2. İQTİSADİ NƏZƏRİYYƏNİN TƏDQİQAT VƏ ŞƏRH METODLARI
Hər bir elmin öz tədqiqat və şərh metodları olduğu kimi iqtisadiyyatında öz tədqiqat və şərh metodları vardır. İqtisadi nəzəriyyədə bir çox metodlardan istifadə olunur. ancaq onların ən çox istifadə olunanları aşağıdakılardır
Müşahidə və faktların toplanması |
Eksperiment
|
Modelləşdirmə
|
Elmi abstraksiya metodu
|
Analiz və sintez
|
Sistemli yanaşma
|
İnduksiya və deduksiya
|
Tarixi və məntiqi metod
|
Qrafik metod
|
|
Bunların içində ən çox istifadə olunan metod eksperiment metodududur. Eksperiment metodu obyektin xüsusi yaradılmış və nəzarətdə saxlanılan şəraitə salınmaqla ehtiva olunan süni elmi təcrübənin keçirilməsini nəzərdə tutur. Modelləşdirmə adlı metod da çox tez-tez istifadə olunur. Bu metodun vasitəsilə sosial-iqtisadi hadisə nəzəri obrazı–modeli əhətdən araşdırılır, öyrənilir, hansı ki, tədqiqat obyektinin özünü əvəzləyir. Abstraksiya metodu özündə-dərketmənin hərəkətində təzahürdən mahiyyətə və mahiyyətdən təzahürə keçid kimi prosesləri birləşdirir.
Analiz (yunan sözü analysis-parçalama deməkdir) metodunun digər adı təhlil metodudur. Analiz metodunda iqtisadi münasibətlər vahid bir sistem şəklində götürülüb, elmi təfəkkür yolu ilə ayrı-ayrı müəyyən hissələrə ayrılır. Bu zaman iqtisadi sistemin hər bir hissəsi ayrılıqda təhlil edilir, onun mühüm cəhətləri və mahiyyəti konkret olaraq araşdırılır. Sintez metodunda təhlil nəticəsində yaranmış müxtəlif hissələr, tərəflər vahid bütöv bir hala salınır, yəni sintez edilir. Bu proses də təfəkkür və elmi düşüncə vasitəsilə hayata keçirilir. Məsələn: ayrı-ayrı mədən quyularının işinin iqtisadi göstəricilərinin müqayisəsi – bu analizdir, Azərbaycanın neft sənayəsinin təsərrüfatçılığının ümumisahəli nəticələrini müəyyəni isə – sintez.
Analiz və sintez metodlarının qarşılıqlı fəaliyyəti nəticəsində mürəkkəb (çoxelementli) obyektlərin tədqiqatına sistemli, kompliksli yanaşmanı təmin edilir. Belə obyektlərə (sistemlərə) bir-biriləri ilə bağlı bir kompleks yaratmış vahid kimi baxılır.
Müasir iqtisadi arşdırma vasitələrindən biri də induksiya və deduksiya metodlarıdır. İnduksiya (latın dilində inductio-yönəltmə deməkdir) metodu vasitəsilə iqtisadi problemlərə dair faktlar toplanır, seçilib sistemləşdirilir. İqtisadçı faktları əvvəlcə müşahidə, sonra təsnif edir və onlar arsında baş verən hər hansı bir təsadüfi münasibəti müşahidə etməyə imkan verir. Bundan sonra iqtisadi nəzəriyyənin vəzifəsi toplanmış faktları ümumiləşdirmək və izahını verməkdir. Deduktiv metod vasitəsilə toplanılan faktlar əsasında nəzəri nəticələr və ümumiqtisadi prinsiplər hazırlanır. Bu metod la alim təxmini fərziyyələrdən başlayır, sonra isə məntiqi əsaslandırmalar prosesində o, bu fərziyyələrdən çıxış edərək təkliflər irəli sürür.
İqtisadi nəzəriyyədə ən çox istifadə olunan metodlardan biridə tarixi və məntiqi metoddur. Məlumdur ki, hər bir iqtisadi hadisə müəyyən tarixi şəraitlə bağlıdır. Başqa sözlə o, müəyyən bir tarixi zamanda yaranır və fəaliyyət göstərir. Tarixi metod yanaşması yolu ilə onun yaranması, inkişafı, dəyişməsi, bir şəkildən başqa şəklə düşməsi və s. öyrənilir. Beləliklə, həmin hadisə haqqında səhih məlumat əldə olunur. Tarix metodu ilə məntiqi metod üzvi şəkildə bağlıdırlar. Şübhəsiz, tarix nədən başlayırsa, fikir cərəyanı da oradan başlamalıdır. Burada F.Engelsin məsələlərə tarixi yanaşma haqqında fikrini yada salmaq yerinə düşər. O yazır: "Tarix nədən başlayırsa, fikir cərəyanı da bundan başlamalıdır və onun sonrakı hərəkəti tarixi prosesin abstrakt və nəzəri cəhətcə ardıcıl inikasından başqa bir şey deyildir".
Nəhayət, qrafik metod (yunan sözü grapho-çəkirəm, yazıram deməkdir) iqtisad elmləri sistemində çox geniş istifadə olunur. Bu metod vasitəsilə iqtisadi proses və hadisələri müxtəlif sistem, cədvəl, qrafik, diaqram və s. şəklində göstərmək olar. Bu yolla, qrafik əyani olaraq bu və ya başqa ölçülərin asıllılığını ifadə edir.
Dostları ilə paylaş: |