2. Parçaların keyfiyyəti
Parçanın sortu zahirindəki qüsurlarına, habelə müəyyənləşdirilmiş fiziki-mexaniki göstəricilərinin fərqinə görə təyin edilir.
Parçanın zahiri qüsurları. Parçaların zahiri qüsurları xammalın, ipliyin, toxuculuğun və bəzəyin qüsurlarından ibarətdir.
Xammalın qüsuru boyağı pis götürən ölü lifdən, müxtəlif bitki qarışıqlarından düyünlərindən və liflərin sair qüsurlarından ibarətdir.
İpliyin qüsuru nazikliyinin qeyri-bərabər olmasından, şişkinliyindən, yağlı olmasından və sair iplik qüsurlarından ibarətdir.
Dostları ilə paylaş: |