Baki – 2020 Mövzu Yumurta



Yüklə 0,9 Mb.
səhifə96/307
tarix10.05.2022
ölçüsü0,9 Mb.
#57268
növüMühazirə
1   ...   92   93   94   95   96   97   98   99   ...   307
2020-21. I y.il. Mühaz. Qr. ƏE-017 İstehlak mallarının ekspertizası-2

1.3. Geyimlərə verilən istismar tələblər.
Geyimlərə qoyulan ən vacib tələblərdən birisidə onun istismar müddətinin uzun olması və yaxud xidmətinin daha çox olmasıdır. Geyimlərin xidmət müddəti dedikdə məmulatın dağılana qədər təqvim müddəti başa düşülür ki, bunu da saatlarla, günlərlə, aylar və illərlə hesablayırlar. Geyimin xidmət müddətinin qurtarması istər məmulatın tam dağılması ilə yaxud da onun xassələrinin pisləşməsi, modasının dəyişməsi, istehlakçının boy və ölşüsünün dəyişməsi ilə başa çata bilər.

Xidmət müddətinin davam etməsinə birinci növbədə məmulatın dağılmaya qarşı davamlılığı daha çox təsir göstərir. Məmulatın dağılması dedikdə isə nəticə etibarı ilə onun xassəsinin pisləşməsi və yaxud parçalanıb sıradan çıxması başa düşülür. Məmulatın dağılması bir neçə amillərin təsirindən baş verirş bunlardan ən başlıcası mexaniki, bioloji, fotokimyəvi təsirlərin kompleks halda təsiri, materialın müxtəlif səthlər vasitəsilə sürtünməsi, material ilə birləşdirilmiş yerlərin müxtəlif dartıcı və əyici qüvvələrin təsirindən yorulması, parça və digər materialların havanın oksigeni, işıq, rütubət, temperatura və s. təsirindən köhnəlməsi hesab edilir. Məmulatın dağıdıcı amillərin təsirinə qarşı əks dayanması onların geyilməyə qarşı davamlılığı adlanır.

Beləliklə məmulatın xidmət müddətinin başa çatmasına iki əsas amil təsir göstərir. Məmulatın dağılamı yaxud onun xassələrinin pisləşməsi və istelak şəraitinin dəyişməsi ilə məmulata olan əhali təlabatının dəyişməsi. Bununla bərabər məmulatda fiziki və mənəvi köhnəlmə gedir.

Mənəvi köhnəlmə onunla xarakterizə olunur ki, məmulat digər yararlı xassələrini saxlamaqla xarici görünüşcə istehlakçının tələbini ödəmir, materialının rəngi onun formasına uyğunlaşmır və nəticədə istehlakçının ölçüsünə uyğun gəlməməklə məmulat sıradan çıxır. Fiziki köhnəlmə məmulata xarici təsirlərin kompleks halda təsiri zamanı baş verir. Bu təsirlərin dərəcəsi isə onun təyinatı və istehlak şəraitindən çox asılıdır.

Məmulatın xidmət müddətinə eyni zamanda onun formasının davamlılığı və istifadəsinin rahatlığıda böyük təsir göstərir.

Son zamanlar tikili mallar istehsalında yaxşı formalaşma qabiliyyətinə malik xüsusi parçalardan istifadə edilir. Bunu isə xüsusi arayışlandırıcı maddələrin iştirakı ilə əldə edilir. Həmin maddə əzilməyə qarşı davamlılıq göstəricisi verir.

Məmulatın istifadəsi zamanı rahatlılığı və ona qulluq etmə qaydası insan bədəninin ölçülərinin düzgün götürülməsindən, konstruksiyalaşdırılma zamanı çertiyojların düzgün yerləşdirilməsindən,habelə detalların formasından, ölçüsündən, tikişlərin sayından, qatlanmalardan və s. çox asılıdır.

Geyimlərin xidmət müddətinin iqtisadi amillərdən asılılığı vardır. Geyimlərin ucuz və bahalılığı ölkənin iqtisadi inkişafının ümumi səviyyəsi ilə, sənayenin vəziyyəti ilə, tikiş sənayesinin texnologiyasının müasirliyi və təşkili ilə, habelə digər işlərin obyektiv iqtisadi amilləri ilə təyin olunur.



Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin