Baki – 2020 Mövzu Yumurta


Xarici görünüşündəki nöqsanlarına görə ipək, yarımipək, xovlu parçaların keyfiyyətinin ekspertizası



Yüklə 0,9 Mb.
səhifə91/307
tarix10.05.2022
ölçüsü0,9 Mb.
#57268
növüMühazirə
1   ...   87   88   89   90   91   92   93   94   ...   307
2020-21. I y.il. Mühaz. Qr. ƏE-017 İstehlak mallarının ekspertizası-2

3.2.5. Xarici görünüşündəki nöqsanlarına görə ipək, yarımipək, xovlu parçaların keyfiyyətinin ekspertizası

İpək və yarım ipək parçalar üç qrupa ayrılır:



1. Saya donluq parçalar, kostyumluq, soroçkalıq, plaşlıq, paltoluq, idman geyimi üçün, toxuculuq qalantereya parçaları.

2. İstənilən təyinatlı saya astarlıq, mebel dekorativ parçalar.

3. İstənilən təyinatlı xovlu parçalar (tiftikli).

Parça nöqsanları şərti vahidlə balla qiymətləndirilir. Parçanın keyfiyyəti balların miqdarına əsasən xarici görünüş nöqsanlarına, kəsiyin şərti uzunluğuna düşən fiziki-mexaniki göstəricilərlə normalardan kənarlaşmasına görə, müqavilənin texniki şərtlərinə baxmaqla rənglənmənin davamlılıq dərəcəsinə görə təyin edilir.

Parça kəsiklərində aşağıdakı kobud yerli qüsurlar yol verilməzdir: 1 sm-dən artıq deşiklər. 3 sm-dən böyük ləkələr.

Parçanın eni üzrə zolaqlar və s. parçanın eninə 2 sm-dən yuxarı ərişin işlənməsi:

1 sm-dən artıq dolaşmalar;

didilmiş tiftik (xov), qoparılmış və kəsilmiş xov (tiftik);

basma və rəngləmə dəzgahların dayandırılması nəticəsində eninə zolaqlar, basmalar, tikilişlər;

rəngləmə və basma kərtikləməsi, dartılma və «xırda deşiklər» 0,5 sm enində və 5 sm-dən artıq uzunluqlu;

rəng axması – parçanın kənarlarından eninə 5 sm-dən artıq.

Yerli kobud nöqsanların kəsilməsi parçanın eni boyu qüsurdan 1 sm kənarda hər iki tərəfdən həyata keçirilir.

Nöqsanın ölçüsü ən böyük uzunluqla təyin edilir. 20 m uzunluğu olan parçada ancaq 1 kəsiyə icazə verilir. 32 m 2 kəsik, 32 m-dən artıq olarsa – 3 kəsik ola bilər.

Hər bir yayılmış qüsur 1 və 2 qrup parçalar üçün 11, 21, 31 balla 3-cü qrup parçalar üçün isə 8, 13 və 26 balla qiymətləndirilir.




Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin