Бакы Дювлят Университетинин


Cinayəti aşkar edib açmaq



Yüklə 401,63 Kb.
Pdf görüntüsü
səhifə5/8
tarix14.05.2023
ölçüsü401,63 Kb.
#113261
1   2   3   4   5   6   7   8
Movzu 1

Cinayəti aşkar edib açmaq əməliyyat-axtarış tədbirləri vasitəsi ilə gizlində törədilən və 
hüquq-mühafizə orqanlarına məlum olmayan cinayətləri müəyyən edib üstünü açmaqdan 
ibarətdir. Deməli, əməliyyat-axtarış fəaliyyətinin bu vəzifəsinə münasibətdə söhbət «şahidsiz» 
törədilən cinayətlərdən gedir. Aşkar törədilən cinayətlərə münasibətdə belə bir vəzifə və onun 
həllinə heç bir zərurət yaranmır. Çünki cinayət hadisəsi və onu törətmiş şəxslər məlum olurlar. 
Belə hallarda əməliyyat-axtarış tədbirləri cinayətin motiv və məqsədinin, digər məlum olmayan 
tərəflərinin müəyyən edilməsinə yönəlir. 
Əməliyyat-axtarış tədbirləri vasitəsi ilə cinayətin aşkar edilib açılması cinayət hadisəsinin 
vaxtının, yerinin, üsul və vasitələrinin və s., onu törətmiş şəxslərin dairəsinin müəyyən edilməsini 
əhatə edir. 
Əgər cinayət qrup tərəfindən törədilmişdirsə, onda qrupun hər bir üzvü və onların hər 
birinin cinayətin törədilməsində rolu müəyyən edilməlidir. Cinayət hadisəsi ilə bağlı bütün 
faktlar, bütün epizodlar, həmçinin vurulmuş maddi ziyan aşkar edilib açılmalıdır. Bəzi hallarda 


11 
əməliyyat orqanlarının səyi zərərçəkmişin şəxsiyyətinin, yerinin, onun xarakterinin müəyyən 
edilməsinə yönəlir. 
Əməliyyat-axtarış yolu ilə cinayətin aşkar edilib açılması vəzifəsi cinayət-prosessual 
fəaliyyəti ilə əlaqəli öyrənilməlidir. Çünki həmin vəzifə müvəffəqiyyətlə yerinə yetirildikdə 
prosessual qaydada cinayət işi başlanır. Bu zaman əməliyyat-axtarış fəaliyyətini həyata keçirmiş 
şəxs cinayətin subyektini müəyyən etməyə borcludur. 
Cinayət-prosessual qanununa cörə, təhqiqat orqanı (əməliyyat-axtarış fəaliyyətini həyata 
keçirmiş əməliyyat bölməsi) cinayət işini başlayıb, təxirəsalınmaz istintaq hərəkətlərini yerinə 
yetirib onu istintaq orqanına verməyə borcludur. Əgər cinayəti törətmiş şəxs hələ müəyyən edib 
tutulmamışdırsa, onda təhqiqat orqanı əməliyyat-axtarış tədbirlərini həyata keçirməkdə davam 
edir və bu barədə müstəntiqə məlumat verir. Bu qayda cinayət əməliyyat-axtarış orqanı tərəfindən 
müəyyən edildikdə və müstəntiq tərəfindən başlandıqda da qüvvədə qalır. 
Azərbaycan Respublikasının «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Qanununun 4-cü 
maddəsinin I hissəsində deyilir ki, əməliyyat-axtarış fəaliyyəti qanunla nəzərdə tutulmayan 
məqsəd və vəzifələrin yerinə yetirilməsi üçün həyata keçirilə bilməz. Əməliyyat-axtarış 
fəaliyyətinin gedişində cinayət-prosessual üsul və vasitələrlə cinayətin tam və əlüstü açılması 
üçün şəraitin yaradılması ilə ilk növbədə cinayətin şahidləri, cinayətin alət və vasitələrinin, 
cinayətkar yolla əldə edilmiş pulların, qiymətli şeylərin yeri, cinayətin törədilməsinin digər halları 
haqqında informasiyanın toplanması nəzərdə tutulur. Zəruri hallarda əməliyyat-axtarış tədbirləri 
əmlakın məhv edilməsinin qarşısının alınmasına yönəlməlidir. 
Cinayəti törədən və ya törətmiş şəxsləri xarakterizə edən halların, onların ibtidai istintaqa 
mane olmaq üçün planlaşdırıldıqları məqsədlərin, hərəkətlərin müəyyən edilməsi də əməliyyat-
axtarış fəaliyyətinin vəzifələrinə daxildir. Bəzi hallarda əməliyyat-axtarış yolu ilə əməlin mühüm 
şahidlərini, zərərçəkmişi xarakterizə edən halların aşkar edilməsi zəruri olur. Qeyd olunan 
şəxsləri xarakterizə edən məlumatların toplanması onların qarşıdakı dindirmə zamanı hansı 
mövqedə duracaqlarını müəyyən etməyə və uyğun taktiki üsulları seçməyə imkan verir. 
Əməliyyat-axtarış fəaliyyətinin gedişində cinayət-prosessual fəaliyyətin uğurla həyata 
keçirilməsini təmin etmək sübutların ayrı-ayrı növlərinin proessual təbiətini bilmədən mümkün 
deyildir. Əməliyyat-axtarış fəaliyyətinin gedişində ümumiyyətlə, sübutların deyil, onların konkret 
növlərinin toplanmasından söhbət getməlidir. Əməliyyat-axtarış fəaliyyətinin gedişində ekspert 
rəyindən başqa bütün digər sübutların alınması üçün real şərait yaradıla bilər. 
Cinayət-prosessual fəaliyyətin həyata keçirilməsini təmin etmək üçün əməliyyat-axtarış 
fəaliyyətinin gedişində real şəraitin yaradılması həmin orqanın əməkdaşlarından cinayət işinin 
başlanması, sübutetmə, sübutların anlayışı, toplanması, qiymətləndirilməsi və s. kimi prosessual 
institutları ətraflı və dərindən bilməyi tələb edir
1


Yüklə 401,63 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin