Mövzu 13. Tikili malların keyfiyyətinə verilən tələblər, əsas keyfiyyət göstəriciləri və keyfiyyətinin ekspertizası
Plan:
1. Tikili malların istehlak xassələri və onların keyfiyyətinə verilən tələblər
1.1. Geyimlərə verilən estetik tələblər.
1.2. Geyimlərə verilən gigiyenik tələblər.
1.3. Geyimlərə verilən istismar tələblər.
2. Tikili malların keyfiyyətinin yoxlanılması üsulları
2.1. Əsas və köməkçi ölçmə üsulları
2.2. Tikili malların keyfiyyətinin yoxlanılması ardıcıllığı
2.3. Tikili malların modeli, ölçüsü və boyunun təyini ekspertizasının keçirilməsi xüsusiyyətləri
2.4. Tikili malların nöqsanları
2.5. Tikili malların ekspertizasının nəticələrinin tərtib edilməsi (rəsmiləşdirilməsi).
1. Tikili malların istehlak xassələri və onların keyfiyyətinə verilən tələblər
Başqa mal qrupları kimi tikili mallar da müəyyən istehlak xasələrinə malik olmalıdır.
Hazırda tikili məmulatların hazırlanmasında tətbiq olunan materiallar, məmulatın layihələşdirilməsinin müasir sistemi (modelləşdirmə və geyimin quraşdırılması) və tikili məmulatların istehsal texnologiyası ( biçilmə və tikilmə prosesləri) müəyyən istehlak xassələrinə malik olan tikili məmulatların alınmasına səbəb olur.
Kütləvi surətdə istehsal olunan paltarların əsas istehlak xassələrindən biri insan bədəninin fiqurasının ölçülərinə və forması paltara uyğun gəlməsi statik və dinamik paltar antropoloji xassəsi ilə xarakterizə olunur.
Kütləvi istehsal olunan geyimlərin xüsusiyyəti ondan ibarətdir ki, bu geyimlər kütləvi istehlakçılar üçün tikilərək fiquranın ölçülməsinə və bədəninin formasına görə fərqlənir. Kütləvi surətdə istehsal olunan paltarların ölçüləri və forması istehlakçıların fiqurasının ölçülərinə və formasına uyğun olmalıdır. Sənaye tərəfindən istehsal olunan geyimlər fiqurların tiplərinə əsasən hazırlanır. Fiqurların tipləri və onların ölçüləri əhalinin kütləvi antropoloji ölçüləri əsasında müəyyən edilir. Paltarların kütləvi istehsalı üçün insan fiqurlarının düzgün qruplaşdırılmasının da əhəmiyyəti böyükdür.
Burada ən çox rast gələn fiqur əsas götürülür. Bu məmulatları antropoloji ölçüləri götürməklə əldə edilir, fiqurlar ölçü və formasına görə qruplaşdırılır. Burada əsas vəzifə tiplərin standartlaşdırılmasından ibarətdir.
Tikiş sənayesində əsas əlamət olaraq ölçü, boy, doluluq götürülür. Ölçü döş qəfəsindən kürəkdən çevrənin yarısının sm-lə ifadəsidir. Insan boyu ayaqqabısız başın yuxarı nöqtəsindən dabana qədər olan ölçü göstəricisidir.
Uşaqların ölçüsü və boyu yaşdan asılı olaraq dəyişkən olduğuna görə onlar üçün dəyişkən şkala təyin edilmişdir. Yəni hər ölçünün xüsusi boy şkalası vardır. Deməli uşaq fiqurlarının təsnifatını işləyən zaman xüsusilə diqqətli olmaq lazımdır. Uşaq ölçülərini standartlaşdıran zaman aşağıdakı yaş qrupları müəyyənləşdirilmişdir.
Son illərdə uşaqların, xüsusilə yeniyetmələrin boyları xeyli artdığına görə yeni şkalalar hazırlanır. Bu şkalalarda müxtəlif qruplar üçün ölçü-boylar, bəzi dəyişikliklər aparılmışdır. Məsələn, yeniyetmələr üçün 48 ölçüdə paltar hazırlanır.
Tikili məmulatların ən vacib istehlak xassələri estetik, gigiyenik və istismara davamlı olmasıdır.
Paltar insanı birinci növbədə onu əhatə edən xarici təsirlərdən mühafizə edir. O insanı əmək prosesində mexaniki və kimyəvi təsirlərdən qoruyur. Paltarın ən birinci əhəmiyyəti insanın bədənini soyuqdan mühafizə etməsidir. Ondan istifadə etməklə insan bədənində istiliyin sərf edilməsini nizama salır. Çünki paltar bədəndən ayrılan istilik şüalarının ətrafa yayılmasına maneçilik göstərərək istiliyi bədənin yaxınlığında saxlayır.
Qeyd etmək lazımdır ki, istiliyin bədən ətrafında saxlanılmasını paltar üçün işlədilən parçanın məsamələrində yerləşən hava təmin edir. Deməli paltarın əsas rolu bədənə daxil olan havanın hərəkətini nizamlamaqdan ibarətdir. Hava paltarın məsamələrinə daxil olaraq 24-30º-yə qədər qızır və paltar ilə bədən arasında az hərəkət edən, istini pis keçirən mikroiqlim yaradır. Paltar insan bədənində şüalanan istiliyin təxminən 50%-ni bədən ətrafında saxlayır. Paltar insanın əmək prosesində mexaniki və kimyəvi təsirlərdən mühafizə edir. Beləliklə, insan yaşayışından paltar birinci dərəcəli əhəmiyyəti olan əşyaya çevrilmiş və insanların yaşayışına, peşəsinə, ictimai məşğuliyyətinə uyğunlaşdırılmışdır.
Paltara qarşı qoyulan tələblər həmin paltarın təyinatına uyğun olmalıdır. Qış paltarı yüksək istilik saxlama xassəsinə malik olmamalıdır, yay paltarı isə əksinə yaxşı hava keçirən olmalıdır.
Əmtəəşünaslıq nöqteyi-nəzərincə geyim məmulatlarına verilən tələbləri 3 qrupa bölmək olar.
Geyim məmulatlarına verilən estetik tələblər
Geyim məmulatlarına verilən gigiyenik tələblər
Geyim məmulatlarına verilən istismar tələbləri(xidmət müddətini təyin edən tələblər)
Geyim məmulatlarına verilən tələblərə daha konkret yanaşmaq aydın olar ki, ayrı ayrı geyim əşyalarına verilən tələblər onların təyinatından və spesifik xüsusiyyətlərindən asılı olaraq müxtəlif ola bilər. Odur ki, geyim əşyalarına verilən tələblər onların təyinat və istismar şəraitindən asılı olaraq dəyişilir. Belə ki, bir növ tikili mallar üçün möhkəm və gigiyenik olmaq zəruri olduğu halda digəri üçün xarici görünüşünün gözəl olması vacibdir. Məsələn, metal əridən sexlərdə istifadə edilən geyimlər(xüsusi geyimlər) rahat və gigiyenik olmalıdır.
Geyim məmulatlarına verilən tələblərin əhəmiyyətini nəzərə alaraq onların hər birinə qısa xarakteristika verirəm.
Dostları ilə paylaş: |