Baki – 2020 Mövzu Yumurta


Liflərin tədqiqinin orqanoleptik üsulları



Yüklə 0,9 Mb.
səhifə73/307
tarix10.05.2022
ölçüsü0,9 Mb.
#57268
növüMühazirə
1   ...   69   70   71   72   73   74   75   76   ...   307
2020-21. I y.il. Mühaz. Qr. ƏE-017 İstehlak mallarının ekspertizası-2

6. Liflərin tədqiqinin orqanoleptik üsulları
Toxuculuq liflərinin təbiətinin təyininin müxtəlif üsulları mövcuddur: orqanoleptik, kimyəvi və mikroskopik. Lif tərkibinin öyrənilməsi sadə orqanoleptik üsullardan başlayır. Bəzi hallrda elə bununla da kifayətlənmək olur.

Lifin təbiətinin xarici görünüşünə, uzunluğuna, qalınlığına, yanma xarakterinə və s.görə təyin etmək olar. Müqayisəli öyrənmək üçün emal olunmamış lif nümunəsindən və toxuculuq məmulatından götürülmüş uyğun tərkibli lifdən istifadə edilir.

Hesabat tərtib edərkən dəftərə az miqdarda pambıq, kətan, yun, ipək və kimyəvi liflər yapışdırmaq lazımdır.

Pambıq lifinin öyrənilməsi. Nümunələr əsasında xam pambıqla pambıq lifinin fərqi, yüksək sortlu pambıqla aşağı sortlu pambığın fərqi, eləcə də orta lifli pambıqla, nazik lifli pambığın fərqi müəyyən edilir.

Az miqdarda lif dəsti götürüb, onu liflərə ayıraraq ştapelə yığırlar. Ştapeldə liflər bir-birinə paralel yerləşdirilməlidir. Sonra isə təxminən liflərin uzunluğu təyin edilir, ştapel isə dəftərə yapışdırılır.

Pamıqdan götürülmüş lif ilə pambıq parçadan çıxarılmış buruğu açılmış sapdan götürülmüş lifin fərqləri qryd olunur. Bu liflərə daha yaxşı baxmaq üçün onları qara rəngli şüşə üzərində yerləşdirmək lazımdır. Bu zaman liflərin qalınlığına, parlaqlığına, uzunluğu və qalınlığı üzrə bərabərliyinə, buruqluğuna diqqət yetirmək lazımdır.

Kətan lifinin öyrənilməsi. Kətan, kənaf, kəndir, cut texniki liflərinə baxılır. Texniki qabıqaltı liflərin xarici əlamətlərini öyrənən zaman kompleks liflərin uzunluğuna və qalınlığına, elementar liflərə ayrılma – dərəcəsinə, müxtəlif hissələrdə uzunluq üzrə en kəsiyinin qeyri bircinsliliyinə, yumşaqlılığına, rənginə, iyinə və lif kütləsinin bircinsliliyinə diqqət yetirmək lazımdır.

Kətan lifi xam və ağardılmış parça sapından götürülür, qismən və tamamilə hissələrə ayırmaqla işıqda, qara şüşə üzərində baxılır, onların pambıq lifi ilə müqayisəli xüsusiyyətləri qeyd olunur.

Yun lifinin öyrənilməsi. Çirkli və yuyulmuş qaba, yarımqaba, zərif, yarımzərif qoyun yunu nümunələri müqayisə edilir.

Lifin növünə görə qaba yunun qeyri-bircinsliyi qeyd edilir., yuxarı sortdan nisbətən aşağı sorta keçdikdə tiftik və daha qaba liflərin miqdarı, tiftik tüklərinin ölü tüklərin, ost (qıl) tüklərinin qıvrımlığı (dalğavariliyi) və uzunluğu qeyd edilir.

Kirli zərif yuna baxılan zaman lifin qıvrımlıq xarakteri, qalınlığı və uzunluğu üzrə bərabərliyi, lifin düzləndirilmiş halda və ondan əvvəlki uzunluğu, sonra isə yuyulmuş yun lifinin qıvrımlığı, əllə sıxılan zaman upruqluğu qeyd edilir.

Zərif və yarımzərif yuna baxılan zaman yun növlərini bir-birindən fərqləndirən əlamətlər qeyd olunur (qalınlığına və qıvrımlığına görə).

Digər heyvanların – keçi və dəvə yununa baxılır. Komvol, zərif mahud və qaba mahud parçalardan lif çıxararaq ağ kağızın üzərində işıqda baxılaraq, quruluşu öyrənilir və pambıqdan fərqli xarakterik xüsusiyyətləri qeyd edilir.

Təbii ipəyin öyrənilməsi. Baramaya baxılır, ondan az miqdarda xam ipək ayrılıb götürülür. Açılmış xam ipək nümunəsi bişirilmiş qısa lifli ipək lifi nümunəsi ilə müqayisə edilir, qalınlığı, yumşaqlığı və parlaqlığı müəyyən edilərək fərqləndirilir. Sonsuz xam ipək sapından istehsal olunmuş ipək parçadan və ipək iplikdən liflər çıxarılır, onlar qısa lifli təbii ipəklə müqayisə edilir.

Kimyəvi liflərin öyrənilməsi. Kimyəvi liflərin müqayisəli öyrənilməsi zamanı elementar və kompleks sap və ştapel lif nümunələrindən istifadə edilir. Süni liflərin aşağıdakı növləri ilə tanış olurlar: viskoz, polinoz, mis-ammonyak, asetat və triasetat, bəzəndirilmiş və bəzəndirilməmiş, tutqunlqşdırılmış və tutqunlaşdırılmamış lif növləri.

Lifə əks olunmuş işıqda və zəif işıqda baxılır, nümunə möhkəmliyinə görə quru və nəm halda çəkilir, nəmləndirmədən sonra süni liflərin (viskoz, misli ammonyak) öz möhkəmliyini əhəmiyyətli dərəcədə (50-60%) azaltmasına, asetat və triasetat liflərinin isə möhkəmliyinin az miqdarda (20-30%) aşağı düşməsinə diqqət yetirmək lazımdır.

Sintetik liflərin öyrənilməsi zamanı kapron, anid, lavsan, nitron, vinol PVX və xlorin lif nümunələrindən istifadə olunur. Elementar, kompleks və ştapel kimyəvi liflərinə baxılır.Onların qalınlıq üzrə bərabərliyi, düzləndirilmə dərəcəsi, rəngi, parlaqlığı, upruqluğu, yumşaqlığı qeyd edilir və sintetik liflərin nəm və quru halda möhkəmliyi müqayisə edilir.

Təbii və süni mineral liflərin müəyyən edilməsi. Asbest lifinə, şüşə və metal saplarına baxılır. Bunun üçün onların xarici görünüşünə diqqət yetirilir.



Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin