Yuyucu vasitələrin yağlı və qatranlı turşuların miqdarının ekspertizası. Dəqiq çəkili 4-5 q yonqar halında sabunu 60ml distillə edilmiş su ilə tutumu 200-250ml olan konusvari kolbada qızdıraraq həll edirlər. Məhlulu 35-40°C-yə qədər soyudaraq bölücü qıfa keçirirlər, əvvəlcədən buraya 20ml 10% -li xlor, yaxud da sulfat turşusu və 3-5 damla 0.1% -li metiloranj məhlulu tökülmüşdür. Kolbanı iki dəfə distilllə edilmiş su ilə xlorla ya da sulfat turşusunun 10%-li məhlulu və etil efiri (50ml) ilə yaxalayırlar və qıfa tökürlər. Qıfı çalxalayırlar, su qatını durulaşdırdıqdan sonra başqa bölücü qıfa keçirirlər, burada ikinci dəfə 30ml etil efirilə emal edirlər. Durulaşmış su üçüncü qıfa tökərək yenidən 20ml etil efiri ile emal edir, su qatını üçünçü qıfdan da boşaldırlar. İkinci və qıfdakı qoyulmuş efiri əvvəlki bölücü qıfa ikinci və üçüncü qıfı efirlə yaxalayıb birinçi qıfa tökürlər. Birinci qıfda efir cövhərini bir neçə dəfə su ilə (20-25 ml) çalxalayaraq yuyurlar. Yuyulmuş suyun metiloranjla neytrallaşma reaksiyasına qədər davam etdirirlər. Efir cövhərini 5q-a yaxın susuz natrium sulfat yerləşdirilmiş çəkisi məlum olan kolbaya kağız filtr vasitəsilə filtrdən keçirirlər; Filtrləşmə qurtardıqdan sonra filtri ehtiyatla etil efiri ilə yuyurlar. Efiri qovduqdan sonra, qalığı 75°C-də o vaxta qurudurlar ki, hər 15 dəqiqədən bir çəkilmiş çəki fərqi 0,1%-dən çox olmasın. Yağ turşusunun miqdarını aşağıdakı düsturla hesablayırlar:
X = G1 ∙ l00 %
G
Burada: X - yağ turşusunun miqdarı, % -lə;
G - sabunun dəqiq çəkisi, q-la;
G1 - qurudulduqdan sonra qalığın çəkisi, q-la.
Sabunda olan yağlı turşuların yod ədədini də əlif üçün olan üsulla təyin edirlər.
Dostları ilə paylaş: |