2.1. Əsas və köməkçi ölçmə üsulları
Tikili malların keyfiyyətinin qiymətləndirilməsi prosesində əsas və köməkçi ölçmə metodlarından istifadə olunur. Bu metodlarla üst geyimləri müqəvvaya geyindirməklə nəzarətdən keçirirlər. Lakin yaxası olmayan yüngül donlar, kəmərli məmulatlar və qeyriləri isə stol üzərinə sərilməklə ölçüsü təyin edilir.
Detalların xətti ölçüsünü həm çiyinli və həm də kəmərliməmulatlar üçün təyin edirlər. Əsas ölçmə əməliyyatlarına kürəyin eni və uzunluğunun plçülməsi aiddir. Adətən “reqlan” biçimi qollara malik tikili mallarda bu ölçü göstəricilərinin bpyüklüyünüqol yeri oymasının formasından aslıdır. Bütöv biçimli qollara malik olan üst geyimlərində bu ölçü aparılmır. Daha sonra məmulatın qol yeri oymasının dərinliyindən keçməklə eni, qollarının uzunluğu , boyunluğunun uzunluğu, ön tərəfdənməmulatın uzunluğu,ön tərəfdən döş xətti istiqamətində məmulatın eni,məmulatın yaxasının qaldırılmış vəziyyətdə uzunluğu, qolların aşağıya doğru istiqamətdə eni, daxildən və üstdən qoyulmuş ciblərin örtük qapağının həm yuxarı və həm də köndələn istiqamətdə yerləşməsi kimi əsas ölçmələr aparılır.
Eyni zamanda kəmərli məmulatın da əsas ölçmələri sırasına şalvarın yan tikişinin yuxarıdan balağına qədər olan uzunluq ölçüsü , kəmərinin uzunluq ölçüsünün yarısı və yaxud da belinin en ölçüsü aiddir. Köməkçi ölçmələrə isə orta tikiş xəttinin , yəni orta tərəfdən kəmər tikişinin ortasından addım tikişi xəttinə qədər olan məsafə ölçüsü aiddir.
Tikili malların keyfiyyət səviyyəsini fiziki - mexaniki və kimyəvi göstəricilərinə görə də təyin etmək mümkündür. Rast gələn nöqsanın xarakteri orqanoleptik yolla təyin edilməsi laborotoriya tədqiqatı üsulundan istifadə edirlər. Bunun üçün qüvvədə olan standarta uyğun (QOST 16504 - 81) olaraq laborotoriya şəraitində aşağıda göstərilən sınaqlar keçirilir: lif tərkibinin təyini; parçanın sapının sıxlığının təyini; parçanın arğac və ərişi üzrə sıxlığının təyini; mexaniki sınaqlardan sürtünməyə, cırılmaya təsir edən amillərin təyini; kimyəvi sınaqlardan turşu və qələvinin təyini; boyağının quru və nəm halda sürtünməyə qarşı, yuyulmanın, kimyəvi təmizlənmənin təsirlərinə qarşı davamlılığının təyini.
Müxtəlif rəngə boyanmış materialların boyağının davamlılığını təyin edərkən mal partiyasında olan hər bir rəngli tikili məmulatdan nümunə seçilib tədqiq olunur. Nümunə seçilməsi üzrə tərtib olunan aktda ekspertizaya təqdim edilmiş nümunələrdən başqa ekspertlər tərəfindən mütləq aparılacaq laborotoriya tədqiqatlarının məqsədi də göstərilməlidir. Alınan laborotoriya və orqanoleptik tədqiqatın nəticələrinə əsasən ekspert tədqiq olunan malın keyfiyyəti haqqında yekun nəticə çıxarır və bütün mal partiyasına aid edilir.
Dostları ilə paylaş: |