10. MİKROİQTİSADİ SƏVİYYƏDƏ DÖVLƏTİN İNVESTİSİYA SİYASƏTİNİN ƏSAS İSTİQAMƏTLƏRİ
Müasir bazar iqtisadiyyatında investisiya çox tez rastlanan ifadədir. Investisiya latin sözüdür. Investro geyindirmək deməkdir. İnvestisiya müəyyən müddətdə əmtəə və istehsal vasitələrinin istehsalına vəya ehtiyatlarına sərf olunan vəsaitdir.
Bazar iqtisadiyyatı şəraitində cəmiyyətin artmaqda olan sosial-iqtisadi təlabatının ödənilməsi mövcud istehsal potensiyalından tam və səmərəli istifadə edilməsi, ETT-nin nəaliyyətlərinin istehsala tətbiqi və bu kimi yeniliklər investisya qoyuluşlarından asılıdır. Bu baxımdan, cəmiyyətin həyatında investisya qoyuluşlarının əhəmiyyəti və rolu son dərəcə artmış olur.
Respublikada geniş miqyas almış xarici ölkələrin investisya fəaliyyətləri Azərbaycan Respublikasının 1995-ci ilin 13 yanvarda qəbul etdiyi «İnvestisiya fəaliyyəti haqqında» qanuna əsasən tənzimlənir.
Mikroiqtisadiyyatda investisiya yeni kapitalın istehsalın maddi-əşya elementlərinin yaradılması, həmçinin şəxsi amilini (insanın) lazımi bacarıqlara və vərdişlərə yiyələnməsinə vəsait sərfi kimi başa düşülür. Ümumilikdə isə gəlir (mənfəət) və ya sosial səmərə əldə etmək məqsədi ilə sahibkarlıq və digər fəaliyyət növləri obyektlərinə qoyulan maliyyə vəsaitindən, habelə maddi və intellektual sərvətlərdən ibarətdir.
Bazar iqtisadiyyatı şəraitində investisiya siyasətinin ən səciyyəvi xüsusiyyətlərindən biri mövcud müəssisələrin texnika ilə təchizinə və yenidən qurulmasına yönəldilən əsaslı vəsait qoyuluşunda avadanlıq və maşınlar üçün məsrəfin xüsusi çəkisini yüksəltməkdən ibarətdir. Bu istiqamətdə xərclərin getdikcə artması əsas istehsal fondlarının yeniləşməsinə səbəb olur.
İnvestisiya siyasəti dedikdə, investisiya qoyuluşlarının əsas istiqamətlərini iqtisadiyyatın aparıcı sahələrində cəmləşdirilməsi üzrə kompleks tədbirləri müəyyən edən təsərrüfat qərarlarının məcmusu başa düşülür. İnvestisiya vasitəsi ilə respublikanın makro-mikro iqtisadiyyatının yüksək inkişafına nail olunur. Eyni zamanda iqtisadiyyatın tarazlığı, onun səmərəliliyinin yüksəldilməsi və milli gəlirin artımı təmin edir. İnvestisiya siyasətinin ən mühüm vəzifəsi mövcud ehtiyatlardan səmərəli istifadə etməklə vəsaiti ETT-nin sürətləndirilməsini təmin edən sahələrin xeyrinə yenidən bölüşdürülməsindən ibarətdir.
Dövlət xarici investorlar üçün aşağıdakı təminatları verir :
Xarici investisiyanın hüquqi müdafiəsi : Azərbaycan Respublikasının ərazisində xarici investisiya hüquqi cəhətdən tam və qeyd-şərtsiz müdafiə olunur
Qanunvericiliyin dəyişdirilməsi ilə bağlı təminatlar
Ümumilikdə investisiya əsasən 2 istiqamətdə qoyulur. əsas kapitala və maliyyə aktivlərinə. Bundan əlavə investisiyalar 2 yerə bölünür. Xüsusi və dövlət investisiyalarına. Investisiyalar aşağıdakı növlərə də ayrılır
Daxili investisiyalar