Baki – 2020 Mövzu Yumurta


Xarici görünüşündəki nöqsanlarına görə pambıq, ştapel və qarışıq parçaların keyfiyyətinin ekspertizası



Yüklə 0,9 Mb.
səhifə92/307
tarix10.05.2022
ölçüsü0,9 Mb.
#57268
növüMühazirə
1   ...   88   89   90   91   92   93   94   95   ...   307
2020-21. I y.il. Mühaz. Qr. ƏE-017 İstehlak mallarının ekspertizası-2

3.2.6. Xarici görünüşündəki nöqsanlarına görə pambıq, ştapel və qarışıq parçaların keyfiyyətinin ekspertizası

Pambıq, viskoz və şpatel parçalar, pambıq sapdan toxunmuş parçalar, flamentli parçalar, eləcə də qarışıq liflərdən toxunmuş parçalar 4 qrupa bölünür:

1. Çit parçalar, döymə, bez, sətin, əlvan toxunmuş, dekorativ - mebel və daraq ipliyindən parçalar;

2. Dəyişəklik parçalar;

3. Birrəngli bez, astarlıq, balışüzlük, döşəklik parçalar və aşağı keyfiyyətli pambıqdan parçalar, eləcə də xam parça;

4. Kəsilmiş tiftikli parçalar.

Bu qrupun xüsusi çəkisi azdır və belə parçaların qiymətləndirilməsi ayrıca aparılır, balların miqdar sayı kəsiyin şərti uzunluğuna görə keyfiyyətindən asılı olaraq təyin edilir.

Keyfiyyətli parçalar üçün 10 baldan artıq olmayaraq, 2%, keyfiyyəti aşağı düşmüş parçalar üçün 30 baldan artıq olmayaraq.

Parçanın şərti uzunluğu parçanın enindən asılıdır: eni 80 sm olan parçaların şərti uzunluğu 40 metrə bərabərdir; eni 80-dən 100 sm-ə qədər olan parçalar üçün 30 m, eni 100 sm-dən artıqlar üçün 23 m.

Yerli kobud qüsurları olan parçalar kəsilir. Məs: deşiklər, ilişmələr, ərişin kəsilməsi – 1 sm-dən artıq; tək-tək ləkələr 2 sm-dən artıq; parçanın uzunluğu üzrə yağ axmaları – 1sm-dən artıq; seyrəlmələr – 1 sm-də 5 sapdan artıq; parçanın uzunluğu və eni boyu xovun (tiftiyin) olmaması – 5 sm-dən artıq; toxuma naxışının pozulması – 5 sm-dən artıq; tikişlər, tikişdən sıxılma, rəngləmə və basma dəzgahlarının dayanmasından əmələ gəlmiş zolaqlar və s.

Kobud nöqsanların kəsilməsi parçanın bütün eni boyu yerli qüsurların yerləşdiyi sərhəd xətti boyunca aparılır. Belə ki, parça kəsiklərinin sayı və onların minimal uzunluğu məhdudlaşdırılır: 19-20 m uzunluqlu kəsikdə bir kəsiyə yol verilir.

34 m-ə qədər uzunluqlu kəsikdə iki kəsiyə yol verilir.

45 m-ə qədər uzunluqlu kəsikdə üç kəsiyə yol verilir və növbəti hər bir 15 m-də 1 kəsiyə yol verilir.


Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin