3.2.3. Nöqsanların xarici görünüşünün xarakteristikası
Xarici görünüş qüsurları 2 qrupa bölünür:
1. Yayılmış – verilən kəsiyin bütün uzunluq boyu (məs: tiftiklik, müxtəlif rəng çalarlığı)
2. Yerli – müəyyən sahələrdə olan qüsurlar (məsələn, ləkə, deşik, qalın eninə toxunmuş zolaq və s.)
Xarici görünüş qüsurları istehsal-texnoloji prosesin müxtəlif mərhələlərində yaranır. Qüsurları xammal, əyirmə, toxuma, basma, emal qüsurlarına ayırırlar.
Xammal, burulma, əyirmə qüsurları: şişvarilik, ipliyin çirklənməsi, tiftiklik, zəif tovlanma və burulma, jquta bənzərlik, əvəzetmə, sapın qalınlaşması, əriş və ya arğac üzrə zolaqların olması və s.
Toxunma nöqsanları: sıxlıq, ötürmə, seyrəlmə döymələr, sapın qırılması, döymələr, ərişin qırılması, qeyri-bərabər döyülmə, əriş saplarının pis toxunması, deşiklər və kəsiklər, arğacın fərqli rəngləri, parçadakı qüsurlar, əriş və arğac saplarının yağlı və rəngli olması, kökatma, arğac ilmələri buruqlar, cütləşmə, arğac boşalmaları, xırda aralanma, arğac izləri.
Dostları ilə paylaş: |