Baki döVLƏt universiteti


MİKROİQTİSADİYYATIN BAZAR STRUKTURU



Yüklə 75,39 Kb.
səhifə8/10
tarix16.12.2022
ölçüsü75,39 Kb.
#75550
1   2   3   4   5   6   7   8   9   10
referat 644

8. MİKROİQTİSADİYYATIN BAZAR STRUKTURU
Bazar əmtəə-pul münasibətlərinin tarixi inkişafı nəticəsində müasir tərəqqi dərəcəsinə çatmışdır. Bazar meydana gəldiyi zamandan çağdaş anadək onun strukturu dəyişmiş və təkmilləşmişdir.
O bu gün, mürəkkəb bir struktura malikdir və çoxsahəli bir sistem üzrə fəaliyyət göstərir. Müasir dövrdə bazarların strukturu dedikdə onların obyektləri, subyektləri, məkan əlamətləri, əmtəələrlə doluluğu, rəqabət aparma dərəcələri, satlş xarakterləri, əmtəələrin çeşidliliyi və bəzi başqaları üzrə səciyyələndirirlər. Onlar mülkiyyət formaları, əmtəə istehsalçılarının strukturları və təsərrüfat subyektəri, əmtəə tədavülü dairəsinin xüsusiyyətləri, ölkədə fəaliyyət göstərən ticarətin növləri ilə müəyyən olunur. Bunların hər biri bazar sisteminə və strukturuna özlərinə məxsus təsir göstərirlər.
Iqtisadi təyinatlarına görə bazarların obyektləri əsasən aşağıdakılardır :

  1. Əmtəələr və xidmətlər bazarı – Buraya başlıca olaraq müxtəlif ərzaq növləri, şəxsi istehlak əmtəələri, məişət, kommunal, nəqliyyat xidmətləri, mədəniyyət, təhsil, səhiyyə üzrə pullu xidmət bazarları daxildir.

  2. İstehsal vasitələrinin bazarı – Buraya əmək predmetləri və əmək vasitələri, onların tərkibinə daxil olan bütün kompleks şeylər daxildir. Bəzi iqtisadi ədəbiyyatlarda bu bazar istehsal amilləri bazarı kimi də yazılır.

  3. İş qüvvəsi bazarı – Buraya sərbəst alqı-satqı sövdələşməsi üzrə iş qüvvəsinin alqı-satqısı daxildir.

  4. Elmi-texniki işləmələr, innovasiya, patent bazarı – Buraya texnoloji üsulun təkmilləşməsinə, əmək məhsuldarlığının yüksəlməsinə təsir göstərən və təkan verəbilən texniki, elmi ixtiralar yeni ideyalar, bunları hüquqi cəhətdən rəsmi sənədlərin, lisenziyaların alqı-satqısı daxildir.

  5. Valyuta, qiymətli kağızlar bazarı – buraya valyutaların, səhmlərin, istiqrazların, çeklərin, akkreditivlərin, veksellərin, və digər pul öhdəliklərini yerinə yetirə bilən qiymətli kağızların sərbəst alqı-satqısı daxildir.

  6. Mənzil bazarı – Sabiq sovet rejimində yalnız xüsusi evlər, bağlar və digər bu cür mülklər alınıb satılırdı. Bazar münasibətləri şəraitində bunlarla bərabər, özəlləşdirilmiş bütün mənzillərin alqı-satqısı həmin bazara aid edilir.

  7. İnformasiya məhsulları bazarı – bu xüsusi növ bazardır və buraya kitabların, qəzetlərin, şəkillərin, müxtəlif yönümlü reklamların və digər bir sıra informasiya məlumatlarının alqı satqısı daxildir. Bu bazara intellektual səciyyəli məhsullar bazarı da deyilir.

  8. Coğrafi vəziyyətinə görə bazarlar – buraya yerli, regional, milli, iri regionlararası və dünya bazarı aiddir. Bunların bir-birinə olan fərqləri adlarındakı müxtəlifliyi ilə izah olunur.

Bazarlar başqa əlamətlərinə görədə bir-birindən fərqlənirlər. Öz səviyyəsinə görə müvazinətli, əmtəə artıqlığı olan və defisitli bazarlar. Bunların içində yalnız müvazinətli bazarlar normal fəaliyyət göstərir.
Bazarlar həm də rəqabət dərəcəsinə görə bir-birindən fərqlənirlər. Bunlar azad rəqabətli bazarlar, inhisarçı bazarlar, qarışıq və oliqalopik bazarlardır. Bunların içərisində yalnız azad rəqabətli bazarlar normal fəaliyyət göstərir.
Əmtəə, məmulat istehsalı sahələri üzrə bazarlar müxtəlif istiqamətli olurlar. Məsələn avtomobil bazarları, elektrikə aid əmtəələr üzrə bazar, komputer, ət məhsulları üzrə bazar və s.
Bundan əlavə olaraq, bazarlar satış xarakterinə görə iki yerə bölünür. Topdansatış və pərakəndə satış bazarları.


Yüklə 75,39 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin