Baki-2014 Redaktor: Şirvani Ədilli



Yüklə 1,52 Mb.
səhifə5/12
tarix30.11.2016
ölçüsü1,52 Mb.
#530
1   2   3   4   5   6   7   8   9   ...   12

HEKAYƏLƏR

Prokuror
Güllü arvad oğlu Cəfərin qarasına hey deyinirdi. Vax­tında universitetin tarix, ədəbiyyat, coğrafiya fakültəsinə gir­səydi heç bu qədər əziyyət çəkməyəcəyini və indinin özündə də artıq haradasa müəllim işləyəcəyini deyirdi. Necə ki, qonşu uşaqlardan indi ali məktəbdə oxuyanları vardı. Güllü arvad onları oğluna misal gətirərək oğlunu qınaq atəşinə tuturdu.

Artıq Cəfərin şagird yoldaşları gələcəkdə müəllim və digər ixtisaslara yiyələnib fəaliyyətə başlayacaqdı. Ana da oğlunu onların sırasında görmək istəyirdi. Hər dəfə işdən evə yorğun qayıdanda onun halına yanırdı.

Cəfər işlədiyi Dəmir Beton Məmulatı zavodunda (DBM-4) dördüncü dərəcəli betonçu idi. O, qabaqcıl və qoçaq olduğu­na görə iş yoldaşları ona hörmətlə yanaşırdılar. Kimsə­dən geri qalmaq istəməzdi. Onu daxildən üzən bircə şey var idisə, o da Azərbaycan Dövlət Universitetinin (ADU) hüqüq fakültəsinə daxil olmaq arzusu idi. Dəfələrlə imtahan versə də tələbəlik adına yiyələnə bilməmişdi. Onunla imtahan verən abituriyent­lər arasında ən savadlılardan biri olmasına baxmayaraq, onlar artıq tələbə adını daşıyırdı, bu isə acığından için-için ovulurdu.

Hərbi xidmətini başa vurub qayıdandan sonra da Cəfərin cəhdləri heçə çıxmışdı. Düz dördüncü dəfə idi ki, bəxti gətir­mirdi. O, növbəti məzuniyyətini götürüb kəndə – anasının yanına gəl­di. Güllü arvad yazı və yayı həmişə kənddə, payızın orta ayından mart ayına qədər isə şəhərdə oğluyla qalırdı. O, Cəfərin onun yanına gəlməsinə hədsiz sevinib, oğlunun boynu­nu qucaqlayıb üz-gözündən öpdü. Tez çay-çörək gətirdi. Ye­yib-içəndən sonra Güllü arvad dedi:

- Nə yaxşı ki, gəldin, sabah Xəlilin oğlu Məcidin toyudu. Oxumadın-oxumadın, barı heç olmasa bir qızla evlən. Qoca arvadam, nəvə-nəticəmi görüm.

O günün sabahı ana-bala toya gəldilər. Cəfərin yoldaşlarının boğazlarındakı qalstuk, əyinlərindəki ütülənmiş pencək, pencəklərinin cibindən görünən qələmdən hiss etmək olurdu ki, kənd müəllimidirlər. Kənddə müəllimin böyük nüfu­zu olduğundan onları ən hörmətli adam bilirdilər. Cəfər ona deyilən qeyri-səmimi və atmacalı sözlərə tab gətirməsə də özü­nü o yerə qoymurdu. Ona buna atmaca atan, dili ilan dili kimi zəhərli olan Qəzənfər adlı bir kişi kənardan dilləndi:

- Ey, a Güllünün gül balası, niyə durub gözünü döyürsən? Qolunu çirmələ bu müəllimlərə qulluq elə. Sən də müəllim-sənmi?

Cəfər özünü saxlaya bilməyib dedi:

- Ay Qəzənfər dayı, məni nə qaralayıbsan? Müəllim olmasam da kənddə qonaq sayılıram. Bu müəllimlər də mənim yaşıdlarımdı. Qoy onlar mənə qulluq etsinlər. Bakıda da mən onlara qulluq edərəm.

Qəzənfər kişi özünəməxsus bir ədayla ağzındakı siqare­tindən bir qullab alıb xüsusi bir deyimlə dedi:

- Yox, onlar savadlı müəllimlərdir, sən isə mənim kimi savadsız fəhlənin birisən. Bir də ki, illərlə könül verdiyin qız səndən niyə üz döndərdiyi məlumdursa mən səni qaralama­mışam. Onun başqasını sevməsinə səbəb də sənin savadsızlı­ğındır. Bir də ki, şair yaxşı deyib: “sən sevəsən, yad apara, onun özü yaman dərddir”.

Cəfərin bu sözdən sonra sanki nitqi tutuldu. Hər şeyə dözmək olardı, bircə sevdiyi qızın kiməsə könül verməsinə inanmadı. Özünə yaxın bildiyi şagird yoldaşı Zəkini kənara cəkib öyrəndi ki, həqiqətən də sevdiyi Leyla adında qız onu savadsızlığına görə atıb, yenıyetmə kənd müəllimini tutub.

O gün Cəfərin ən dəhşətli günlərindən biri idi. O, Anasını kənara çəkib dedi ki, yaman naxoşlamışam, evə gedirəm, sən axıra qədər otur. Anası istədi onunla evə gəlsin ki, ona banka salıb tərlətsin. Lakin, Cəfər razı olmadı. O, evdən paltarlarını yığışdırıb birbaşa Bakıya qayıtmaq fikri ilə toydan çıxıb evlərinə gələndə sevdiyi Leyla adlı qızla təsadüfən öz doqqaz­larının ağzında rastlaşdı. Xeyli söhbətdən sonra Leyla ona son sözünü bildirdi ki, bir daha həndəvərimdə fırlanma.

Hər şey Cəfərə aydın idi. Evə gəlib bir kağıza bunları yazıb stolun üstünə qoydu: “Ana, məni bağışla, Bakıdan zəng etdilər ki, təcili idarədə olmalısan. Sən isə nə vaxt zəng eləsəm onda yığış gəl”.

Güllü arvadın ürəyi durmadı. Bir saatdan sonra evə qayıtdı. Stolun üstündəki kağızı oxudu. Çox məyus oldu. İstə­yirdi oğlunu evləndirmək üçün onunla razılığa gəlsin. Uzun illərdən bəri yığıb saxladığı zinət əşyalarını və 12 ədəd qızıl onluğu əlində o yan, bu yana çevirib hirslə divara çırpdı. Cəfə­rin də qarasına o ki, var deyindi. Tərslikdə dədəsinə çəkdiyini dedi.

Bütün kəndə də yayıldı ki, Cəfər acıq edib biryolluq kənddən gedib. Az sonra Güllü arvada hər şey məlum oldu. O, məclisdə Cəfəri utandıran Qəzənfərin və Leylanın layiqli cavabını verdi. Onsuz da Güllü arvad gəncliyindən həm kişi, həm də arvad kimi tanınmışdı. Onun əri Kərəm maşın qəzasına düşüb dünyasını dəyişmişdi. Odur ki, Güllü arvad ot çalır, odun doğrayır, yer əkib-səpir, xeyirdə-şərdə hamıdan yaxşı iştirak edirdi. Bir mamaçı kimi onun təmənnasız xeyirxahlığı da öz yerində. Özü demişkən bir oğlunu yağ içində böyrək kimi böyütmüşdü. Yeri gələndə bir əvəzinə beş xərcləməyi də bacarırdı. Kimsə onun ünvanına güldən ağır söz deməmişdi. Əslində kənd camaatı Güllünün işini, əməlini və qeyrətli ana olmasını qız və gəlinlərə misal göstərirdi. Onunla hər mənəm deyən başı papaqlı mübahisə etməyə cürət etməzdi.

Bu gün­lərdə Qəzənfəri el içində biabır etməsi xəbəri çoxlarının ürəyin­cə oldu. Bu işi bəyənənlərdən biri də Güllü arvadın qonşusu cindar Fatma idi. O, bir dəfə Güllü arvada yaxınlaşıb dedi:

- A Güllü gəlsənə sənə bir sirr açım.

- O nə sirdir, a Fatma.

- Az, belə o oğlun Allah saxlamış Cəfər barəsindədir ey.

- Onda de də, nə gözləyirsən. Ürəyimi üzdün axı.

- Az, müftə ha deyil, nəmərini boyun ol, deyim.

Güllü arvad cindar Fatmanı yaxşı tanıdığından düz onun gözünün içinə baxdı. Elə bil ürəyinə damdı ki, o oğlu barəsində çox önəmli bir fikir söyləyəcək. Həm də onun dediyinə söz ola bilməzdi. Neçə il idi öz cadu-pitisini xeyirxahlığa, şirinliyə, barışığa yönəltmişdi. Çox inamsızları inandırandan sonra ona kömək əlini uzatmışdı. Hələ keçən il Güllü arvad barma-ğındakı qızıl üzüyünü itirəndə bir neçə adamdan şübhələndiyi zaman Fatma ona demişdi ki, imanını oda yandırma. Böhtanı Allah da sevmir. Sənin üzüyün paltar şkafının altına düşüb. Get oradan çıxart. Özün gözünlə görməmiş kimsəni şərləmə. Güllü arvad doğrudan da üzüyünü şkafın altından tapmışdı. Hətta muştuluğa pul versə də cindar Fatma götürməmişdi. İndi isə Fatma ona “nəmərini boyun ol” deyirdi.

- Boyun oldum, sözünü de.

- A Güllü, dünən o oğlun Cəfərin getdiyini eşidəndən sonra çox pis oldum. Adına quran açdım, tas qurdum. Agah oldum ki, o, istədiyi ən böyük məktəbə qəbul olunacaq. İndi ona rişxənd edənlər peşman olacaq. Mən ona görə bu sözləri sənə deyirəm ki, narahat olma. Bir də ki, Cəfər o qızla evlənsəydi oxumayacaqdı. İndi isə onu pisikdirənlərin acığına ali məktəbə qəbul olunacaq. Allah onun qabağına çox dəyərli bir insan çıxardıb. Vaxt gələcək ki, mənim dediklərimi gö­rəcəksən. Gə­lə­cə­yi parlaq bir prokuror kimi ad-san çıxara­caq. Bir sözlə, tale üzünüzə bağlı qapıları açıb.
***
Cəfər çamadanını götürüb avtovağzala gəldi. Qazax- Bakı avtobusuna əyləşdi. Elə fikirli idi ki, yanındakı adamlara belə diqqət yetirmirdi. Həm aclıq, həm də fikir onu üzürdü. Haradasa bir həmsöhbətin təsəllisinə ehtiyacı var idi. Onunla avtobusda yanaşı əyləşən orta yaşlı, dolu bədənli, səliqəli geyimli bir adam qəzetlərin səhifələrini vərəqləyib üzünü ona tərəf çevirdi:

- Yaxşı materiallar dərc ediblər, oxuyursansa buyur oxu.

Cəfər buna bənd imiş kimi yol yoldaşına təşəkkür edib qəzetləri nəzərdən keçirdi.

Kürdəmirə çatanda hər ikisi avtobusdan yerə düşüb yeməkxanaya nahar etməyə getdilər. Onlar stolun arxasında əyləşib menyünü gözdən keçirdilər. Yol yoldaşı Cəfərə:

- Nə yeyəcəksən? – deyə sual verdi.

- Sizin sifarişiniz nə olsa mən də onu sifariş verəcəm– deyə Cəfər dilləndi.

Bir azdan süfrə düzəldi. Cəfərin yol yoldaşı avtobusa yaxınlaşıb öz zəmbilindən ona pay qoyulan başı xamıralı tut arağını stola qoydu. Badələr süzüldü. Sözə yenə həmin adam başladı:

- Cavan oğlan, biz 4, 5 saatdı ki, yol gəlirik. Heç tanış da olmamışıq. Atalar düz deyib ki, ”Dağ, dağa rast gəlməz, adam adama rast gələr”. Gəl tanış olaq.

Cəfər: - Nə deyirəm olaq də... – dedi.

Adam tanışlıq verdi:

- Mənim adım Pənahdı. Özümün də əslim-nəslim Qazax-dandır. Bakıda yaşayıram. Azərbaycan Dövlət Universitetində (BDU) işləyirəm. Professoram.

İndi də Cəfər özünü təqdim etdi:

- Mənim də adım Cəfərdir. Tovuzdanam. Bakıda zavodda işləyirəm. Duz 4 ildir ADU-nin huquq fakulitəsinə imtahan verirəm. Lakin, bal tələsindən keçə bilmirəm.

Pənah müəllim stəkanı qaldırıb:

- Yaxşı, gəl tanışlığımızın şərəfinə vuraq – dedi.

Onlar stəkanları toqquşdurdular. Cəfər ömrü boyu arağın tamını bilmirdi. Araq məclislərində də əlini onun butulkasına belə vurmazdı. Buna səbəb ana tərəfinin seyid olması idi. İçmədiyinə görə kimsə ona araq içməyi təklif də etmirdi. İndi isə çıxılmaz vəziyyətə düşmüşdü. Onu daxildən narahat edən fikri unutmaq naminə içməli idi. O, “Allah gunahımdan keçin”, deyib rumkanı başına qaldırdi. İlk dəfə dilinə araq dəydiyindən ağzını büzüb, üzünü turşutdu. O, nə qədər cəhd etsə də ki, özünü sərbəst göstərsin, lakin, qeyri ixtiyari olaraq belə bir vəziyyət alındı. İkinci rumka arzuların sağlığına vuruldu. Pənah müəllim Cəfərin ömründə araq içmədiyini hiss edib ona az, özünə çox araq süzərək sağlıqlar dedi. Ayağa durub hesabı ödədi və Cəfərin qoluna girib onu avtobusda oturtdu. Cəfər Kürdəmirdən Qaradağa qədər yatdı. Oyananda Pənah müəl­limdən üzr istədi ki, deyəsən hallanmışam. Sizinlə doyunca söhbət də etməmişəm. Pənah müəllim öz ev və iş telefonunu yazıb ona verdi. Tapşırdı ki, nə vaxt istəsən zəng vur, görüşüb dərdləşək. Sən çox dəyərli oğlansan. Hələ vaxtın olsa Nov­xanıda bağ evimizə də gedərik.

Pənah müəllimin öz fəhləlik və tələbəlik illəri yadına düşmüşdü. Ac qaldığı, vağzalda gecələdiyi günləri xatırladı. Bu vaxt Cəfər ayağa durub artıq avtovağzala çatdıqlarını deyib, onunla doğma adamlar kimi qucaqlaşıb görüşüb ayrıldı.

Cəfər Nəriman Nərimanov metrosunun yanında yerləşən bir saylı fəhlə yataq­xanasına gəldi. İş yoldaşları ona nə tez qayıtdığını soruşanda həqiqəti gizlədib başqa bir işlə əlaqədar qayıtdığını bildirirdi. Aradan bir gün keçəndən sonra axtarıb Bakının Keşlə qəsəbəsində kirəyə bir ev tapdı. Hər nəyi vardısa taksiyə qoyub ora daşıdı. Kirayə evin sahibi də yaxşı adam idi. Ona “hər nə lazım olsa öz evin kimi istifadə et” deyə doğmalıq göstərdi. Cəfərin məqsədi o idi ki, yaxında verəcəyi imtahan­lara sakit bir yerdə daha dərindən hazırlaşa bilsin.

Artıq 18 gün idi ki, gecəni gündüzə qatıb hazırlaşırdı. Heç yemək də yadına düşmürdü. Acından mədəsi sivrildiyi üçün idman formasını geyinib mağazadan çörək və ərzaq almaq üçün evdən çıxdı. Məscidin yanından keçəndə QAZ-24 markalı bir maşın onun yaxınlığında dayandı. Maşının içindən kimsə onu adıyla çağırdı. Dönüb baxanda Pənah müəllimi tanıdı. Onlar çox səmimi görüşəndən sonra Pənah müəllim onun niyə zəng etmədiyini soruşdu. Cəfər imtahanlara hazırlaşdığından vaxtının olmadığını bildirdi. Pənah müəllim Cəfərə yarı ərklə dedi ki, get əynini geyin, bir saatdan sonra səni burada gözləyəcəm. Bağa gedirik. Qaldı imtahanlara, ondan qorxma. Bir dostuna kömək etmirsə onda Pənah niyə yaşayır ki?

Bir saatdan sonra hər ikisi maşına əyləşib Pənah müəlli­min bağına getdilər. Yetirən kimi əyinlərini dəyişib, manqalı yandırdılar. Bir azdan Pənah müəllimin 15-ə yaxın dostu da gəlib çıxdı. Onların içində vaxtı ilə Cəfərdən imtahan götürən alimlər də var idi. Əksəriyyətini də tanıyırdı. Cəfər kimsəyə məhəl qoymadan manqalda bişirdiyi quzu ətiylə oğlaq ətini o yan, bu yana çevirə-çevirə Pənah müəllimin şişə çəkdiyi balıqları, kartof, badımcan və pomidorları manqala düzürdü. Elə bu vaxtı kimsə üzünü Pənah müəllimə tutub soruşdu:

- Pənah müəllim, bu cavan oğlan qohumundurmu?

- O, mənim övladım qədər əziz olan dostumdur.

- Bəs bu neçə ildə niyə kimsəyə bir söz deməmisən?

- Nə bilim, ay professor, məni tanımırsanmı? !

- Elə ona görə də təəssüflənirəm.

Gözəl süfrə acılmışdı. Kababı yaxşı bişirdiyi üçün Cəfəri də möhkəmcə təriflədilər. Ona balaca vurmaq təklifi etsələr də “qətiyyən mənə içki olmaz” deyə səhhətində problem olduğu­nu bəhanə edib içmədi.

O gün yadda qalan bir gün oldu. Lakin, Pənah müəllim sağlıq deyən zamanı bildirdi ki, bu yaxınlarda sizə sazlı-sözlü bir qonaqlıq vəd edirəm. Hamımızın cox sevdiyi Mikayıl Azaf­lı da bizimlə olacaq. Qoy, Cəfər imtahanlarını verib qurtarsın. Bu da onun şadlıq günü kimi yadda qalacaq.

Hamı xoş təəssuratla ayrıldı. Artıq Cəfərin ürəyi sakit idi ki, heç olmasa biliyinin halal qiymətini ala biləcək. Yenə də oxumağını dayandırmırdı. Elə bil məsuliyyəti birə beş artmışdı.

İmtahan vaxtı onunla dəfələrlə imtahan verib keçməyən­lərlə yenə də bir yerdəydilər. Biri-birilərinə suallar verirdilər. Əvvəl­cə tarix fənnindən imtahan olduğu ücün Cəfər bütün sualları əzbərdən bilirdi. Onun cavabları müəllimləri qane etsə də “4” qiymətini yazmağı qərarlaşdırdılar. Elə bu vaxt əsl imtahan göturən tanış müəllim qayıtdı ki, düzdür “dörd” yazmaq olar, amma belə cavaba 5 yazmasam özümü bağışla­maram.

Əslində Cəfərə “4” də bəs idi. Dörd imtahanın birindən “4”, ücündən “5” aldı. Cəfər nəhayət adını qəbul olunanların siyahısında görcək sevincindən uşaq kimi ağladı. Axı uzun illər belə bir günün həsrətini çəkmişdi. Elə o dəqiqə eloğlusu aşıq Məhərrəm Huseynlinin qəzetdə çap olunmuş “Allah” adlı şeirini xatırladı. Məhərrəm Huseynli bu şeiri elə bil ki, onun bu gününə yazmışdı. O, Tanrıya şükürlər oxuyub şeiri əzbərdən söylədi:

Hər bir kəsi arzusuna,

Mənim kimi yetir, Allah.

Qoy sevinsin ata, ana,

Əməl versin ətir, Allah.


Yığılmışdım tənə, sözdən,

Qırılmışdım san ki, dizdən.

Salam olsun sənə bizdən,

Könüldə gül bitir, Allah.


Məhərrəməm, səni andım,

Artıq quş tək qanadlandım.

Vaxt var idi odsuz yandım,

Qıldın hörmət, xətir, Allah.


Cəfər tez Pənah müəllimə zəng etdi. Pə­nah müəllim qəbul olduğunu ondan tez bildiyini deyib, onu təbrik etdi. Sonra Aşıq Mikayıl Azaflını tapmağı və onunla vədələşməyi tapşırdı.

Cə­fər onsuz da bilirdi ki, onun qəbul olunmağının əsl səbəbkarı Pənah müəllimdir. Özünün 2 min manatdan cox pulu vardı. Onun hamısını qəbul olmağı münasibətiylə xərcləməyə hazır idi. Qarşısına məqsəd qoydu ki, tez Tovuza gedib orada Mika­yıl Azaflıyla danışıb bu məclisdə iştirakını planlaşdırsın. Birdən yadına düşdü ki, gənc aşıq, həm də Mikayıl Azaflının şagirdi Məhərrəm Huseynli Keşlədə qalır. Mikayıl Azaflı da daimi onlara gəlir. Tez onu tapıb söhbət eləmək qərarına gəldi. Axtarıb Məhərrəmi tapıb fikrini ona bildirdi. O, isə gülümsəyib dedi ki, eloğlu, təki şadlıq olsun, bu dəqiqə həll edərəm. Məhərrəm tez Biləcəri qəsəbəsində yaşayan Mikayıl Azaflının böyük qızı Dilarə Azaflıya zəng edib ustadını soruşdu. O isə “hə.. babam (onlar atalarına “baba” deyirdilər) bizdədir, gözlə, telefonu ona verirəm” dedi. Məhərrəm xeyli əhval-pürsan-lıqdan sonra dedi:

- Ustad, səni sevib istəyənlər nə cox imiş.

- Sağ olsunlar, onları da mən istəyirəm – deyə M.Azaflı ca­vab verdi.

- Elə isə sabaha bir kiçik şadlıq var, əhd ediblər ki, arzum baş tutsa Mikayıl Azaflını dəvət edəcəm. O şadlığı keçirməyə vaxtın varmı?

M.Azaflı isə:

- Sən orda meydan açıb kömək eləməyi boynuna götürsən vaxt taparam – dedi.

Sabahı hər şeyi yerbəyer edəndən sonra Pənah müəllimin köməyi ilə bütün əvvəlki adamlar və əlavə dostlar top­laş­mışdılar. Məclisdə Mikayıl Azaflının və onun bülbül cəh­cəhli şagirdinin çalıb-oxumaları sanki hamını sehrləmişdi. Mikayıl Azaflının sözündən, söhbətindən doymaqmı olardı? Elə bil bu boyda professorlar auditoriyada oturmuşdular. San ki, özlərini unutmuşdular. Onun şagirdi Məhərrəm Huseynlinin oxuduğu zil havalar ruhları yerindən oynadırdı. Kimsə bu sehrli aləmdə özünü xəyalən asimanda sanırdı.

Gecədən keçənə qədər məclis uzandı. Bu gün bu adamları yaşadan saz və söz idi. Stolun üstündə icilməmiş qalan araqlar, soyumuş kabablar bir daha bu günün hər şeydən üstünlüyü demək idi. Əlbəttə hamı Cəfəri, Pənah müəllimin bacısı oğlu bildiyindən təbriklər edirdi. Məclisin sonunu çox mehribanlıqla qurtaran aşıqlara təklif olunan pulları gotürmədilər. Mikayıl Azaflı zarafatla qayıtdı ki, el içində ev tikənə, yeni evlənənə və tələbəyə kömək edərlər. Sevinirəm ki, mənim də tələbəyə köməyim belə dəydi.

Cəfərin müəllimlərlə munasibəti doğmalaşmışdi. Boş vaxtlarında latareyada udduğu Moskvic-412 minik maşını ilə bir dəstə dostlarını da götürüb Pənah müəllimin bağını səhmana salırdı. Alma, heyva, nar, üzüm, gilas ağaclarını öz puluyla alıb əkmişdi. Pənah müəllimin xəbəri olmadan iki mərtəbəli, o vaxtın dəbi ilə bir bağ evi də tikmişdi. Bağda su quyusunu qazdırandan sonra bağ laləzara dönmüşdü. Hec altı ay tamam deyildi ki, bağ tamam dəyişmişdi.


***
Güllü arvad kənddə işlərini yola verib təzəcə rahatlaş­mışdı. Poctalyon Səlim qoltuğunda bir dəstə qəzet və məktubla qapını döydu. Qapı möhkəm döyüldüyündən Güllü arvad öz-özunə bir necə dəfə “Allah xeyrə çevirsin, görən yenə nə olub” deyə qapını açdı:

- Nə olub, ay Səlim, amanını Allah qırıbmı? Qapını niyə sındırırsan, onu düzəltməyə evimdə kişimi var?

- Var, ay Güllü arvad, var.

- Kimdi elə kişi, a başına dönum?

- Muştuluğumu ver, deyim.

Səlim S.M.Kirov adına ADU-dən göndərilən təbrik teleqramını çıxarıb dedi:

- Kişi haqqında burada yazıblar. Muştuluğumu verməsən dədəmin cavan goru haqqı teleqramı vermərəm.

Güllü Səlimin üzünə baxanda sanki, sevinc dolu təbəssü­mündən hiss etdi ki, Cəfərdən xoş xəbər alacaq. Tez qayıdıb balışın altında gizlətdiyi torbanı gətirdi:

- Bir deynən görum nədir, bəlkə çox verirəm?

- Onda qulaq as – deyib Səlim teleqramı oxumağa başladı.

Teleqramda yazılmışdı: “Hormətli Məmmədova Güllü Xan­bu­ta qızı, oğlunuz Məmmədov Cəfər Kərəm oğlu S.M.Ki­rov adına Azərbaycan Dövlət Universitetinin hüqüq fakültəsinə qəbul olunub. Bu münasibətlə sizi təbrik edirik.

Rek­tor: aka­demik Faiq Bağırzadə”.

Güllü arvadın sevincdən qol götürüb oynamasını, Səlimin üz-gözündən öpməsini bəlkə də yüz mənəm deyən aktyor edə bilməzdi. Həm ağlayır, həm gülür, həm də oynayırdı.

Səlim dilləndi:

- Hə, yoruldunsa, muştuluğumu ver gedim.

- Al, qadan alım, ay Səlim. Allah səni xeyirxəbər eləsin – deyib onun ovcuna bir 25-lik qoydu – Əə, bəs eləmirsə birini də verim.

- Yox, yox, ay Güllü arvad, bəsimdi – deyib Səlim cıxıb getdi.

Güllü arvadın gözaydınlığına gələnlər cox oldu. Mərda­nə­liyi ilə tanınan Güllü arvad süfrəsi ilə də tanınırdı. Tez iki qoç alıb birini qazanda bişırdi, birini də kəndin adamlarına qurban payı kimi paylatdırdı.

Aradan ay yarım vaxt kecmişdi. Poctalyon Səlim Güllü arvadı qapıdan səslədi. “Gəldim” deyə Güllü arvad cölə cıxdı.

- A Güllü arvad, bu dəfə teleqramı oğlun Cəfərin özuü göndərib.

- Oxusana görum, qabağında öldüyüm nə istəyir.

- Yazır ki, yığışıb Bakıya gəlsin. Nə vaxt qatara bilet alsan, onun sabahı səni Bakı dəmir yol vağzalında qarşılaya­caq.

Güllü arvadın ürəyi yerinə gəlmişdi. Öz razılığını və şük­ranlığını Allahdan əsirgəmirdi. Qonşusu cindər Fatmanı cağırıb ona olan borcunu verib, evini və məhləsini ona tapşırdı. Kim­səyə möhtac deyildi. Bilet alıb, pal-paltarını yığıb Bakıya yola düşdü. Cəfər onu vağzalda qarşılayıb Keşlədə kirayədə qaldığı mənzilə gətirdi. Ana-bala yaxşıca səhər yeməyi yeyib xeyli dərdləş­dilər. Cəfər işlədiyi muəssisədən çıxaraq xüsusi ev təmiriylə məşğul olurdu. Axşam isə universitetə dərsə gedirdi. Yaxşı pul qazanırdı. Halal puluyla məşhur sazbənd Xududan bir saz da almışdı. Arabir dınqıldadırdı.

Günlərin birində Cəfər Pənah muəllimi maşına mindirib bağa gətirdi. İlk dəyişiriklik darvazadan Pənah muəllimin nəzərini cəlb etdi:

- Cəfər, bu darvazanı sənmi qoydurubsan? – deyə Pənah muəllim soruşdu.

- Bəli, Pənah muəllim. – deyə Cəfər cavab verdi.

- Bəs sənə deməmişəmmi mənə muəllim yox, əmi de?

- Burda nə var ki, səhvimi duzəldərəm, ay Pənah əmi.

İki taylı böyük darvaza zövqlə duzəldildiyi ücün Pənah muəllimin çox xoşuna gəldi. Qapını acıb icəri daxil olanda Pənah muəllim gözlərinə inanmadı. İkimərtəbəli bina tikilib tamam təmirdən çıxmışdı. Xususi diqqətlə meyvə ağacları əkilib, darlanıb, ağ əhənglə rənglənib suvarılmışdı. Hər 15-20 metrdən bir kranlar çəkilmişdi. Kranlara nasosla bum-buz su vurulurdu. Bütün bunları görən Pənah muəllim dedi:

- Vallah səndən ən ədalətli prokuror olacaq.

Bağın içindəki balaca hovuz böyüdümüş və içinə kafel-metlax döşənmişdi. Dup-duru suyun dibi güzgü tək əks olunurdu. Bağın icində yerə döşənmiş qırmızı və ağ daşlar yerə sərilmiş xalçanı xatırladırdı. Divarın dibi boyunca muxtəlif qızıl güllərin əkilməsi, hundurləşdirilib suvanmış barılar xoş təsir bağışlayırdı. Pənah muəllim bağa nə qədər vuruldusa, onu bu vəziyyətə gətirən bu diqqətli oğlana bir daha qanı qaynadı. Sonra sual verməyə başladı:

- Cəfər bu pulları haradan borc etmisən?

- Özümün idi, Pənah əmi. Həm də ki, sənətkaram, qazanı­ram axı.

- Mən bir söz demirəm, axı bu işləri böyük canfəşanlıqla gördürməkdə məqsədin nədir? Bu müddət ərzində mənə niyə deməmisən axı?

Cəfər bilirdi ki, bu suallar ona veriləcək. Onun ücün də cavablarını da bilirdi:

- Pənah əmi, biz bir-birimizə doğmayıq. Siz deyə bilərsi­nizmi, ilk dəfə bu bağda məni tanış etdəndə kimdənsə icazə almışdınızmı?

- Yox, almamışdım. Bunu sənə olan xoş munasi­bətim məcbur etdi.

- Budaa ilk dəfə olanda bir tanımadığım adam bu bağ haq­qında bir söz atmışdı. Mən Allaha yalvarırdım ki, imkan düş­sün, bu bağı öz əllərimlə səhmana salacam. İndi deyin gö­rum mən dura-dura siz niyə əziyyət cəkməlisiniz.

Pənah müəllimdedi:

- Cəfər, heç soruşmamışam, maşını hansı pullarla almı-san?

- Lotoreyada udmuşam. Ondan əlavə 5000 manata qədər dəyəri olan digər şeylər də udub, pulunu buraya xərcləmişəm. Bu da məndən bir hədiyyədir öz əmimə. Hələ ustəlik də xeyli pulum var. Əgər razılıq versən gələn həftə istədiyin dostları dəvət edib bir ziyafət də verərdik.

- Nə səbəbə?

- Səbəbi olmasa demərəm axı.

- De görum, ağlımn bir şey kəsirmi.

- Pənah əmi, sənin 60 yaşın tamam olur. Deyəsən elm başını qatdığı ücün unudubsan.

Pənah müəllim oömrundə bir dəfə də olsa özünə yaş kecirtməmişdi. Onu bu yaxınlarda akademiyanın muxbir uzvü də secmişdilər. Bir neçə dəfə fikrindən bu münasibətlə qonaq­lıq verməyi keçirtsə də havaların babatlaşmasını gözləyirdi. O:

- 60 yaş bir yana, başqa qonaqlığı gələn həftənin bazar gününə saldıq – deyə cibindən 3000 manat pul cıxardıb Cəfərə verdi. – Sənin zövqün yaxşıdı, otaqlara divan, kreslo və nə lazımdırsa alarsan.

Elə o gün Cəfər hər nə lazım idisə alıb bağa gətirdi. Me­bel, bağ evini daha da gözəlləşdirdi. Döşəməyə salınan xalçalar, divardakı tül pərdələr, stol və stullar, rəngli televizor, videomaqnitofon adamı elə burada yaşamağa vadar edirdi. Bu işlərdə Cəfərin tələbə və iş yoldaşları təmənnasız ona kömək etmişdilər. Cəfər onların heç birinə kömək üçün müraciət eləməmişdi. Onlar Cəfərdə olan etibarın, qayğıkeşliyin, darda ho­ya yetməsinin şahidi olmuşdular. Bilirdilər ki, Cəfər öz tikə­sini onlara verən cəsarətli və mərd oğlandı. Pənah muəllimi isə təkcə əmi kimi yox, qayğıkeş ata bilirdi. Bağ evinin təmənnasız tikilməsinə də onlar təkan vermişdilər.

Pənah müəllim evə girəndə həyat yoldaşı Zərifə xanım onun üzündə yaranmış xoş təbəssumdən bildi ki, nəsə onda bir xəbər var. O, soruşdu:

- Xeyr ola, kefin kökdü deyəsən.

- Xeyirdir, ay arvad. Bilirsən, bu Cəfər mənim ad günümə nə süpriz hazırlayıb?

- Nə hazırlayıb, ay Pənah?

- Vallah deməyəcəm, gedərsiniz, görərsiniz.

Zərifə xanım nə qədər soruşdusa da Pənah müəllim de­mə­di. O, sözu bir dəfə deyirdi. Elə buna görə də Zərifə xanım üz vurmadı. Fikirləşdi ki, yəqin Tovuzdan Pənahın ürəyi istəyən saz gətirilib. Bu evdə ailə tərbiyəsi, abır-həya, böyüyə hörmət ön plana cəkilmişdi. Tək bir dəfə kurəkəni Vəli həyat yoldaşi Nərgizə demişdi ki, atan bağ evini niyə qaydaya salmır? Pulu yoxdursa verim. Onunla bir yerdə işləyən elmlər namizədlərinin villaları, təmirli bağ evləri var. Bu söhbəti Pənah muəllimin də qulağı çalmışdı. Elə buna görə də Pənah müəllim bağ evini məhz Cəfərin qaydaya saldığını demədi.

Pənah muəllim Zərifə xanıma tapşırdı ki, gələn həftənin bazar gnü nəvələrini, kurəkənini, qızlarını və adını siyahıya yazdığı qohumları bağ evinə dəvət eləsin:

- İş tərəfindən də bir 25 nəfər olacaq. İstəyirəm özümün 60 yaşımda bir yerdə olaq.

Zərifə xanımın inanmağı tutmadı. O, İndiyə qədər bir dəfə də olsa yaş keçirmək barəsində fikirləşməmişdi. İndi başa düşdü ki, Cəfərin hədiyyəsi onun yubileyi munasibətiylədir.

Pənah müəllin üç gündən sonra zəng Cəfərə vurdu. Vəziyyəti öyrənmək üçün bağa getmək istədiyini dedi. Vədə­ləşib bağa getdilər. Pənah muəllim gözləmədiyi bu gözəlliyi görəndə Cəfərə “əhsən” dedi. Sonra əlavə etdi:

- Zərifə bibin elə biləcək ki, bunları mən eləmişəm.

Cəfər onun sözunu kəsib dedi:

- Əmi, əlbəttə sən etdiribsən bunları. Mən əmimə kömək etmişəm. Bir də ki, biz kimlərəsə sirrimizi deməsək kim nə bi­lə­cək? Əsas məsələ yubiley və yuksək elmi ad aldığın günün təqdimatına hazırlığı təşkil etmək idi.

Cəfər alınacaq şeylərin siyahısını ortaya qoyub məsləhət elədi. Pənah müəllim bir dəst pulu onun cibinə qoyub, tapşırdı ki, hər nə alsan təzəsini və yaxşısını al.

Cəfər bir neçə gündən sonra dostlarını toplayıb hər kəsin vəzifəsini böldu. Hərəsinə bir ağ xalat, ağ aşbaz papağı da tapdı. O gün ücün dostlar həmişə olduğu kimi hazır idi. Adama elə gəlirdi ki, bu beş nəfər şəhərin ən məşhur aşbazlarıdır. Dörd gün əvvəl aşıq Məhərrəmdən də xahiş etmişdilər ki, Aşıq İm­ran­­la qoşa bu tədbiri aparsınlar.

Məclis olacaq gün bağa hamıdan tez Pənah muəllim və ailəsi gəlmişdi. Zərifə xanım və digərləri gözlərinə inanma­dı­lar. Elə bil cənnətə düşmüşdülər. Hər şey yerindəydi.

Bağa gələn hər kəs üzünü Pənah muəllimə tutub deyirdi ki, müəllim, sağlığınıza qismət, bağı nə gözəl duzəltdirmisiniz. Müəllim yoldaş­larından biri hətta zarafatla “yerinə olsam indən belə heç bir yana getmərəm, qarını da götürüb buraya gələrəm” deyib, hamını güldürdü. Pənah müəllim isə zarafatla dedi:

- Bəlkə qarı gəlmədi, onda nə olsun?

- Onda hər şeyi təzələdiyin kimi 60 yaşdan sonra qarını da təzələ – deyib iş yoldaşı yenidən hamını qəh-qəhlə güdür­dü

Elə bu vaxt Aşıq Məhərrəm Huseynli, Aşıq İmran Həsə­nov və xalq şairi Huseyn Arif içəri daxil oldular. Onları xüsusi hörmət və nəvazişlə qarşıladılar. Bir azdan məclis başlandı. Aşıq İmran Koroğlu kimi coşmuşdu. Gənc aşıq, Məhərrəm Huseynli də onunla çiyin-çiyinə Koroğludan oxuyurdu. Bir sözlə bu gecə yaddaşlardan silinməz oldu. Aşıqları və Hüseyn Arifi hörmətlə yola saldıqdan sonra qonaqlar da yubilyarı təbrik edib ayrıldılar.

Bu məslisdə iştirak edən professor və digər ziyalılar uzun müddət onun təəssüratından ayrılmadılar. Söz düşəndə Pənah müəllim deyirdi ki, bütün bu gecənin təşkilatcısı və rejissoru Cəfərdir. Onun yeri ADU-nun huquq fakülitəsi deyil, onun yeri incəsənət unstitutudur.
***
Cəfər üçüncü kursda oxuyurdu. Özü Keşlədə kirayədə qalsa da cox vaxt Pənah müəllimgildə olurdu. Onlar biri-biri­lərinə çox isnişmişdilər. Pənah müəllimin kiçik qızı Sənəm həmişə onun paltarlarını yuyar, ütüləyərdi. Düzdür, Cəfər ilk vaxtlar utanardı, bu işləri özu edərdi. Lakin, Zərifə xanım onu danlayandan sonra utancaqlığa son qoydu.

Sənəm olduqca tərbiyəli, gözəl, yaraşıqlı qız idi. O, da ADU-nin filologiya fakulitəsinin 4-cu kursunda oxuyurdu. Cə­fər bir neçə dəfə onun dalınca gedib maşınla gətirmişdi. Tələbə yoldaşları Cəfərə Sənəmdə onda olan tərbiyəni, yaraşığı, boy-buxunu, seçdiyi fakülitənı tərifləyərək, onu əldən buraxmamağı söyləmişdilər. Cəfərin də ondan xoşu gəlməsinə baxmayaraq bunu sanki, xəyanət bilirdi. Günlərin bir günü Sənəmin tələbə və yaxın rəfiqəsi Lalə Cəfərə yaxınlaşıb “sənə bir söz demək istəyirəm” deyə onun üzünə baxdı.

- Buyurun – deyə Cəfər cavab verdi.

- Sənin Sənəmdən xoşun gəlirmi?

- Hə olub ki, niyə belə sual verirsiz mənə?

- Heç, onu bir oğlan da istəyir. Onun üçün soruşdum.

Cəfər anladı ki, bu qızda bir xəbər var. O da Lalədən soruşdu:

- Bəs onun məndən xoşu gəlirmi?

Lalə gülümsəyib dilləndi:

- Elə iş də odur ki, Sənəm sənin ücün doğulub. Sən də o da utancaqlıq edib ürəyinizi biri-birinizə acmırsınız. Ala-babat qulağım calıb ki, ailələri bir sənin “hə” deməyinə bənddirlər. Onlar səni yaxşı tanıdıqları üçün doğma övlad qədər xatirini istəyirlər.

- Ay Lalə xanım, deyirsən ovlad qədər xatirini istəyirlər. Bəs ovlad da naxələf çıxarmı?

Lalə gördu ki, Cəfər hər şeyin yerini bilən adamdır. Odur ki, başladı nə başladı:

- Eh, sənə nə deyim. Axı sən bilirsənmi gözun görə-görə qismətini yadlar aparacaq. O ailə sənə qarşı görunməyən his­lərini nə vaxtsa sənə göstərəcək. Özünüz də hiss etmədən biri-birinizi ülvü məhəbbətlə sevirsiniz. Bilirəm, sən ürəyindən keçənləri demirsən, lakin, hər kəsə bu məlumdur. Əks halda bayaq dediyim kimi Sənəm üçün elçi göndərmək istəyənlər sənin “hə-yox”, sözünü gözləyirlər. Birdə ki, onsuz da sən o ailədə sınanılıb, inanılıb, qəbul olunubsan. Hər bir valideynə də belə insan gərəkdir.

Cəfər elə bil ki, qəflət yuxusundan ayıldı. Axı indiyə qədər qəlbini ovan sevgini niyə cəsarət edib deməmişdi? Anası Güllü arvad da bir neçə dəfə onu danlayıb demişdi ki, Pənah müəllimin kiçik qızı gözəl uşaqdı. Adama elə meh­ri­ban­lıqla yanaşır ki, ürəyimdən keçir ki, belə bir gəlinim olaydı. Bu üç ildə bir dəfə də olsa özüm öz başıma həna qoy­ma­mışam. Mənim başıma həna qoyur, çi­miz­dirir. A bunun qa­da­sın alım, belə qızı, gözəl nəsli Allah qabağımıza yaxşı çıxardıb. Oğlum, Tanrına təpik atma. Mənə icazə ver, bircə kəl­mə onlara anışırdım ki, qızınız varsa, oğlumuz da var. Yoxsa kimsə gəlib yeməzin malını yediyi kimi Sənəmi əlimizdən alıb aparacaq.

Cəfər anasının dediklərini və bu gün Laləylə etdiyi söh­bət­ləri xatırlayıb maşını Keşlə qəsəbəsindəki pivəxanaya sürdü. İki şiş kabab və bir araq sifariş elədi. O, ilk dəfə Pənah müəl­limlə içmişdi. Nə qədər toylar, ziyafətlər, yığıncaqlarda olsa da dilinə araq dəyməmişdi. Hətta Pənah müəllim nə qədər üz vurmuşdusa da, yenə içməmişdi. Yeri düşəndə deyirdi ki, o vaxt bir səhv etmişəm, indi onun peşmançılığını çəkirəm. Fikir­ləşirdi ki, birinci dəfə yaxşı ki, yatıb, yoxsa Pənah müəllimə kənddə istədiyi qız barəsində danışarmış. Ofisiant oğlan süfrəni düzəltdi. Cəfər ac olduğu üçün yeməyi iştahla yeyib üstündən bir şüşə limonad içdi.

Ofisiant soruşdu ki, içmirdinsə arağı niyə sifariş edirdin. Cəfər cavab verdi ki, yadıma düşdü ki, bu gün cümə axşamında iştirak edəcəyəm, ona görə içmədim. Bir tərəfdən də xatırladı ki, bir dəfə professor Dəmir Qəmbərov demişdi ki, araq insana sözünü demək üçün cəsarət gətirsə də, küdurətini də bol edir. Hər şeyin əvvəli bismillahla başlayır. Odur ki, qədimdən arağa “şər-ab” deyiblər. İnsanın özündə cəsarət olmalıdır.

O, elə buna görə də arağı içməyib geri qaytartdı. Sonra, stolun hesabını ödəyib bayıra çıxdı və küçədə saxladığı maşınına əyləşdi. Ma­şını məscidin yanından kooperativ adlı küçədəki kirayə qaldığı evə tərəf sürmək istəyəndə Dövlət Avtomobil Müfəttişliyinin milisi ona “dayan” işarəsi verdi. Cəfər əyləci basıb maşını saxladı. Sən demə milis Cəfərin stola araq gətirməsini sifariş verdiyini eşidib düz 45 dəqiqə imiş ki, onu güdürmüş. Milis əməkdaşı yetirən kimi sənədləri alıb yoxladı. Heç bir nöqsan tapmadığını görcək dedi:

- Ağzından araq iyi gəlir, sür dalımca, idarəyə gedirik.

İdarədə Cəfəri tam yoxlayıb onun araq içmədiyini müəyyən edəndən sonra sənədlərini qaytarıb, ona “yaxşı yol” deyib buraxdılar. Tək onu eşitdi ki, onu bura gətirən müfəttiş kiməsə and-aman edir ki, öz gözlərimlə görmüşəm ki, kafedə bir şüşə şərab gətirtdirdi. O birisi isə cavabında deyirdi:

- Yalansa sənin gözlərin kor olsun. Başqa bəhanə tapam­mırdınmı bu boyda adamın vaxtını almısan. Elə bu işlərinə görə də rəis haqlı olaraq sənin yerini dəyişdirmək fikirindədir. O boyda yeri nəzarətdə saxlayırsan, belə şeylərlə başımızı qa­tır­san.

Özünü saxlaya bilməyən Cəfər qapını açıb müfəttişi dan­la­­yan şöbə rəisinin otağına girdi.

- Sizə nə lazımdır – deyə rəis dilləndi.

- Mən sizin danışığınızı eşidirdim. Hüquq fakultəsinin tə­lə­bə­siyəm. Təcrübə kecirəm. Bu kişini az danla. Əgər məndən başqa bəhanəylə rüşvət alsaydı 10 manat alacaqdı, sükan arxasında içgili halda tutsaydı sənin də, rəisinin də, respub­likada baş rəisin də haqqını alacaqdı. Bu kişi sizlərə pul vermək üçün gör nə qədər vaxt sərf edərək məni güdüb.

Bu sözlərdən sonra Cəfər qapını örtüb çıxdı və maşınına əyləşib evə gəldi. Tərs kimi usta işlədiyi evin yiyəsindən zəh­mət haqqını da ala bilməmişdi. Evə çatanda divana uzanıb təzəcə aldığı qəzetləri gözdən kecirdi. Anası ona yaxınlaşıb dedi:

- Nə olub, anan qurban, niyə qaralıbsan. Gəlsənə ayaqla­rını bir vanna eləyim. Onda yorunuqluğun çıxacaq.

- Heç bir yorunuqluğum yoxdur, narahat olma – deyərək Cəfər etiraz etdi.

- Cəfərş, sənə deyəcəkdim, bu gecə dədən yuxuma gir­mişdi. Məni danladı ki, sən necə anasan ki, oğlunun dərdini bilmirsən. Dedim a kişi, dili-sirri bilinirmi oğlumun? Tərslikdə özünə çəkib. Neçə dəfə demişəm ki, o müəllimin qızına elçi gedim. Qoymur ki, biz bir evliyik, deməzlərmi ki, istifadə edi­rəm.

- Ay ana, rəhmətlik sonra nə dedi?

- Dedi ki, axırıncı dəfə mənim də adımdan ona deynən sənin sözünə baxsın.

Hər ikisi gülüşdülər. Cəfər qayıtdı ki:

- Atam səni almaqda səhv eləməyib. Bir halda ki, o məs­lə­hət görüb, səhərdən neynirsən elə.

Elə bil dünyanı Güllü arvada bağışladılar. Tez ev yiyəsi­nin telefonu ilə kənddəki qohumlarından beş nəfər yaxınına zəng edib elçiliyə gəlmələrini xahiş etdi. Qohumlar deyildiyi kimi həftənin bazar günü gəlib çıxdılar. Bu tərəfdən Güllü arvad Zərifə xanıma zəng edib onlara elçi gələcəklərini bildirdi.

Hər şey planlaşdırıldığı kimi oldu. Elçilər saat 12-də artıq qız evində idilər. Ağsaq­qallar söz açdı. Qızın anası bildirdi ki, vallah hər şeyi Pənah həll edir. O nə desə, o da olacaq. Pənah müəllim ayağa durub xüsusi bir vurğuyla bildirdi:

- Ay Zərifə, mən oğlan evi tərəfdənəm. Əgər istəsəniz qız evi tərəfdən də olaram. Bax, onda bircə onu deyərəm ki, Allah mübarək eləsin. Öyrənin bəylə gəlin olacaq bu cütlüklər biri-birini sevirmi?

- Sevir – deyərək Güllü arvad ayağa durub o biri otaqdan gələcək gəlininin qolundan tutub qonaqlar olan otağa gətirdi.

Güllü arvadın qardaşı İbrahim müəllim ayağa qalxıb qızın alnından öpdü. Sonra cibindən çıxarıb min dollar pulu qıza uzadıb dedi:

- Mənim əvəzimdən özünə bir üzük alarsan.

Güllü arvad qayıtdı ki:

- Ayə, a İbrahim, onun üzüyünü çoxdan almışam. Sən ev almağına köməkdarlıq edərsən.

- Yox, a Güllü, o başqa şeydi, bu başqa şey. Onsuz da Cəfərin əsl əmisi də, dayısı da Pənah müəllim olub. Bu gündən də həqiqi oğlu sayılacaq.

Cəfər elçilərlə bura gəlməkdən utanırdı. Elə bil kimdənsə çəkinirdi. Amma qulağı səsdə idi. Laləylə söhbətdən sonra bir dəfə də olsa nə zəng etmişdi, nə də özü Pənah müəllimgilə getmişdi. Sənəm də üz-özünə düşünürdü ki, görəsən Cəfərə nə oldu ki, buralara gəlmir. Ürəyinə min cür fikir gəlirdi. Heç ona sevdiyini də deməmişdi. Ancaq ona elçi gəlməsini eşidəndə hər şeyi anladı.

Bu məsələ hamının ürəyincə oldu. Pənah müəllimin sək­ki­zinci kilometrdə ikiotaqlı evi var idi. O, bu evi qızı Sənəm üçün nəzərdə tutmuşdu. Odur ki, tam olaraq bildirdi ki, kimsə ev-eşik barəsində fikirləşməsin, gəlin vaxt itirmədən toyun nə zaman olacağı barədə razılaşaq. Hərə bir vaxt dedi. Lakin, Pənah müəllim qayıtdı ki, bu tarixi Cəfərlə Sənəm özləri bizə deyəcək. Güllü arvad coxdan saxladığı qədim 65 qramlıq bilərziyi çıxarıb Sənəmin biləyinə keçirtdi. Oğlunun aldığı nişan üzüyünü də onun barmağına taxdı. Hamı əl çalıb “müba­rək olsun” dedi.

Bir azdan Cəfərin kirayədə qaldığı evin yiyəsi kiminsə onu telefona çağırdığını dedi. Cəfər telefonda Pənah müəllimin səsini tanıdı. Pənah müəllim onunla salamlaşandan sonra dedi:

- Cəfər, evdə tək-tənha neyləyirsən. Dur tez bura gəl, ha­mı səni gözləyir.

O, sözünü deyib cavab gözləmədən dəstəyi qoydu. Cəfər bir dəst təzə kostyum almışdı. Özü də yaxşıca ütüləyib asılqan­dan asmışdı. Tez geyinib, təzə qalstukunu da bağlayıb maşına əyləşdi. Zərgər mağazasının yanından keçəndə maşını saxlayıb dostunun atasının yanına gəldi. Görüşəndən sonra orada xoşuna gələn bir dəst zinət əşyasını razılaşıb götürdü. Yolda bir dəstə də gül götürüb Pənah müəllimgilə gəldi. Qapını Sənəm açdı. Cəfər əlindəki gülü ona uzadıb “səni təbrik edirəm” dedi. Elə bu vaxt Pənah müəllim deyiləni eşidib qayıtdı ki, tək onu yox, hər ikinizi təbrik edirik. Cəfərin sifəti qıp-qırmızı pörtmüşdü. Süfrədə sağlıqlar deyildi, arzular səsləndi. Həmin axşam rayon­dan gələn qohumlar xudahafizləşib yüksək əhval-ruhiyyə ilə geri qayıtdılar.

Aradan beş gün keçəndən sonra Pənah müəllim zəng edib Cəfəri evə çağırdı. Cəfər onlara çatıb bir az oturandan sonra Pənah müəllim “durun bir yerə gedək” deyib ayağa qalxdı. Cəfərlə Sənəm Pənah müəllimin maşınına əyləşdilər. Onlar “Neftcilər” metrosunun yanında bir yerdə maşını saxlayıb düşdülər. Pənah müəllim bir beşmərtəbəli binanın ikinci mərtəbəsində qalxarq açarla bir mənzilin qapısını açıb icəri girdilər. Sonra gülümsəyərək dedi:

- Nə durub qonaq kimi baxırsınız? Öz eviniz kimi içəri buyurun.

Ev yüksək səviyyədə təmir olunmuşdu. İçəridə bütün ev əşyaları var idi. Pənah müəllim üzünü Cəfərə tutub:

- Cəfər, görursənmi, mən də səndən sürpriz eləməyi öyrən­dim. Yəqin ki, ümumi hasabımz 1:1 oldu – deyib qəh-qəhə cəkdi.

Bir xeyli gəzişəndən sonra dilləndi:

- Mən sizə dedim ki, toyun vaxtını mənə deyin. Axı niyə susursunuz?

Sənəm atası ilə uşaqlıqdan açıq danışırdı. Odur ki, dil­ləndi:

- Ay ata, nə vaxtdan biz sizlərin işinə qarışan olmuşuq?. Sən nə vaxt desən, o vaxt da toy olacaq.

Atası həmişə olduğu kimi Sənəmin alnından öpüb dilləndi:

- Mən belə də bilirdim, ay mənim ağıllı balam. İndi gedib şadlıq saraylarını birgə arayıb vədələşməyimiz lazımdı. Ondasa durun getdik.

Onlar “Arzu” şadlıq sarayında vaxtı təyin edib, əlavə nə olacaqsa sifariş verib evə qayıtdılar. Evə çatanda Zərifə xanım soruşdu:

- Pənah, uşaqları hara aparmışdın?

- Toylarının vaxtını təyin etməyə.

- Ay Pənah, sən nə danışırsan? Axı mən hazır deyiləm. Qızın cehizi də hazır deyil. Birdə ki, gərək yenidən ikiotaqlı mənzil kirayə tutaq ki, uşaqlar birbaşa ora getsinlər.

Pənah müəllim ağayana bir hərəkətlə ağır-ağır dilləndi:

- Arvad, kefini pozma, hər şey bir həftə ərzində düzə­ləcək.

- A kişi, sən nəyə arxayın olub belə danışırsan? Təkcə yorğan-döşəyin düzəldilməsinə bir ay vaxt gedəcək. Mən hələ mebel, qab-qacaq, televizor, xalca və digər ev əşyaları alıb yerləşdirməyi, yeni tutulacaq kirayə mənzili demirəm. Bütün bunlara ən azı üc ay vaxt lazımdır.

Zərifə xanımın nə evin alınmasından, nə də içərisindəki yüksək dəbdəbəli mebelindən, xurustal qablardan, radio, maq­ni­tofon, vidio, televizor, xalcalar, yorğan-doşək və digər işlər­dən xəbəri yox idi. Heç yatsa yuxusuna da gəlməzdi ki, Pənah müəllim qızı ücün bir hazır içi dolu ev verəcək. O, nə bilsin ki, Pənah müəllim yorğan və doşəklik üçün yunu Qazaxdan gətirt­dirib xüsusi mütəxəssislərə düzəltdirmişdi. Evin təmiri zamanı ustayla bərabər işləmişdi. Dəfələrlə həyat yoldaşı və qızı onun əyin-başını toz-torpaqlı görəndə sual da vermişdilər ki, sən universi­tetdə işləyirsən, yoxsa tikinti idarəsində? Bu nədir axı? Yol­daşların deməzlərmi ki, evdə sənin paltarlarına niyə diqqət yetirmirlər? Pənah müəllim isə onlara ev haqqında bir söz de­mir, elə uni­ver­sitetdə təmir getdiyindən paltarlarının çirklən­diyini bəhanə edirdi.

Zərifə xanım təkidlə tələb edirdi ki, mütləq toyun vaxtını uzatmaq lazımdır. Az qala Pənah müəllimlə dalaşmaq həddinə gəlib cıxmışdı. Düz iki saat idi hey deyinirdi. Pənahın niyə tələsdiyinin səbəbini bilmək istəyirdi. Pənah müəllim isə üzünü qızına tutub, “a qızım, ananı da cağır bura gəl” deyib siqaretini yandırdı. Zərifə xanım o biri otaqdan içəri girib di­van­da əy­ləşdi. Pənah müəllim asta-asta dilləndi:

- Hə, ay arvad, bu sənin kurəkənin, bu da qızın Sənəm. İndiyə qədər mənim səbirsizliyimi, ağılsızlığımı, sənə qarşı mənfi hərəkətlərimi görmüsənmi?

Zərifə xanım dilləndi:

- Vallah indiyə qədər özünü yaxşı aparırdın. İndi isə yəqin yaşla əlaqəlidir ki, kəmhövsələ olubsan. Elə sözünü yeridirsən.

Pənah müəllim ciddiləşib ayağa durdu. Üzünü Cəfərə cevirib dedi:

- Zərifəni maşınla apar, qoy gedib indi baxdığımız evə baxıb gəlsin.

Onlar maşına əyləşib neftçilərdəki evə gəldilər. Zərifə xanım elə bilirdi ki, kirayəyə ev behləyiblər, ona baxmaq üçün gəliblər. Zərifə xanım əvvəlcə “yeri yaxşıdır” deyə razılığını bildirdi. Elə ki, evə daxil oldu, gözlərinə inanmadı. Divarda Pənahla özünün böyüdülmüş portreti diqqətini cəlb etdi. Daha sonra özüylə Pənahın uşaqları və nəvələriylə çəkdirdiyi fotoşəkilləri gördü. Yəqin etdi ki, bunun hamısını Pənah edib. Yadına düşdü ki, Pənah bir dəfə möhkəm xəstələnən zaman onu cərrahiyyə edilmək üçün xəstəxanaya gətir­miş­dilər. O vaxt əməliyyata az qalmış, dilindən bu sözlər çıxmışdı: “Ölsəm də dərdim yoxdur. Çunki uşaqlara azdan, çoxdan nəyisə qoyub gedirəm. Mənim atam öləndə mənə heç nə qoymamışdı. Vəsiyyətimi yazıb evdə öz yazdığım kitabın arasına qoymu­şam. Əgər ölsəm oxuyarsınız”.

Elə oldu ki, əməliyyat uğurlu keçdi. Pənah müəllim sağalıb ayağa qalxdı. Evə gələndə yazdığı məktubu kitabın arasından cıxarıb, yenidən oxuduqdan sonra cırıb atdı. Zərifə xanım balaca şubhələnmişdi ki, yəqin kişi məndən xəlvət kiminləsə evlənib. Onun ücün bu kağızı yazıb, indi də cırıb atdı.

Zərifə nunla otaqlara baxan Cəfərə dedi:

- Sən bilirdinmi ki, əminin bizdən xəlvət evi var?

- Yox, bilmirdim. Biz də bu gün öyrənmişik.

Zərifə xanım hər şeyi diqqətlə nəzərdən keçirdikdən sonra geri döndü. Əli üzündə qalmışdı. Öz-özünə deyirdi ki, bu kişi nə yaman səbirli və sirli adammış. Səhərdən deyindiyinə görə sanki, xəcalət çəkirdi. İçəri daxil olanda Pənahla Sənəmin nədənsə danışıb gülməsi onu əsəbləşdirdi. Acığını Sənəmin üstünə tökməyə başladı. Ara sakitləşəndə Pənah müəllim dil­ləndi:

-Zərifə, niyə danışmırsan. De görüm əl işimdən xoşun gəldimi? Sənəmlə mənim sənə nə pisliyimiz keçib ki, kürəkəninin yanında bizi döymək istəyirsən?

Elə bil Zərifə yuxudan ayıldı. Özu də bilmədən Pənah muəllimi qucaqlayıb üzündən öpdü. Sənəm zarafatla:

- Ay ana, neynirsən? Kişini öldürdün axı. Cavanlığınmı düşüb yadına? – dedi.

Bu sözə hamısı şaqqanaq cəkib gülüşdülər. Zərifə xanım həm sevinmişdi, həm də uşaq kimi kövrəlmişdi. O, indi bildi ki, canını həyat yoldaşının yolunda versə də uf deməz. Onsuz da ailə qurandan bu günə qədər biri-birinə qarşı cox mehriban olmuşdular. Cəfər də daim diqqətindən yayınmayan bu qarşı­lıqlı hörmət və məhəbbətə həsəd aparırdı. Allahdan arzu edirdi ki, onunla ailə quran kim olsa, Zərifə xanımın mehribancılığı, təmizkarlığı, ailəyə, uşağa, dosta, qohuma, qonşuya xoş müna­si­bətindən bir pay da sevdiyi qıza duşsün. Gözünün qabağında Zərifə xanımın ali və ulu məhəbbəti təsadufi deyildi. Sevinirdi ki, onun taleyinə Zərifə xanım kimi bir xanım-xatun qadının qızı düşüb.

Cəfərlə Sənəmin toyu cox yuksək səviyyədə keçdi. Toydan sonra Güllü arvad oğluna və gəlininə məsləhət elədi ki, mən yaşlı arvadam, siz isə cavansınız. İcazənizlə kəndə gedib orada yaşamaq istəyirəm. Elə bil Cəfərə od qoydular. Anasının üstünə acıqlanıb bir də bu xəyala düşməməsini tapşırdı. Doğru­dan da Sənəm doğma anasına etmədiyi qulluğu qaynanasına edirdi. Güllü arvadın canı təzəcə rahatlanmışdı. Neçə illər idi çiməndə kürəyinə kisə dəymirdi. İndi isə gəlini onu qonşuluq­larında olan saç ustasının yanına aparıb yaxşıca qaydaya saldır­mışdı. Arvad xarici görkəmini tamamı ilə dəyişmişdi. Rəngi-ruhu təzələnmişdi. Gəlin dərsə getdiyi zaman ona da kömək edirdi. Gəlinin yaxın vaxtlarda dünyaya gətirəcəyi körpə hamıdan çox baba və nənələrin sevincinə səbəb olacaqdı.

Pənah müəllim arada zəng edib əhval-pürsanlıq edəndən sonra Cəfəri danlayırdı ki, neçə ki, qohum deyildik dost idik, o zaman bizə tez-tez gəlirdin. İndi isə ayağını bizdən kəsibsən. O, Aradabir zarafatlarından da qalmırdı.
***
Toydan sonra Gəfər Bakı şəhər prokuror­luğunda işə duzəlmişdi. Mustəntiq işlədiyi bu 6 ay muddətində öz bilik və bacarığı sayəsində bir cox çətin işlərin yüksək səviyyədə aparılması, istintaqın yuxarı dairələrdə yüksək qiymətlən­diril­məsi onun bacarıqlılığından xəbər verirdi. Dəfə­lər­lə təklif edi­lən ruşvətləri rədd edərək əsl həqiqəti aşkarla­mışdı. Bir sözlə, Cəfərin apardığı cinayət işlərinin nəticələrini prokuror və məhkəmələr bəyənirdilər. Bu az muddətdə ona olan yüksək inam günbəgün artırdı.

Bir dəfə prokuror onu yanına çağırıb bir qovluq verdi Özünə də tapşırdı ki, mənim icazəm olmasa heç bir kimsənin sözunə qulaq asma, bu iş cox dolaşıq və murəkkəb işdir özü də mərkəzin nəzarətindədir, əgər etimadımızı doğrultsan vəzifəni də böyudəcəyimə söz verirəm. Get işi oxu və dərindən tanış ol. Sonra da istintaqa başla.

Cəfər elə o dəqiqədən işlə tanış oldu. Burada söhbət bir qrup mutə­şəkkil dəstənin, dəyəri 185 min manat olan dövlət əmlakını mənimsəməsindən gedirdi. Cinayəti törədənlər yuxa­rı­larla əlbir olaraq talançılıq etmişdilər. Hətta bu işin istintaqını aparan ən təcrübəli müstəntiqlər onlara edilən təzyiqlərə tab gətirməyərək bu işdən vaz keçmişdilər. Bu işin üstündə yeri dəyişdirilən prokurorun yerinə yenisi əyləşmişdi.

Cəfərin günü-güzaranı yox idi. Bütün cətinliklərə baxma­yaraq kələfin ucunu tapmışdı. Əlində müəyyən etdiyi köhnə və saxta sənədlər, onda olan süni imzalar var idi. Kifayət qədər şahid və sübutlar üzə çıxmışdı. İdarənin kecmiş mühasibi və digər üç nəfəri həbsdən azad edib, əsl həqiqəti yenidən maddi sübutlarla təsdiq edib, zavodun sabiq direkto­runun əsl cinayətkarlığını üzə çıxardı. O, illərlə açılmayan bu işin nəticəsini prokurora təqdim etdi. Məhkəmədə cinayə­tini boy­nu­na alan arxalı direktor öz əməllərini etiraf etdi. O, Bir neçə maddəylə layiqli cəzasını aldı.

Elə həmin gün də prokuror Cəfərin baş mustəntiq vəzifə­sini icra etməsini rəsmiləşdirdi. Uzun illər burada işləyən mus­tən­tiqlər onun respublika prokurorunun adamı olduğunu guman edib, onunla ehtiyatlı davranmağa başladılar. Olduqca diqqətli və məsuliyyətli olmaduğuna görə şöbədə böyük dəyişiklik və canlanma var idi. İşdən əlavə bazarlıq, universitetə dərsə getmək, imtahanlara hazırlaşmaq onu yorsa da “pis günün ömrü az olar” deyib bunu təbii sayırdı.

Bir dəfə də sahə muvəkkilinin və mustəntiqin qurması zamanı açılmış cinayətin istintaqına özu başlamışdı. Vətəndaş-lardan pul qoparmaq niyyəti ilə özləri cinayətə əl atmış, orqan işçilərinə, o cümlədən sahə müvəkkili barəsində iş açmışdı. Öz tabeliyində olan mustəntiqə isə ciddi töhmət verdirmişdi. Cəfər vətən­daşın huquqlarını bu cür mudafiə etdikcə içində bir rahatlıq hiss edirdi. Elə bu hislərə qapıldığı zaman anası Güllü arvad Cəfərə zəng vurdu:

- Alo, Cəfərdimi? – deyə Güllü arvad telefonda soruşdu.

- Mənəm ay ana. Xeyirdimi?

- Xeyirdi, qadan alım, özünə oxşayan gözəl bir oğlun oldu.

- Bəs mənə niyə deməmisiniz ay ana. Qoysaydın özüm gəlib xəstəxanaya aparardım.

Güllü arvad cavab verdi:

- A bala, nə xəstəxana, nə filan, səni evdə doğduğum kimi, gəlinimi də özüm doğuzdurdum. Bu həkimlərə bel bağla­maqmı olar? Pula görə çəkib uşağın köbəyini, zadı qopararlar.

- Ana, bəs Sənəm necədi?

- Əə, mən səni doğanda necəydimsə, Sənəm də elədir dayna. Yaxşıdır, narahat olma. Yaxşı bir quymaq da çalıb gəli­ni yedirtmişəm. Hec səni doğanda mənə quymaq da çalan ol­ma­mışdı.

Cəfər tez maşına əyləşib evə gəldi. Onunla birgə Zərifə xanım da içəri daxil oldu. Hər ikisi Sənəmin sancısı tutanda niyə onlara xəbərdarlıq etmədiyinə görə Güllü arvadı və Sənəmi xeyli danladılar. Lakin, üzlərdə və ürəklərdəki sevincin həddi-hüdudu yox idi. Bir azdan qohumlar və dostlar eşidib Cəfəri və Pənah müəllimi təbrik etdilər. O gün Cəfər iş yoldaş­larına, dostlarına restoranda yaxşı bir qonaqlıq da verdi. Pənah müəllim başda oturub gənclərlə aram-aram vururdu. Sağlıq-sağlığa qarışmışdı.

Sabahı gün qaynanası Güllü arvadla, anası Zərifə xanımın söhbətlərini dinlədikcə, Sənəm həm cox gülmüşdü, həm də eşitdiklərinə inana bilmirdi. Qaynanası elə dil-dil ötürdü. Hər sözünün başında “qadan alım”, “dərdin ürəyimə”, “ölöm qabağında”, “qurbanın olum”, “Allah köməyində olsun” deyə­rək istədiyi adamı ram edirdi. Söhbətdə tayı bərabəri yox idi. Odur ki, Sənəmi də ərinə və anasına zəng etməyə o qoyma­mışdı ki, havayı xərci niyə cəkirik, mən bu işin mutəxəs­sisiyəm, aləmnən acəmə mən yardım edirəmsə özümünkünə gücümmü çatmayacaq?

Doğrudan da Güllü Bakıya gələndən kənddə yeni doğulan uşaqlar olduqca, “haradasan ay Güllü arvad, yerin görünür” deyirdilər. Hətta gileylənərək bir parası “bu rayondakı doğum evləri ciblərimizdə pul ha qoymadı, əllərinə düşəndə bizi Nəsimi kimi soyurlar” deyə gileylənirdilər. İli təzəcə çıxmış Vəli kişinin qızı da doğuş zamanı səriştəsizlik ucbatından ölmüşdü. Əgər Güllü arvad kənddə olsaydı bu ölüm hadisəsi də baş verməzdi deyirdilər. Zalım qızı bu sahənin alimi idi. Güllü arvad ən ağır doğan gəlini ölümsüz-filansız doğuzdururdu. O, bu peşəni anasından və rəhmətlik qonşuları Çimnaz arvaddan öyrənmişdi. Maraqlısı odur ki, doğuzdurduğu oğlan uşaqlarının əksəriyyətinin adını da o qoymuşdu. Həm də seyid qızı olduğu ücün kimsə xatirinə dəymirdi. Onu atla, maşınla qonşu kənd­lərə də aparırdılar. Gözü tox adam olduğuna görə kimsədən pay da ummurdu. Onun əliylə doğulan uşaqları görcək deyirdi ki, bu mənim balamdı.

***
Artıq aradan uzun illər keçmişdi. Bu müddət ərzində çox dəyişikliklər baş vermişdi. Cəfərin Əli və Aqşin adında iki oğlu nənələrinin diqqət və nəvazişiylə boy atırdı. Cəfər universiteti qurtarandan sonra bir il prokuror köməkcisi, bir ildən sonra isə onu öz razılığıyla Bakıda böyük bir rayona prokuror təyin etdilər. Onun ciddiliyini bilən bütün polis və prokuraturada işlə­yən məmurlar özünü yığışdırmışdı. Daim onu-bunu taptala­yan qudurğanların da qorxusu bu gənc prokurordan idi. Onun ücün hər şeydən üstün qanunun aliliyi, ədalətli hökm çıxarmaq idisə, anasının dediyi kimi qüdrətli Allahın yolu ucalardan uca idi. Çox vaxtı anası onunla oturub söhbət edən zaman deyirdi ki, oğlum, insafı, mürvəti heç bir vaxt unutma. Təkcə insan­ların çıxar­dığı qanunları yox, Tanrının qanunlarını da yaddan cıxarma. Çalış baş kəsmə, haqsızlıq edib kiminsə uşaqlarını gözu yaşlı qoyma. Ana öyüdü demək olar ki, hər vaxtı hoyuna çatırdı. Budur, neçə-neçə həmyerlilərinə təmənnasız işlər gör­mək­lə onları düzgünlüyə, halallığa, cağırmışdı.

Günlərin bir günü Cəfər işə gələndə prokurorluğun yanın­da gözləri öz kəndçilərinə sataşdı. Onlar da kənddən köçüb Bakıda yaşayırdılar. Dəfələrlə onları və ilk sevgilisi Leylanı görsə də biri-birinə yaxınlaşıb salam verməmişdilər. Leylanın əri İmamverdi arvadıyla Cəfərin ilk sevgilərindən xəbərdar idi. Onda inam yaradan Leylanın tər-təmiz insanlığı idi. Bir də ki, atalar yaxşı deyib, “qızı yüzü istəyər, biri alar”. İmamverdi hansısa bir texnikumda müəllim işləyirdi. Bütün bunlara baxmayaraq Cəfər fikirləşdi ki, gedib bunların yanın­dan salamsız, kalamsız keçsə deyəcəklər ki, Cəfər köhnə olan­lara görə özünü belə aparır. Odur ki, onlara yaxınlaşıb salam verdi. Hər biriylə görüşüb, “nə əcəb buradasınız” deyə sual verdi. İmamverdinin İsmayil adında böyük qardaşı dedi:

- Cəfər, sənə bir işimiz düşüb. Onun üçün də yanına gəlmişik.

- Nədir, nə məsələdir?

- Bu qardaşımın ailəsi dağılır. Belə ki, yoldaşı iddia qaldırıb ki, boşansın.

- Bəs iş kimdədir?

- Qarayev adında bir mustəntiqdədir.

- Yaxşı gedin saat 12-də gözləyəcəm, gələrsiniz söhbət edərik. Calışın iddiaçinı da gətirin.

Artıq saat 12 idi. Onu qapının ağzında gözləyənlər sıra­sında iddiaçı qız və gəncliyində onu ürəkdən sevdiyini deyib, sonra da indi boşanacağı müəllimə ərə gedən, onun isə bir daha adını çəkməməsini sərt bir sözlə ifadə edən Leyla da gəlmişdi. Cəfər Katibəni çağırıb dedi ki, qəbula gələnləri içəri dəvət etsin. O, Leylanın onu tanımaması ücün bir qara eynəyi də gözünə taxdı. Gələnlərə yer göstərib telefonla işi aparan müs­tən­tiqi yanına çağırdı. Müstəntiq içəri girib, “yoldaş prokuror, əmrinizə hazıram” söylədi.

- Qarayev, bu vətəndaşların işiylə tanışsanmı?

- Əlbəttə tanışam, yoldaş prokuror.

- Onda apar bunlardan izahat al, yoxla gör, kimdir günah­kar. Nəticəni özüm də yoxlayacam.

- Oldu yoldaş prokuror – deyə onları öz iş otağına apardı.

Cəfər yəqin etdi ki, kecmiş sevgilisi onu tanımadı. Odur ki, təzədən bütün danışıqların lentə alınmasını da zəng edib mustəntiqə tapşırdı. Bu an xəyalı kecmişə qayıtdı. Elə bil yarasının üstünə köz qoydular. Yadına nələr duşdu. Bu həmin Leyla idi ki, öz şirin dilini işə salıb onsuz yaşamayacağını söyləmişdi. Bir gün uşaqlıq dostlarından biri Leylanın digər oğlanla görüşdüyunü dedikdə, Cəfər ona sərt cavab verib demişdi ki, əgər dediklərin düz olmasa əlimdən qurtara bilmə­yəcəksən. Həmin dostu bir foto aparat tapıb Leylayla gorüşən oğlanın birgə şəklini bir neçə yerdən çəkmişdi. O, Cəfəri inandırmaq ücün bu şəkilləri çıxarıb ona vermişdi. Ondan sonra Cəfər dostundan üzr istəyib bir neçə ay Leylayla aranı kəsmişdi. Sonuncu dəfə Leyla yüz dəfələrlə barışmaq istədiyini desə də ona inamını kəsmişdi.

Cəfər həm də Xatırladı ki, o vaxt dostunun cəkdiyi fotoşəkillərin lentləri onda saxlanılır. Özü də görmədiyi kadrlar da coxdur. Tez maşına əyləşib evə qayıtdı. Özünə məxsus olan siyirmədən lenti götürdü və ondan şəkilləri çıxart­dırıb işə gəldi. Bir azdan müstəntiq işin nə yerdə olduğunu ona məruzə etdi. Cəfər qapının ağzında gözləyən Leylayla ərini tək-tək otağa çağırtdırdı. Gözündə iri və qara eynək, bir də qalın süni bığ qoyduğından Leyla onunla sorğu-sual aparan Cəfəri tanımadı. Cəfər ondan soruşdu:

- Neçə uşağınız var?

- Dord dənədir. 3-u qız, biri də oğlan.

- Səbəb nədir ki, boşanırsınız?

- Eşitmişəm ki, başqa qadınlarla oturub-durur…

- Kim sənə deyib ki, o pis yola düşüb. Bəlkə gözlərinlə görub, əlinlə tutubsan?

- İnandığım rəfiqələrim deyib. Nə görməmişəm, nə də əlimlə tutmamışam.

- Qazancını ailəsinə xərcləyirmi?

- Ona söz ola bilməz.

- Heç yalançılığını eşitmisənmi?

- Əvvəllər eşitməmişəm, indi isə hesab edirəm ki, mənə yalan danışır.

- Etibarlıdırmı?

- Bəli, etibarlıdır.

- Onda etiraf edə bilərsənmi ki, sən etibarsızsan?

- Özü haqqında kim bu sözü deyər, yoldaş prokuror.

- Sən deyərsən – deyib Cəfər foto-şəkilləri onun qabağına qoydu.

Leyla şəkillərə baxıb başını aşağı saldı. Diqqətlə gözlərini Cəfərin üzünə zillədi. Cəfərsə gözündən qara eynəyiylə, süni bığı çıxartdı. Leyla Cəfəri indi tanıdı. Cəfər fotoşəkilləri yığıb siyirməsınə tullayıb, Leylanın ərini də otağa çağırtdırdı. O, içəri girib əyləşdi. Cəfər üzünü Leylaya tutub bildirdi:

- Sizin dörd məsum balanız var. Onun üçü qızdır. Onların xatirinə ayrılmaq söhbətini yadınızdan çıxartmalısınız. Leyla, sən də qısqanclığı unutmalısan. Hamıda səhv olur. Hər kəsin dediyinə baxıb ailə dağıtmaq həm Allah, həm də bəndə yanında bağışlanmazdır. Çalış səhvini duzəlt.

Cəfər ərizəni alıb cırdı. Özlərini də oradaca barışdırıb yola saldı.

Cəfərin sadəliyi, qərəzsizliyi, yüksək insani keyfiyyəti və oturduğu yüksək kürsü Leylanın ürəyinə bir dağ oldu. Özünü nə qədər mühakimə etsə də artıq atalar demişkən, qatar get­mişdi. Evdə söz düşəndə əri İmamverdi də deyirdi ki, sən elə bir gözəl oğlanı atıb məni tutdun. Vaxt gələcək məni də atmaq ücün çalışacaqsan. İmamverdinin sözləri də yerinə düşürdü ki, keçmiş rəqibi onu xilas etdi. Birdə ki, fikirləşirdi ki, Cəfər ona nə dedi ki, Leyla razılıq verdi. Bir neçə qohum, ağsaqqal, ağ­bir­çək, Leylanı yolundan döndərə bilmirdi. Elə boşanıram de­yib sözünü yeridirdi. Bütün günahları da ərinin boynuna atırdu.

Artıq Cəfər ədalətli, işini dərindən bilən, insana və insanlığa böyük qiymət qoyan, böyüklə, kiçiklə danışıq qaydalarını yaxşı bilən pkokuror kimi tanınırdı. Özündən yuxarıda olan yüksək çinli prokuror tələbə yoldaşı da ona xususi hörmətlə yanaşırdı. Ən cətin məsələlərin həllində onun köməkliyini vacib bilirdi.

Cəfərin yaşı 35-i keçmişdi. Lakin, onda olan söz ehtiyatı, zərbi-məsələlər, atalar sözləri tükənməz idi. Cinayərkarı sözlə elə vəziyyətə salırdı ki, o, öz günahını etiraf edərək boynuna alırdı. Bəzən işi düzgün aparılmayan, qismən və ya tamamı ilə günahı olmayan şəxslərə bəraət qazandırmışdı. O, sözünün ağası olmağı bacarırdı. Onsuz da açılması mümkün olan cina­yə­ti bəri başdan boynuna alan cinayətkarı yungulləş­dirici bənd­lərlə ağır vəziyyətdən çıxarırdı. Onun bir sözu vardı ki, müs­tən­­tiqlə hakim cinayətkarın yerində bir anlıq özünü bilsin. Bunun ücün də ədalətlilik prinsipi əsas götürülməlidir. Cəfər işlədiyi yuksək vəzifə­lər­də həm isanlara, həm də insan huquqlarına xidmət edərək, sərt qanunları pisləyərək insanları cinayət etməməyə səsləyirdi. Az bir zamanda onun yanına çoxsaylı insanlar gəlirdi ki, ona kö­mək etsin. Cinayət işi hansı rayonda olur olsun, Cəfərin bir sö­zü hər şeyin qanun naminə düzəlişi demək idi. Onun fikrincə in­sanları birbaşa damlamaq yox, düz yola gətirmək əsas şərtlər­dən biri olmalıdır. Onun üçün hansısa ailəni başsız qoymaq, uşaqları məcburi olaraq yenidən cinayətə sürükləmək ədalətsiz hakimin Tan­rı qarşısında bağışlanmaz günahı demək idi.


Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin