Baki – 2020 Mövzu Yumurta


Tikili malların keyfiyyətinin yoxlanılması ardıcıllığı



Yüklə 0,9 Mb.
səhifə99/307
tarix10.05.2022
ölçüsü0,9 Mb.
#57268
növüMühazirə
1   ...   95   96   97   98   99   100   101   102   ...   307
2020-21. I y.il. Mühaz. Qr. ƏE-017 İstehlak mallarının ekspertizası-2

2.2. Tikili malların keyfiyyətinin yoxlanılması ardıcıllığı

Məmulata soldan sağa, üstdən aşağıya baxmaqla nəzarətdən keçirilsin, dəst halında olan tikili mallar isə əvvəlcə pencəkdən və yaxud da pencəyin yoxlanmasından başlansın. Yaxalı üst tikili malları və qabağı aşağıya doğru kəsikli olan yüngül donlar əvvəlcə manikenə geyindirilib baxılır və sonra isə stol üzərinə sərilib nəzarətdən keçirilir. Ön tərəfdən aşağıya doğru kəsiyi olmayan məmulatlardan sayılan dəyişək, köynək, şalvar, yubkalar da stol üzərinə sərilib yoxlanılır.



Boyunluq. Istifadə olunan materialların dartılması, düzgünlüyü forması və uclarının yerləşməsi simmetrikliyi, emalı səviyyəsi, boyuna yapışması və arxaya doğru qatlanması keyfiyyəti, qıraqlarının sırınması, boğazlığı və boyunluqaltı materialına birləşdirilməsi və digər əlamətləri nəzərdən keçirilir.

Ətək hissələri. Yoxlama ərəfəsində geyimin ətək hissələrinin bir - birinin üzərinə çıxması dəqiqliyi, kənarlarının düzgünlüyü, yaxalarının simmetrikliyi və uzunluğu, sağ və sol yaxa hissələrində parçasının naxışının uzunluğu, düymələrinin tikilməsi davamlılığı, bəzəkverici tikiş xəttində tikiş addımlarının tezliyi, qıraqlarının ütülənməsi keyfiyyəti, aşağı hissələrində kənar xəttinin düzgünlüyü nəzərdən keçirilir.

Cibləri. Istər üstdən qoyulan və istərsə də kəsilib içəridən qoyulan ciblərin yerləşməsinin simmetrikliyi və düzgünlüyü, cib qapağının emalı keyfiyyəti, astarlıq materialının üz materialına uyğunluğu yoxlanılır.

Qollar. Qolların qol yeri oymasında tikilməsi düzgünlüyü, qolların yan tərəfdən asılması səviyyəsi, qol tikişlərinin simmetrikliyi, konstruksiya tikiş xəttlərinin düzgünlüyü, qolun ağzının astarlıq materialı ilə düzgün emal edilməsi, qol ağzı tikiş xəttinin tikiş addımlarının tezliyi, qollarda olan eyni adlı detalların cütlüyü, qolun aşağı hissəsində astarının olması, dirsəkaltı tikişinin astarlıq və üz materialının bərkidilməsi davamlılığı yoxlanılır.

Kürəyi. Bu zaman boyunluğun boğaz yerində tikilməsi səviyyəsi, alt boyunluğun əsas hissəsinə bərkidilməsi keyfiyyəti, boyunluğun arxaya qatlanması və bəzəndirilməsi keyfiyyəti, alt boyunluğun orta tikiş xəttinin kürəyin orta tikiş xəttinə uyğunluğu, qolun arxa tərəfdən oturması keyfiyyəti və kürəyin əyək hissələrinin çiyin tikişi yerində birləşdirilməsi səviyyəsi, arxada kəsiyin düzgünlüyü, arxa tərəfdən aşağıdan qıraqlarının bərabərliyi nəzərdən keçirilir.

Astarlığı. Məmulatın astar və üz tərəfdən olmaqla müqəvvaya geyindirib astarlı materialın üz materiala uyğunluğu, ölçüsünün uzunluğu və emalı səviyyəsinin keyfiyyəti yoxlanılır.


Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin