isə götürülən ipliklərin sayını göstərir. Müxtəlif qalınlıqda ipliklərdən olan sapın nömrəsi ikimərtəbəli kəsr şəklində göstərilir; kəsrin hər mərtəbəsində götürülən ipliklərin nömrəsi və sayı dərc
65/1
olunur; burada — (məxrəcdəki “1” işarəsi eşilən sapın tək ipliklərdən ibarət olduğunu göstərir)
60/1
işarəsini misal çəkmək olar.
İpliyin hamarlılığı, yəni nazikliyinin, eşilmə dərəcəsinin və davamlığının bir bərabərlikdə olması mühüm keyfiyyət göstəricisi təşkil edir. Qeyri-hamar iplik toxuculuqda çox qırıntı verir, parçanın zahiri görünüşünü pozur və davamını azaldır.
Dostları ilə paylaş: |