Baki – 2020 Mövzu Yumurta


Parçaların və ədədi məmulatların sortunun təyin edilməsi



Yüklə 0,9 Mb.
səhifə84/307
tarix10.05.2022
ölçüsü0,9 Mb.
#57268
növüMühazirə
1   ...   80   81   82   83   84   85   86   87   ...   307
2020-21. I y.il. Mühaz. Qr. ƏE-017 İstehlak mallarının ekspertizası-2

3.1. Parçaların və ədədi məmulatların sortunun təyin edilməsi
Pambıq, kətan, yun və ipək parçaların sortunu təyin etmək üçün ayrı-ayrı standartlar mövcuddur. Parçaların sortu fiziki-mexaniki xassə göstəricilərindən və xarici görünüşdəki nöqsanlardan asılı olaraq təyin edilir. Əksəriyyət fiziki-mexaniki xassə göstəriciləri üzrə sortlu parçalar, uyğun standartlarlamüəyyən edilən texniki tələblərə caavab verməlidirlər. Bəzi göstəricilər üzrə (əriş və arğac üzrə sıxlıq, səthi sıxlıq, cırılma yükü və s.) 2-ci sort parçalar üçün 1-ci sort parçalar üçün qəbul edilmiş minimal normalardan yol verilən kənarlaşmalar müəyyən edilir.

Parçaların sortu məhdud sistemdə təyin edilir. Sortun qiyməti yol verilən fiziki-mexaniki göstəricilərə və xarici görünüşündəki nöqsanların məhdudiyyətinə uyğun olaraq differensial təyin edilir.

Ədədi məmulatların sortu. Məmulatın müəyyən edilmiş sahəsində yayılmış və yerli nöqsanların miqdarından asılı olaraq təyin edilir.

Saxlanmaya aid standartların öyrənilməsi zamanı 2-ci sort parçalar üçün fiziki-mexaniki göstəricilərin minimal normadan (1-ci sort üçün müəyyən edilən) yol verilən kənarlaşmasına, parçanın xarici görünüşündə yayılmış nöqsanların miqdarına diqqət yetirmək lazımdır. Əvvəlcədən parçaların xarici görünüş nöqsanları albom üzrə öyrənilir.

Parçaların və ədədi məmulatların müəyyən edilmiş sortuna aid DÖST-lə tanış olurlar. Xarici görünüşünə görə, qablaşdırma və markalanmanın NTS-in tələblərinə uyğunluğuna görə bütün mal partiyası yoxlanılır. Standarta uyğun gəlməyən və ya aşağı sorta malik olan parça kəsikləri çıxdaş edilir. Fiziki-mexaniki göstəricilər üzrə mal partiyasının sortu, seçilmiş nümunələr üzrə hər bir göstəricisinin orta riyazi qiymətinin standart norması ilə müqayisə edilməsi ilə təyin edilir. Hər hansı göstərici üzrə qeyri-qənaətbəxş nəticələr alınan zaman sortun təyin edilməsi qaydasına diqqət yetirmək lazımdır.


Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin