Baki – 2020 Mövzu Yumurta


Parçaların kəmiyyətcə ekspertizası



Yüklə 0,9 Mb.
səhifə86/307
tarix10.05.2022
ölçüsü0,9 Mb.
#57268
növüMühazirə
1   ...   82   83   84   85   86   87   88   89   ...   307
2020-21. I y.il. Mühaz. Qr. ƏE-017 İstehlak mallarının ekspertizası-2

3.2.1. Parçaların kəmiyyətcə ekspertizası

Parça miqdarının ekspertizasını apararkən tayın ilkin qablaşdırılmasında olması təyin edilir. Ilk qablaşdırma dedikdə, konteyner nəzərdə tutulur.

Konteyneri açmazdan əvvəl ekspert konteynerin üstündəki plombun salamat olmasını və dəmir yol fakturasında göstərilənlərlə eyniliyini, konteynerə müdaxilə olunması faktorları aydınlaşdırılır. Malın sayı o vaxt ekspert tərəfindən yoxlanılır ki, əgər bütün yuxarıda göstərilən amillər yerində olsun.

Konteynerlərdə yerləşdirilmiş mallara dəqiqləşdirilmiş təsnifat verilməli, konteynerin içində qoyulmalıdır.

Xarici yoxlamadan sonra mal alan, ekspertin iştirakı ilə konteyneri açır və onun tutumu ilə tanış olur.

Hər bir konteyner üçün xüsusi akt tərtib edilir.

Parçanın miqdarı, hər bir parçanın üstündə asılmış tay kartonları (qablaşdırma vərəqləri) vasitəsilə, təyin edilir.

Əgər tay kartları yoxdursa, bu zaman taylardakı, rulonlardakı, yeşiklərdəki parçalar spesifikasiyada göstərilən ölçü, say, tay, rulon, yeşik markaları ilə müqayisə edilir və həmin faktiki mal üçün ekspertiza aktı tərtib edilir. Lazım gələrsə, aktda tay kartının olması haqqında məlumat qeyd edilir.

Konteynerlər, rulonlar, taylar açıldıqdan sonra və ya parçalar yoxlandıqdan sonra malların metraj miqdarı göstərilir: pambıq və kətan parçalarda yarlıkın (parçanın növünü, qiymətini, adını, çəkisini göstərir) üstündə olan göstəricilərlə tayın üstündə olan qablaşdırma vərəqəsindəki göstəricilər müqayisə olunur. Yun və ipək parçalarda 3 metrlik stolda ölçülmüş parçaların xüsusi ölçüləri müqayisə edilir. Ekspert aldığı nəticəni bütöv mal ekspertizasının hesab fakturası ilə ölçməyə məcburdur. Alınmış mal partiyasının bir hissəsini yoxlamaq qadağandır.


Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin