Baki universitetiNİn xəBƏRLƏRİ №1 Sosial-siyasi



Yüklə 365,77 Kb.
Pdf görüntüsü
tarix31.01.2017
ölçüsü365,77 Kb.
#6804

BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№1    

 

Sosial-siyasi 

elmlər seriyası   

 

2014 

 

 



 

 

PSİXOLOGİYA 

 

 

UOT 159.9:316.37  



 

YENİYETMƏLƏRDƏ ZƏRƏRLİ MADDƏLƏRƏ ALUDƏÇİLİYİN 

PS

İXOTERAPİYASI, PSİXOKORREKSİYASI  

VƏ PSİXOPROFİLAKTİKASI 

 

E.İ.ŞƏFİYEVA 



Bakı Dövlət Universiteti 

shafiyeva@mail.ru 

 

Məqalədə  yeniyetmələrdə  alkoqolizm,  narkomanoya  və  toksikomaniyanın  psixoterapi-

yası, psixoprofilaktikasının əsasları açıqlanmışdır. Burada şəxsiyyət keyfiyyətlərinin psixokor-

reksiyasının xüsusiyyətləri, zərərli maddə qəbul edən yeniyetmələrdə fərdi və qrup psixotera-

piyası vasitəsilə işin özəl cəhətləri araşdırılmışdır. 

 



ar sözlər: asılılıq, asılı şəxsin psixokorreksiyası, fərdi psixoterapiyası, qrup psixote-

rapiyası,  psixorofilaktika,  narkotik  maddələr,  yeniyetmə-alkoqolik (narkoman, taksikoman), 

psixoprofilaktika proqramı 

 

Müasir  dövrdə  cəmiyyəti  narahat  edən  və  aktuallığı  ilə  diqqəti  çəkən 

problemlərdən  biri  də  insanların  sağlamlığında  silinməz  izlər  qoyan,  vaxtsız 

ölüm, ruhi və somatik xəstəliklər yaradan, doğulan bir çox uşaqların xəstəliklə-

rinin  səbəblərini  təşkil  edən  narkomaniya,  alkoqolizm  və  toksikomaniyadır. 

Xüs


usilə  böhran  yaş  dövründə  olan  uşaqların  bu  tipli  zərərli  maddələrdən 

istifadəsi onların həyatını puç edərək psixi və fiziki asılılıq vəziyyətini yaradır. 

Ona görə də, hazırda yeniyetmələrin böhran yaş dövründə tez-tez rast gəlinən 

psixi  və  davranış  pozuntuları,  onların  psixokorreksiyası,  psixoprofilaktikası 

məsələsi  xüsusi  əhəmiyyət  kəsb  edir.  Yeniyetmələrlə  psixoloji  işin  təşkili  və 

aparılması texnikasını psixoloqlarla yanaşı, həkim və müəllimlər də bilməlidir. 

Bunun üçün hazırladığımız öyrədici proqram əsasında həkim və müəllimlərlə 

apardığımız  treninqlər  zamanı  istifadə  etdiyimiz  sosial-psixoloji, klinik-

psixoloji metodlar, valideynlər üçün xüsusi tövsiyələr əhəmiyyətli və vacibdir. 

Psixoloji  işi  elə  qurduq  ki,  yeniyetmələrin  psixi  sağlamlığının  diaqnostikası, 

korreksiyası, həmçinin profilaktikası və proqnoz işini aparmaqda psixoloqlara, 

 

99 



həkimlərə və müəllimlərə kömək etsin. Ona görə də, psixoloji işin əsas vəzifəsi 

fiziki  və  psixi  inkişaf  mərhələsini  yaşayan  yeniyetmələrə  pis  vərdişlərin 

orqanizmə  nə  dərəcədə  zərərli  olduğunu  anlatmaq,  onları  bu  aludəçilikdən 

uzaq


laşdırmaq, bu yola düşənlərə yardım göstərmək idi.  

Narkomaniya  tədricən  artan  miqdarda  narkotik  maddələrdən  daimi  is-

tifadəyə aludəçilik və nəticədə onlardan ciddi psixi və fiziki asılılığa düşməklə 

səciyyələnən  xəstəlikdir.  Narkotikdən  istifadə  etmənin  təhrikedici  motiv-

lərindən ən əsası – narkotik maddə qəbulu zamanı yaşanan xoş hissləri təkrar 

duymaq arzusudur: 

Yeniyetmələri narkotik, yaxud toksiki maddələr qəbul etməyə sövq edən 

səbəblər: 

– maraq; 

– 

həmyaşıdlarının dilə tutmaları; 



– narkotik 

maddələrin zərərli nəticələrini başa düşməmək; 

– 

kimisə təqlid etmə; 



– 

həzz almaq cəhdi; 

– 

asudə vaxtdan səmərəli istifadə edə bilməmək; 



– yalan 

romantika, “sirli” bir şeyə qoşulmaq istəyi; 

– 

sağlam maraqların və həyat məqsədinin olmaması; 



– 

gündəlik problemlərdən uzaqlaşmaq istəyi; 

– 

valideynlərin məşğul olması və nəticədə uşaqlara az diqqət yetirilməsi. 



Ümumilikdə, yeniyetmələr üçün təqdim etdiyimiz psixoloji işin məqsədi 

çoxşaxəli olub, aşağıdakılardan ibarətdir:  

 

narkomanlığa  və  digər  zərərli  vərdişlərə  aludə  olmamış,  lakin  belə 



ehtimalı olan yeniyetmələrin risk qruplarını üzə çıxarmaq; 

 



ailələrin  sosial-iqtisadi  vəziyyətinin  aşağı  düşməsi  nəticəsində  yeni-

yetmələrdə  addiktiv  davranışın  artması,  cinsi  tərbiyə  işinin  lazımi 

səviyyədə  aparılmaması,  son  zamanların  bəlasına  çevrilən  QİÇS 

xəstəliyi  haqda  informasiyanın  məhdudluğu  ilə  əlaqədar  treninq 

zamanı bu problemin işıqlandırılması vacibdir. 

 



elmi cəhətdən əsaslandırılmış, praktikada özünü  doğruldan qabaqla-

yıcı tədbirlərlə yeniyetmələri bu işdən cəkindirmək; 

 

təhrikedici  vəziyyətlərə,  stresə,  əlacsız  vəziyyətə  düşən,  münaqişəli 



situasiyada  yaşayan,  həmyaşıdlarının  təsirinə  məruz  qalan  yeniyet-

mələrdə  sui-qəsd  hallarının  artması  ilə  əlaqədar  profilaktik  işin  ön 

plana keçməsinə tələbatın artmasını göstərmək.  

Bu  yönümdə  aparılan  profilaktik  iş  prinsiplərinin  işlənib  hazırlanması 

zamanı  keçid  yaş  dövrünün  psixofiziloji  özəlliklərini  (yeniyetmələrin  xüsusi 

fizioloji, psixoloji və hüquqi vəziyyəti) mütləq nəzərə almaq lazımdır.  

Əlverişsiz ekoloji şərait, getdikcə artan informasiya axını, təhsilin çətin-

ləşməsi və s. emosional streslər yeniyetmənin kamilləşməmiş psixikasının uy-

ğunlaşma  imkanlarının  məhdudlaşmasına  və  əsəb-psixi  fəaliyyətinin  pozul-

 

100 



masına  gətirib  çıxarır.  Qeyd  etmək  lazımdır  ki,  orqanizm  yeniyetməlik 

dövründə xeyli dəyişikliklərə uğrayır ki, bunlar da bioloji, sosial və psixoloji 

inkişafa əhəmiyyətli dərəcədə təsir göstərir.  

İlk növbədə yeniyetməlik yaş dövründə bioloji baxımdan bədəndə ikinci 

cinsi  əlamətlər  inkişaf  edir.  Bu  dövrdə  yeniyetmənin  düşüncə  tərzi  dəyişir, 

sosial baxımdan inkişaf əsasən iki istiqamətdə - a) valideyn himayəsindən azad 

olmaq və b) öz yaşıdları ilə yeni münasibətlər qurmaqla gedir.  

Bu dövrdə özünüdərkin inkişafı davam edir - etik və əxlaqi kateqoriyalar, 

özünəməxsus psixoloji cəhətlər və sərbəstlik, öz yaşıdları ilə qruplaşmaq və s. 

kimi reaksiya

lar formalaşmağa başlayır. Yeniyetmələrin belə qruplaşma reak-

siyasını  profilaktik  məqsədlə  “yeniyetmə-yeniyetmə”  qarşılıqlı  müsbət  təsiri 

kimi  istifadə  etmək  olar.  Bu  uşaqlarla  psixoloji  iş  zamanı  aktiv  dərketmə 

üsullarından  (müxtəlif  əyani  vasitələr,  oyunlar,  kiçik  qruplarda  iş,  simulyant 

davranışlı  oyunlarla  zərərli  maddələrin  mənfi  təsirini  təlqin  etmək)  istifadə 

etmək lazımdır.  

Uşaq  və  yeniyetmələrdə  yaş  özəlliklərini,  psixi  proseslərin  inkişaf 

qanunauyğunluqlarını  nəzərə  alaraq,  onlarla  aparılan  məsləhətin  forması, 

maarifləndirmə,  korreksiya  və  profilaktik  iş  xüsusi  uyğunlaşdırılmış,  milli-

etnik və regional inkişaf tələblərinə cavab verən səviyyədə aparılmalıdır.  

Təlim  prosesində  məruzə  və  ya  mühazirə  tipli  verilən  informasiya  bu 

yaşda olan uşaqlar tərəfindən çətin mənimsənilir. Bu isə məruzə zamanı yeni-

yetmənin passiv olub, ancaq dinləmə imkanları ilə izah olunur. Audio-vizual və 

əyani vasitələrlə verilən informasiya daha yaxşı dərk olunur. Çünki bu zaman 

bir  neçə  analizator  sistem  bu  informasiyanın  qavranılıb,  dərk  olunmasında 

iştirak edir.  

Təlim  zamanı  həmçinin  iştirakçılarda  qulaq  asmaq,  ümumiləşdirmək, 

çıxış  yolu  tapmaq,  vərdişlər  aşılamaq,  tam  sağaltmaq,  keyfiyyətli  xidmət 

göstərmək kimi əlamətlər tərbiyə olunur.  

Yeniyetmələrlə diaqnostik iş dedikdə, klinik söhbət, psixoloji müşahidə, 

müəyyən  psixoloji  testlər  əsasında  psixi  sağlamlıq  səviyyəsinin  və  risk 

qrupl


arının  aşkar  edilməsi  nəzərdə  tutulur.  Bu  isə  yeniyetmələrə  göstərilən 

tibbi və tibbi-psixoloji xidmətin əsasını təşkil edir. 

Korreksiya  işi  dedikdə  üzə  çıxan  müəyyən  dərəcəli  əyintilərin,  pozun-

tuların psixoterapevtik metodlarla (rollu oyunlarla, problem situsiyalarda alter-

nativ davranış təlqin etməklə  və s. üsullarla), treninqlərlə aradan qaldırılması 

nəzərdə tutulur.  

Profilaktik  iş  çərçivəsində  mütəxəssis  maarifləndirmə  və  sağlam  həyat 

tərzini  təbliğ  etmə  sahəsində  fəaliyyətini  yeniyetmələr  üçün  davam  etdirmə-

lidir. Yeniyetmələr üçün nəzərdə tutulan belə treninqlər 30-40 dəqiqə ərzində 

aparılmalıdır. Bu zaman treninqdə yeniyetmə çətin həyat şəraitini duyur, ondan 

azad olmanın çətinlik səviyyəsini öz çiyinlərində hiss edir, pis vərdişlərə alu-

dəçilikdən  uzaqlaşıb  cəmiyyətdə  qəbul  olunmuş  norma  və  qaydalar  çərçivə-

sində fəaliyyətin vacibliyini əyani görür.  

 

101 



Yeniyetmələrlə psixoprofilaktik və psixodiaqnostik işin təşkilini təkmil-

ləşdirmək, həmçinin asudə vaxtlarını səmərəli keçirərək maariflənmə işinə cəlb 

etmək  məqsədilə  gənclərin  xüsusi  psixoloji  qurumunun  (məsələn,  «dostluq 

klubu»  və  ya  «dostluq  klinikası»  adı  altında)  yaradılması  məqsədəuyğundur. 

Bu qurumun işi müəyyən prinsiplər əsasında olmalıdır:  

-

 



yeniyetmələrin sağlamlığına təsir edən endogen və ekzogen amillərlə 

bağlı maarifləndirmə işi təşkil etməlidir;  

-

 

xüsusi qurumlar yeniyetmə və gənclərə profilaktik, məsləhət, yardım, 



korreksiya  və  bərpaedici  xidmətlər  göstərməlidir  (məsələn,  «yeni-

yetmə klubu», «dostluq klinikası» adlı qurumlar yaratmaq);  

-

 

ra



sional qidalanma,  fiziki  hazırlıq, əmək gigiyenası, addiktiv davra-

nışdan çəkindirmə, psixoloji  yardım  şəklində  stresslərin aradan qal-

dırılması, autotreninqlərin təşkili, ailədə və məktəbdə qarşılıqlı müna-

sibətlərin  tənzimlənməsi,  intellektin  və  şəxsiyyətin  formalaşması, 

maraq  klublarında  problemlərin  həlli  yollarının  axtarılması,  tibbi 

psixoloji  diaqnostika,  təhlükəsiz  və  sağlam  həyat  tərzi  vasitəsilə 

gələcək nəslin tərbiyəsinə yüksək səviyyədə nail olunmalıdır.  

Zərərli maddələrdən sui-istifadə edən yeniyetmələrlə aparılan psixotera-

piya,  psixokorreksiya  və  psixoprofilaktika  işinin  ümumi  səciyyəsindən  öncə 

onların adətən qəbul etdiyi bu maddələrin təsnifatına baxaq. İstənilən narkotik 

maddə  potensial  zəhər  olub,  əlilliyə  və  ya  ölümə  səbəb  ola  bilər.  İlk  zərərli 

mad


dələr  daha  asan  əldə  olunan  və  tez-tez  qəbul  edilənlər  olub,  belə  təsnif 

edilir: 


 

Alkoqol  



 

Marixuana  



 

İnqalyantlar  



 

Sakit



ləşdiricilər  

 



Oyadıcılar  

 



Ağrıkəsicilər  

 



Hallüsinogenlər  

Yeniyet


mələrlə  iş  zamanı  ilk  dörd  növ  maddələrə  diqqət  etmək  məslə-

hətdir (alkoqol, marixuana, inqalyantlar, sakitləşdirici maddələr). 

İş  zamanı  bu  maddələr  haqqında  informasiya  yeniyetməni  qorxutma, 

mühafizə  və  ya  hər  hansı  statistik  rəqəmləri  göstərmək  kimi  verilməməlidir. 

Sadəcə olaraq,  narkotikin orqanizmə,  mənfi təsiri,  şüurun dəyişməsi,  insanlar 

arasında qarşılıqlı münasibətlərin pozulması və ümumi həyat şəraitinə pis təsiri 

kimi göst

ərilməlidir. 

Yeniyetməlik  dövründə  uşaqlar  artıq  öz  gələcək  həyatlarını  mücərrəd 

şəkildə planlaşdırırlar.  Daha  mürəkkəb  ideyalar  formalaşır.  Beləliklə,  gələcək 

haqqında ideyalar formalaşır və düz yol tapmaq vərdişinin vacibliyini anlayır-

lar. Bu 


narkomanlığın profilaktikasında mühüm yer tutur.  

 

102 



Zərərli  maddələrə  alüdəçiliyə  qarşı  profilaktik  proqram  hazırlanmalıdır 

və burada işlədilən materiallara aşağıdakılar aid edilməlidir: 

1.

 

Bu 



maddələrdən  istifadənin  əleyhinə  əhval-ruhiyyəni  gücləndirmək 

məqsədi daşıyan aydın məlumatlar.  

2.

 

Onlardan ist



ifadə edənlərin aqibəti haqqında aydın məlumat. 

3.

 



Narkotik 

maddə  və  tütünün  vərdiş  yaratmasını  əks  etdirən  infor-

masiya. 

4.

 



Reklamçıların  öz  məhsullarını  satmaq  üçün  insanlara  təsir  etmək 

məqsədilə  istifadə  etdikləri  üsullar  haqqında  əhalinin  maariflən-

dirilməsi.  

5.

 



Müasir 

və elmi cəhətdən əsaslandırılmış məlumat. 

6.

 

Yeniyet



mələrin  yaşına,  maraqlarına  və  ehtiyaclarına  uyğun  infor-

masiya.  Profilaktika 

məqsədilə məlumatlar yeniyetmələrə aludəçilik-

dən əvvəl təqdim edilməli və öyrədilməlidir.  

7.

 

Verilən məlumatlar müəyyən ənənələri əks etdirməlidir.  



İlk növbədə yeniyetmələrlə işləməyi bacarmaq lazımdır. Yeniyetmələrlə 

bağlı  aparılan  bu  işin  məqsədi  onun  fəaliyyət  istiqamətlərini  müəyyən 

etməkdir. Bura daxildir:  

1.  Spirtli 

içkilərdən, narkotiklərdən və digər bihuşedici maddələrdən is-

tifadədən irəli gələn zərərin gigiyenik və əxlaqi aspektlərinin yeniyet-

mələrə nümayişi və açıqlanması. İçki içməmək vərdişlərinin hazırlan-

ması və möhkəmləndirilməsi. 

2. 

Yuxarıda  qeyd  edilən  maddələrin  qəbulu  vərdişinin  yaranma 



səbəblərinin aydınlaşdırılması, alkoqolizm,  narkomaniya və toksiko-

maniyanın  bir  xəstəlik  kimi  mahiyyətinin,  onların  meydana  gəlmə-

sinin 

açılması.  



Alkoqolizm,  narkomaniya 

və  toksikomaniyanın  mənəvi  etik  və  psi-

xomatik 

nəticələrinin səciyyəsi.  

Yeniyet

mələrlə  iş  həm  qrup  tərkibində  (qrup  psixoterapiyası), həm  də 



fərdi (fərdi psixoterapiya) aparılmalıdır. 

 

Qrup psixote

rapiyası üsulu ilə aparılan iş 

Qrup  t


ərkibinə  6-10  yeniyetmə  daxil  etməklə  psixoterapiyanı  aparmaq 

məqsədəuyğundur.  Psixoterapiya  seansında  yeniyetmələrə  öz  fikrini  demək 

imkanı verilməlidir və bu zaman söhbətlər məhdudlaşdırılmır. Aparılan söhbə-

tin  ümumi  tonu  mülayim 

olmalıdır.  Yeniyetməni dinləmək,  fasilədən  istifadə 

edərək söhbətin gedişini istiqamətləndirmək vacibdir. Söhbətlər diskussiya xa-

rakteri 

daşımalıdır  və  onların  gedişində  aşağıdakı  məsələlər  müzakirə  edil-

məlidir: 

-  yeniyet

məlik dövrünün psixofizioloji özəllikləri; 

-  alkoqol 

və  narkotiklərin  tək-tək  hallarda  və  dəfələrlə  qəbulunun 

orqanizmə mənfi təsiri; 

-  alkoqol 

və narkotiklərin sistematik qəbulunun orqanizmə mənfi təsiri; 

 

103 


-  alkoqol, narkot

iklər və təhsil; 

-  alkoqol, narkot

iklər və ailə; 

-  alkoqol, narkot

iklər və asudə vaxt. 

Diskussiya  üçün  model 

şəklində  “güzgü  prinsipi”ndən  istifadə  oluna 

bilər.  Bu  prinsip  ondan  ibarətdir  ki,  yeniyetmələrə  alkoqolizm,  yaxud  narko-

maniya  problemi  olan 

xəstələrdən  birinin  xəstəlik  tarixçəsi  danışılır  və  qrup 

üzvlərinə bir sıra məsələlərə dair – hərəkətlərin qiymətləndirilməsi,  situasiya-

dan 

özünəməxsus  çıxış  yolunun  təklif  edilməsi  və  s.  öz  fikirlərini  bildirmək 



t

əklif olunur.  

Sonra 

hər birinə (növbə ilə) analoji yolla öz tərcümeyi-halını danışmaq, 



çətinlikləri  ilə  bölüşmək  təklif  olunur,  digərləri  isə  (növbə  ilə)  analoji 

situasiyada 

nə cür hərəkət  etmələri haqqında öz fikirlərini bildirirlər. Növbəti 

qrup 


məşğələlər  yeniyetmələri  düşündürən,  o  cümlədən  “qadağan  olunmuş” 

mövzular 

ətrafında diskussiyalar şəklində aparılır.  

Məsələn,  mövcud alkoqol əleyhinə və narkomaniya əleyhinə qanunların 

əhəmiyyəti, alkoqolizm, narkomaniya və toksikomaniyanın yayılma səbəbləri, 

onların  qarşısının  alınmasının  mümkün  yolları,  eləcə  də  valideynlərlə  müna-

sibət, gələcək perspektivlər müzakirə edilir.  

Qrup 


psixoterapiyası zamanı “rollu oyunlar” metodundan istifadə olunur. 

Bu  zaman  qrup 

üzvləri  gələcəkdə  rastlaşacaqları  situasiyaları  oynayırlar. 

Onlardan 

hər  biri  bu  və  ya  digər  situasiyada  mövcud  olan  rolları  aralarında 

bölüşdürərək oynayıb, müxtəlif davranış reaksiyaları nümayiş etdirirlər. Sonra 

qrup 

həmin  situasiyanın  müzakirəsinə  keçir.  Bu  yolla  keçmişdə  birlikdə  sui-



ist

ifadə ilə məşğul olduqları tanışları, ata və ana, təhsil, yaxud iş yoldaşları ilə 

görüşlərində  dialoqlarını  improvizasiya  edərək  oynaya  bilərlər.  Belə  psixote-

rapiya 


seansı nəticəsində hər bir qrup üzvü bu və ya digər situasiyada düzgün 

davranış reaksiyalarını görə bilirlər. 



 

Yeniyetmələrlə aparılan fərdi psixoterapiyanın xüsusiyyətləri 

Yeniyet


mələrlə alkoqolizm və narkomaniya əleyhinə aparılan profilaktik 

iş  spirtli  içkilərə,  narkotiklərə  mənfi  münasibətin,  bu  maddələrin  qəbuluna 

qarşı  yönəlmiş  motivasiyanın  yaradılmasından  ibarət olmalıdır.  Bu  məqsədlə 

yeniyet


mələri bir neçə qrupa ayırmaq məqsədəuyğundur.  

1.  Alkoqolizm 

və narkomaniyaya neqativ münasibətli yeniyetmələr; 

2.  Alkoqol 

və  narkotik  maddələrə  qeyri-müəyyən  münasibətli  yeni-

yet


mələr; 

3.  Spirtli 

içkilər  və  digər  bihuşedici  maddələrin  qəbulu  situasiyasına 

pozitiv 


münasibətli yeniyetmələr; 

4.  Alkoqolizm 

və narkomaniyaya passiv aludə olan yeniyetmələr; 

5.  Alkoqol 

və  bəzi  bihuşedici  maddələrdən  istifadəyə  pozitiv  müna-

sibətli yeniyetmələr; 

6.  Alkoqol 

və  narkotik  maddələrdən  təsadüfi  (epizodik)  istifadə  edən 

yeniyet

mələr. 


 

104 


Bu qrupların hər birini səciyyələndirək: 

1.  Psixot

erapiyanın əsas vəzifəsi birinci qrupa aid olan yeniyetmələrdə 

içki 


içməməklə bağlı vərdişləri daha da möhkəmləndirmək və dərin-

ləşdirməkdir.  Alkoqolizm  və  narkomaniyanın  neqativ  nəticələri 

haqqında faktlar dəqiq və inandırıcı şəkildə şərh olunmalıdır. Bu za-

man yeniyet

mələrin anatomiya, fiziologiya və digər məktəb proqramı 

fənləri üzrə bilikləri nəzərə alınmalıdır. Mövcud sosial pozitiv tələbat 

daha  da 

gücləndirilməlidir, (təhsilə,  ixtisasa yiyələnməyə və idmana 

yönəltmə)  və  onların  alkoqol  və  narkotik  maddə  istifadəsi  ilə  bir 

araya 


sığmaması haqqında rəy formalaşdırmaq. 

2. 


İkinci  qrupda  –  psixoterapiya  və  korreksiya  prosesində  spirtli  içki-

lərdən istifadə situasiyasına, ümumiyyətlə içki içən adama nifrət me-

xanizmi 

yaradılmalı  və  möhkəmləndirilməlidir,  narkotik  maddələrin 

hətta bir dəfə qəbul edilməsinin neqativ nəticələrinə diqqət yönəldil-

məlidir.  Bu  zaman  alkoqol  və  narkotik  maddələrin  zərəri  haqqında 

birt

ərəfli formal müddəalardan uzaq durmaq lazımdır. Belə ki, təcrü-



bə göstərir ki, yeniyetmələr özlərinin psixoloji özəllikləri hesabına bu 

cür 


informasiyanı özünə aid edə bilmir və qəbul etmir. Ona görə də, 

müəyyən  müddət  sonra  yadından çıxarır.  Nəzərə  almaq  lazımdır ki, 

bu  yeniyet

mələrdə  alkoqol  və  bəzi  narkotik  maddələrdən  istifadə 

mərasiminə  pozitiv  münasibət  əksər  halda  içki  içən  kampaniyanın 

(

şən,  ətrafdakıların  yüksək  əhval-ruhiyyəsi, təntənəli  bayram  şəraiti 



və  s.)  spesifik  mikromühiti  ilə,  yeniyetmənin  ətrafında  onun  üçün 

subyektiv 

əhəmiyyətli  pronarkoman,  narkotik  maddə  qəbulunun 

neqativ 


nəticələrini  anlamayan  şəxslərin  olması  ilə  şərtlənir.  Bu 

korreksiya tipli t

əsirin nəticəsində spirtli içkilərin qəbulunun formala-

rına, narkotiklərdən istifadənin neqativ nəticələrinin açıqlanmasına və 

ona 

münasibət yaradılmasına diqqət edilir. 



3.  Bu  qrupda  olan  yeniyet

mələrə  izah  edilməlidir  ki,  spirtli  içkilər  və 

digər bihuşedici maddələrin hətta, minimal miqdarı belə yeniyetmə-

nin 


zəif psixikasına məhvedici təsir göstərir, patoloji asılılıq yaranma-

sına gətirib çıxarır. Yeniyetməyə alkoqolun qəbulu mərasiminin səhv 

davranış  olduğunu  anlatmaq  lazımdır.  Həmçinin  alkoqola  pozitiv 

münasibət  mexanizminin ya ünsiyyətin,  ya da alkoqol və bihuşedici 

maddələrin  eyforik  təsiri  ilə  möhkəmlənməsi  açıqlanmalıdır.  Psixo-

terapiya 

zamanı  təsir  alkoqol  və  narkotiksiz  davranış  formalarına 

pozitiv 


münasibətin möhkəmləndirilməsinə yönəldilməlidir. Çox va-

cibdir  ki,  yeniyet

mənin  yaxın  ətrafında  olanların  da  davranış  və 

rəftarında alkoqola mənfi və tənqidi münasibət olsun. 

4.  Bu  qrupda  psixoterapiya 

zamanı  təsir,  ilk  növbədə,  davranışın  al-

koqolsuz 

formalarına  neqativ  münasibətin  hazırlanmasına, “kampa-

niya  xati

rinə” narkotik maddələrin qəbuluna yönəldilməlidir. Nəzərə 

almaq 

lazımdır  ki,  alkoqol,  yaxud  bihuşedici  maddələrin  istifadəsi 



 

105 


zamanı  bu  subyektlərin  çoxunda  psixi  (əhval-ruhiyyənin  aşağı  düş-

məsi,  hipersomniya,  psixi  diskomfort  və  s.)  və  somatik  (ürək  dö-

yüntüsü, 

baş  ağrısı,  dispeptik  pozuntu  və  s.)  sağlamlığın  müxtəlif 

əlavə  təzahürlərinə  rast  gəlinir.  Korreksiya  zamanı  yeniyetmədə 

alkoqol 


və  narkotik  maddələrdən  istifadənin  sağlamlıqda  mənfi  iz 

qoy


ması,  yəni  beyin  və  daxili  orqanların  toksiki  zədələnmələrini 

doğurması, bu maddələrə təhlükəli aludəçiliyə gətirib çıxarması kimi 

fikirləri  qabartmaq  vacibdir.  Əksər  hallarda  bu  qrupa  aid  yeniyet-

mələrə təlqin, konformluq kimi cəhətlər xasdır və onlar ətrafdakılarla 

əlaqə yaratmaqda çətinlik çəkirlər. Alkoqol və narkotik maddələrinin 

ist


ifadəsi  nəticəsində  həmyaşıdları  qrupu  ilə  münasibət  onlar  üçün 

özünəməxsus  “katalizator”  şəklində  çıxış  edir.  Korreksiya  işi  dav-

ranışın adekvat  formalarının yaradılmasına, kommunikasiya məkanı-

nın qurulmasına, pozitiv sosial yönümün stimullaşdırılmasına köklən-

məlidir. Öz davranışına və yaxın ətrafındakı həmyaşıdlarının davranı-

şına adekvat münasibətin formalaşması daha çox vacibdir. 

5.  Bu  qrupda  korreksiya 

işinin əsas vəzifəsi  yeniyetmələrdə içki içmə-

mək  təyinatını  hazırlamaq,  dərinləşdirmək  və  möhkəmləndirməklə 

sağlam  həyat tərzinə  istiqamətləndirməkdir.  Bu  işin  özünəməxsus 

öz

əllikləri  olsa  da  əvvəlki  qruplarda  aparılan  korreksiya  işinin  ele-



ment

lərini də öz tərkibinə daxil edir. Ümumilikdə, bu onunla bağlıdır 

ki, 

beşinci qrupa aid  yeniyetmələrdə alkoqol  və  narkotik  maddələrə 



pozitiv 

yanaşma kimi,  onlardan istifadəyə də belə münasibət vardır. 

Psixoterapiya 

və korreksiya işi aşağıdakı vəzifələrə yönəlməlidir: 

–  alkoqol 

və  narkotik  maddələrdən  istifadəyə  sövq  edən  tipik 

sit

uasiyaların təhlili; 



– 

müəyyən  şəraitdə  özündə  içkinin  qəbulu  “arzusunun”  dərəcəsinin 

müəyyənləşdirilməsi; 

– 

əsas  etibarilə  ünsiyyətin  alkoqolsuz,  narkotiksiz  forma  və  qayda-



larının hazırlanması; 

Burada  içki 

qəbulu  “istəyi”nin  yaranmasına  sövq  edən  spesifik  situasi-

yaların özəlliklərini müzakirə etmək məqsədəuyğundur. Bütün cəhdlər alkoqol 

və  narkotik  asılılığı  müşayiət  edən  anozoqnoziyanın  (anlamama,  özündə 

alkoqol 


və digər bihuşedici maddələrə aludəçiliyi qiymətləndirməmə) qarşısı-

nın alınmasına yönəlməlidir. Bu zaman birbaşa mənəvi tənbehedici qiymətlərə 

yol 

vermək olmaz. Psixokorreksiya işi yeniyetmələrin həmyaşıdlarının referent 



qrupu 

ilə birləşmə meylini nəzərə almaqla vasitəli aparılmalıdır. Vasitəli yolla 

addiktiv 

davranışa meylli ideala çevrilmiş tanışlar ifşa edilməlidir. Alkoqol və 

narkot

iklərə düzgün (mənfi) münasibət yaradılmalıdır.  



6. Bu yeniyet

mələrlə aparılan psixokorreksiya işinin strukturu ilə beşinci 

qrup 

üzvləri arasında aparılan işdə eynilik vardır. Lakin burada rassional (oyun, 



diskussiya  psixot

erapiyası,  suqqestiv  metodlar) təsirdən  istifadə  etmək  daha 

məqsədəuyğundur. 

 

106 



Yeniyetmələrlə  aparılan  psixoloji  iş  paralel  şəkildə  üç  istiqamətdə 

aparılmalıdır: 

– 

özünə,  öz  davranışına,  ətrafdakılara  münasibətə  dair  şəxsi  mövqenin 



axt

arılması və hazırlanması; 

– 

dəyərlərin  qiymətləndirilməsi,  bihuşedici  maddələrin  istifadəsindən 



t

əhsil,  iş,  digər  sosial  pozitiv  yönəliş  və  tələblərə  keçmənin  bütün  mümkün 

üsulların, fəaliyyət göstərən adekvat mövqenin axtarışı; 

– 

korreksiya  zamanı  konstruktiv  şəxsi  keyfiyyətlərin  –  iş  qabiliyyəti, 



düzgün 

özünüqiymətləndirmə, streslərə psixoloji davamlılığın formalaşması və 

möhkəmlənməsi aparılır. Yeniyetmələrlə söhbət zamanı bihuşedici maddələrə, 

pozitiv 


münasibətə  gətirib  çıxaran  daha  tipik  situasiya  və  vəziyyətlərin 

yaradılması,  bu  cür  situasiyanın  öhdəsindən  gəlməyin  qaydalarını  yaratmaq 

məqsədəuyğundur.  

Yeniyet


mənin öz vəziyyətini dərk etdikdən sonra onun “sosial rol”unun 

və  şəxsi  mövqeyinin  düzgün  başa  düşməsi  yollarını  hazırlamaq  lazımdır. 

Gələcəkdə qaydaların korreksiyası zamanı möhkəm, düzgün özünüqiymətlən-

dirmə, alkoqol və narkotik maddələrin qəbulundan imtina ilə bağlı ətraf mühitə 

münasibətdə xüsusi mövqe fomalaşdırmaq tövsiyə edilir. 

 

Psixoterapiya 

və psixokorreksiya zamanı yeniyetmələrin səciyyəvi 

xarakter 

xüsusiyyətlərinin rolu  

Psixoterapiya 

və psixokorreksiya işi yeniyetmələrin zərərli maddələrdən 

sui-


istifadəsinə qarşı vərdişlərin formalaşması məqsədi daşıdığından bu zaman 

onların səciyyəvi xarakter əlamətlərini də nəzərə almaq vacibdir. 



Fəal yeniyetmə – Ünsiyyətə qeyri-seçici olduğundan adətən onunla əla-

qə yaratmaq heç bir çətinlik doğurmur. Əgər lap əvvəldən o, özünə qarşı xoş 

münasibət  hiss  edirsə,  bu  əlaqəni  yaratmaq  daha  asan  olur.  Söhbət  zamanı 

onunla 


münasibətdə  rəsmiyyətdən  uzaq  olmaq  lazımdır.  Əgər  bu  yeniyetmə 

psixoloqda  müst

əqillik, azad şəxsiyyət görürsə, ona daha tez inanır və öyrəşir. 

Bu  yeniyet

mənin  addiktiv  davranışdan  uzaqlaşdırmanın  perspektivli  yolla-

rından  biri  həyatın onun üçün az  məlum,  yaxud  yeni  məlum tərəflərinə onda 

marağın oyadılmasıdır.  Ən  yaxşı  yol onunla ünsiyyət zamanı  mümkün  yaxın 

perspekt


ivlərə istinad etməkdir. 

Emosional  qeyri-sabit  yeniyet

mə – Əgər elə  ilk əlaqədən özünə qarşı 

hüsn-


rəğbət  hiss  edərsə  o,  psixoterapiyanın  aparılması  üçün  daha  əlverişli 

obyekt  ola 

bilər.  O,  bunu  qorumağa  çalışacaq  və  gələcəkdə  öz  təşəbbüsü  ilə 

məsləhət,  kömək  üçün  müraciət  edəcək.  Bu  yeniyetməyə  əlverişsiz  şəraitdə 

həyatın  işıqlı tərəflərini tapmağı öyrətmək  lazımdır.  Emosional  bağlılıq onun 

üçün daha vacibdir 

və onu addiktiv davranışdan saxlamağa qabildir.  

Nümayişetdirici davranişli yeniyetmə – Əgər o, öz şəxsiyyətinə qarşı 

maraq hiss 

edərsə, onunla əlaqə yaratmaq asandır. Lakin onda olan şəxsiyyətin 

pozitiv  t

ərəfini,  qabiliyyət  və  real  nailiyyətlərini  rəğbətləndirmək  lazımdır. 

Çalışmaq lazmdır ki, yeniyetmə nümayiş etdirdiyi mənfi tərəflərini özü görsün. 

 

107 


Bunun 

qarşısının  alınması  üçün,  başqaları  haqqında  söhbətləri  gücləndirmək 

t

əklif olunur. 



Tez t

əsirlənən yeniyetmə – Bu yeniyetmə ilə söhbət tələsmədən aparıl-

malıdır.  Əvvəl  müzakirəyə  onun  müsbət  keyfiyyətləri  –  səliqəliliyi,  nizam-

intizama 

məhəbbəti,  ehtiyatlılığı  qoyulur.  Hətta  addiktiv  davranış  zamanı 

yeniyet

mədə bu keyfiyyətlər əvvəlki kimi qalır.  Sonra nəzakətli şəkildə onun 



şəxsiyyətinin  mənfi  keyfiyyətlərinin  və  davranışının  pozulmalarının  müza-

kirəsinə keçilir. Əgər yeniyetmə ilə etibarlı əlaqə yaranarsa, o, özünü səbirsiz, 

əsəbi,  qaşqabaqlı-darıxdırıcı  tutmağa  meylliliyini  etiraf  edir.  Misallarla  gös-

t

ərmək  lazımdır  ki,  xarakterin  bu  cizgiləri  hansı  zərəri  vura  bilər.  Çalışmaq 



lazımdır ki,  o, özünü əsəbləşdirici  situasiyalardan uzaqlaşmağa,  sevdiyi  məş-

ğuliyyət  və  əyləncələrdə  təsəlli  axtarmağa  öyrətsin,  pis  əhval-ruhiyyəni 

bihuşedici maddələrlə öldürməyə çalışmasın.  

Özünə  qapali  yeniyetmə  –  Bu  yeniyetmə  ilə  əlaqə  yaratmaq  çox 

çətindir.  Söhbət  zamanı  soyuqluğun  aradan  qalxması  əlaməti  –  yeniyetmə 

müst

əqil danışmağa başlayan zamandır. Onun dedikləri gözlənilməz və qeyri-



adi  ola 

bilər,  lakin  onu  dayandırmaq  lazım  deyil.  Onun  üçün  əyləncə  olan 

hobbi, 

bə’zən qeyri-adidir, lakin addiktiv davranışa mane olan böyük amil ola 



bilər ki, bunu da korreksiya zamanı nəzərə almaq lazımdır. 

Qeyri-sabit  yeniyet

mə – Bu tip yeniyetmə ilə fərdi söhbətlər adətən az 

effektlidir. 

Söhbət prosesində onlar biganə yanaşdıqları istənilən mülahizələrlə 

razılaşa  bilər.  Yalnız  ciddi  töhmətlərin  real  təhlükəsi  onu  sui-istifadədən 

saxlaya 

bilər.  Ona  görə  bu  yeniyetmə  narkotiklər  siyahısına  daxil  olan,  sui-

ist

ifadəsi  zərərli  hesab  edilən  bihuşedici  maddələrdən  qaça  bilir.  Korreksiya 



t

ədbirləri  keçirilən  zaman  yeniyetmənin  diqqətini  bu  məsələlər  üzərində 

cəmləmək lazımdır. 

Bütün  xarakter  t

ipləri  ilə  söhbətlərin  məqsədi  yeniyetmələri  bihuşedici 

maddələrin qəbulu ilə gələcəklərinin perspektivsizliyini anlamasıdır. Bu zaman 

vurğunu  şəxsiyyətin  pozitiv  tərəflərinə  –  əyləncə,  bağlılıq,  sosial-pozitiv 

cəhdlərə  istinad  etmək  lazımdır.  Yeniyetmələrə  bihuşedici  maddələrdən  sui-

ist

ifadənin təhlükəli çətinlikləri haqqında məlumat verilməlidir (xroniki psixoz, 



impotensiya, 

bəzi toksikomaniyalarda kəmağıllılıq təhlükəsi, inyeksiya zamanı 

QİÇS-ə yoluxma təhlükəsi və s.). 

 

Yeniyetmələrlə aparılan psixoprofilaktika işinə valideynlərin və 

müəllimlərin hazırlanması 

Yeniyet


mələrin  valideynlərinin  onlar  arasında  keçirilən  alkoqolizm  və 

narkomaniya 

əleyhinə  işə  qoşulması  eyni  zamanda  onların  öz  arasında  pro-

filaktik 

iş  formasıdır.  Valideynlərlə  iş  ilkin  və giriş söhbəti  ilə başlayır.  Belə 

söhbət yeniyetmənin fiziki və psixi inkişaf tarixçəsinin aydınlaşması məqsədini 

daşıyır. Valideynlərlə yaradılmış əlaqə zamanı və etibarın müəyyən həddində 

evdəki vəziyyət, ailə münasibətinin özəllikləri aşkarlanır. Alkoqol və narkotik 

maddələrdən istifadəyə meylli yeniyetmələrə təsirin daha effektli olması üçün 

 

108 



ailə  psixoterapiyası  prosesinə  daha  çox  sayda  ailə  üzvlərinin  qoşulması  arzu 

olunur. «Valideyn  –  yeniyet

mə»  münasibətində  qarşılıqlı  davranış  çox  va-

cibdir. 


Valideynlər tərəfindən yeniyetmənin həyəcanının səbəb və məqsədinin 

başa  düşülməməsi  onlar  arasında  etibarlı  münasibətlərin  olmamasına  gətirib 

çıxarır.  Bu  daha  çox  yeniyetməlik  dövründə  özünü  büruzə  verir  və  özünün 

ifadə  tələbatı  daha  çox  aktual  olur.  Yeniyetmənin  davranışını  müəyyən  edən 

aparıcı  yönəlişlərdən  biri  valideynlərdən  emansipasiya  tendensiyasıdır.  Vali-

deynlərə izah etmək lazımdır ki, bu dövrdə yeniyetmənin ailə ilə kifayət qədər 

möhkəm əlaqəsinin olmaması,  valideynlərin onları başa düşməməsi və onlara 

arxa, 


kömək  olmaması  yeniyetmənin  davranışının  sosial  normalar  çərçivə-

sindən kənara çıxmasına səbəb olur.  

Toksiki 

maddələrdən sui-istifadəyə meyillilik yeniyetmələrin valideynləri 

ilə  psixokorreksiya  işində  mühüm  an  olub,  onların  aparılmasına  təkanverici 

qüvvədir. Yeniyetmə haqqında valideynin fikrini aydıınlaşdırmaq, yeniyetməyə 

real  xas  olan,  o 

cümlədən  valileynlər  tərəfindən  ona  aid  edilən  davranış  və 

əlamətləri ayırmaq lazımdır. Valideynlərlə söhbət zamanı yeniyetmələrin bu və 

ya 


digər müsbət xüsusiyyətlərini vurğulamaq məsləhət görülür. 

Valideyn-yeniyet

mə  qarşılıqlı  münasibətinin  emosional  aspekti  onların 

yeniyetməni qəbul etməməsi kimi özünü büruzə verə bilər. Belə hallarda əsas 

diqqət  yeniyetmənin  müəyyən  keyfiyyət  və  xüsusiyyətlərinin,  valideynləri 

narahat 


edən adət və meyllərini dəyişməsinə ayrılmalıdır. Bu yalnız yeniyetmə 

ilə valideyn arasında müəyyən əlaqə və etibar olan zaman mümkündür ki, nə-

ticədə  uşağın  müəyyən  xüsusiyyətləri  aydın  olacaq. Tərbiyə  prosesinin  eqo-

sentrik ist

iqamətli vəziyyətində, uşağa “mən” anlayışını, valideynlərə isə yeni-

yet


mələrin  təhsil,  yaxud  əmək  kollektivində  rastlaşdıqları  çətinlikləri  xatır-

latmaq 


məsləhət görülür. Valideynlərə göstərilir ki, yeniyetmələrin aid olduq-

ları  kollektivdə  özlərinə  qarşı  xüsusi,  xoş  münasibətin  olması  ümidi  əsas-

sızdırsa,  onda  qarşılıqlı  münasibətlərin  qurulması  və  özünü  realizə  etmək 

im

kanları mürəkkəbləşə bilər. Hər bir yeniyetməyə eləcə də hər bir ailə üzvünə 



yanaşma dəqiq və fərdi olmalıdır. Bununla belə, valideyn davranışının növbəti 

t

iplərini ayırmaq olar.  



1.  Yeniyet

mə  bütün  ailənin  diqqət  mərkəzində  olur,  onun  ehtiyac  və 

arzularını tam şəkildə yerinə yetirməyə çalışır. Lakin elə bununla da tərbiyəvi 

t

əsir  prosesi  bitir.  Belə  vəziyyət  azməsuliyyətli  ailələr  üçün  səciyyəvidir.  Bu 



valideynlərlə işləyərkən onlara evdə ailə üzvlərinə münasibətdə öz vəzifələrinə 

məsuliyyət  hissini  yüksəltmək tövsiyə olunur. Sonra onların öz hərəkətlərinə, 

t

əhsil və işlərinə cavabdehlik hissi yüksəlir.  



2.  Validyen-yeniyet

mə  arasında  avtonom  qarşılıqlı  münasibət  zamanı 

özbaşınalıq müşahidə olunur. Yeniyetmə özbaşına qalır,  valideyn onunla ma-

raqlanmır, ona nəzarət etmir. Belə valideynlərlə fərdi işdə yeniyetmələrin im-

kanlarına,  qabiliyyətinə,  şəxsiyyətinə  marağın  yüksəldilməsi  məqsədəuy-

ğundur. Valideynlər şəxsiyyətin özünü müəyyənetmə probleminin həlli zamanı 

 

109 


yeniyet

mənin yaşadığı çətinlikləri ona göstərməli, tələbatlarının məsləhətçi və 

böyüklərin köməyilə ödəniləcəyinə inanmalıdır. 

Bütün 


valideynlərə yeniyetməlik dövrünün psixofizioloji özəllikləri haq-

qında məlumat verilir, addiktiv davranışa şərait yaradan amillər aşkarlanır, al-

koqolizm,  narkomaniya  v

ə  toksikomaniyanın  ilk  klinik  təzahürləri  haqqında 

danışılır. Ailə üzvləri arasında emosional mənəvi soyuqluq, konfliktin yüksək 

səviyyəsi, tərbiyənin anomal formaları (hipoqayğı, hiperqayğı, hiperproteksiya 

və  s.)  yeniyetmənin  şəxsiyyətinin  formalaşmasına  mane  olan,  motiv  və  tələ-

bat


ların formalaşmasında anomaliyalara gətirib çıxaran hallar onlara çatdırılır. 

Qeyd  et


mək  lazımdır  ki,  uşaq  və  yeniyetmələrin  yanında  alkoqol  qəbulu 

prosesi onlara neqativ t

əsir göstərir. Nəticədə onlarda davranışın məqbul sosial 

forması kimi alkoqol qəbuluna  müsbət  münasibət  yaranmasına şərait  yaranır. 

Həmçinin  aydın  olur  ki,  yeniyetməlik  dövründə  alkoqolizm  və  narkomaniya 

qorxulu  xarakter 

daşıyır,  yeniyetmələrin şəxsiyyətinin tez tənəzzülünə gətirib 

çıxarır.  Valideynlərə  yeniyetmələrin  yaradıcılıq  qabiliyyətlərini  və  ağıllı 

məşğuliyyətlərini situmallaşdırmaq məsləhət görülür. 

Addiktiv 

davranışa  meylli  yeniyetmələrin  valideynləri  ilə  psixoterapiya 

və  psixokorreksiya  işi  xüsusi  diqqətəlayiqdir.  Yeniyetmələrin  çatışmazlıqları 

haq

qında  valideynlərin  xəbərdar  olmasında  ehtiyatlı  olmaq  lazımdır.  Onlara 



maksimum 

qayğı və diqqət göstərməli, heç bir halda kobud töhmət və tənbeh 

ölçülərindən  istifadə  etməməlidirlər.  Valideynlərlə  birlikdə  ailədə  qarşılıqlı 

münasibətlərin  bütün  sistemini  təhlil  etmək  və  qiymətləndirmək,  yeniyetmə 

haqqında  valideynlərdə  adekvat təəssürat  yaratmaq,  onlarla  real  qarşılıqlı 

münasibəti düzgün qiymətləndirmək lazımdır.  

Yeniyet

mələrin oxuduğu tədris müəssisəsinin müəllimlərinin alkoqolizm 



və narkomaniya əleyhinə aparılan psixoprofilaktik işə qoşulması zamanı daha 

yüksək  nəticələr  əldə  olunur.  Bu  məqsədlə  müəllimlər  arasında  yeniyetməlik 

dövrünün  psixofizioloji  öz

əllikləri  haqqında  məlumat,  inkişaf  etməkdə  olan 

orqanizmə  alkoqol  və  narkotik  maddələrin  psixofarmakoloji  təsiri,  addiktiv 

davranışın formalaşması,  yeniyetmələrdə alkoqolizm və narkomaniyanın ilkin 

yaranma 

əlamətləri  haqqında  məzmunlu,  izahlı  dərslər  aparılması  məqsə-

dəuyğundur.  

Məşğələlərin  planlaşdırılıması  və  keçirilməsi  zamanı  onları  regionun 

yeniyet

mələrdə addiktiv davranışın formalaşmasına təsir göstərən etnomədəni 



öz

əllikləri  ilə  tanış  etmək  lazımdır.  Müəllim  hər  bir  şagirdə  fərdi  münasibət 

bəsləməlidir.  Belə  ki,  əgər  yeniyetmədə  özünüqiymətləndirmə  aşağı  düşərsə, 

özünə  inamsızlıq  yaranarsa,  ailədə gərgin psixoloji  vəziyyət  meydana gələrsə 

yeniyet

mənin təhsildəki  müvəffəqiyyətləri rəğbətlə deyilməli,  adekvat  özünü-



qiymətləndirmənin  inkişafı  stimullaşdırılmalı,  onun  şəxsiyyətinin  müsbət 

t

ərəfləri vurğulanmalıdır.  



Özünüqiymətləndirməsi  zəif  yeniyetmələrə  daha  diqqətlə,  fərdi  yanaş-

maq, həvəsləndirmək, nailiyyətlərini xüsusi vurğulamaq lazımdır. Bu cür peda-

qoji 

yanaşma  əksər  hallarda  müxtəlif  növ  emosional  –  psixoloji  gərginliyin, 



 

110 


məktəb  dezadaptasiyasının  yaranmasının  və  addiktiv  davranışın  formalaşma-

sının qarşısının alınmasında böyük rol oynayır. Müəllimlərin uğursuz ailələrin 

aşkar edilməsi işinə fəal qoşulmaası, yeniyetmələrə yüksək qayğı ayırması və 

yeri 


gəldikdə isə, psixoloqların onlara müvafiq məsləhətlər verməsı vacibdir. 

 

ƏDƏBİYYAT 

1.

 



Şəfiyeva E.İ. Anomal inkişafın psixologiyası. Bakı: ADPU, 2012, 400 s.  

2.

 



Почему  подростки  начинают  выпивать  и  употреблять  наркотики 

http: // 

www.narkohelp.ru

 

3.



 

Психология подросткового и юношеского возраста. 12-е изд. Спб: Питер, 2011. 

 

ПСИХОТЕРАПИЯ, ПСИХОКОРРЕКЦИЯ И ПСИХОПРОФИЛАКТИКА  

ЗАВИСИМОСТИ ПОДРОСТКОВ ОТ ВРЕДНЫХ ВЕЩЕСТВ 

 

Э.И.ШАФИЕВА 

 

РЕЗЮМЕ 

 

В статье определены основы психотерапии, психокоррекции и психопрофилакти-

ки подростковой наркомании, алкоголизма и токсикомании. Далее в статье раскрывается 

особенности психокоррекции личностных качеств, групповой и индивидуальной психо-

логической работы с подростками злоупотребляющими вредные вещества.  

 

Ключевые слова: психотерапия зависимости от наркотических веществ, психо-

профилактика зависимости от вредных веществ у подростков, психокоррекция личности 

подростка-алкоголика  (наркомана,  токсикомана),  психопрофилактическая  программа 

злоупотреблений вредными веществами.  

 

PSYCHOTHERAPY, PSYCHO-CORRECTION AND PSYCHOPROPHYLAXIS  

OF THE TEENAGE ADDICTION TO HARMFUL SUBSTANCES 

 

E.I.SHAFIYEVA 

 

SUMMARY 

 

The  article defines the basis of the  psychotherapy, psycho-correction and psycho-

prophylaxis of teenage drug addiction, alcoholism and substance abuse. Later, the article dis-

closes the features of psychological correction of personal qualities, group and individual psy-

chological work with teens abusing harmful substances 

 

Key words:  psychotherapy  of  drug  addiction, psychoprophylaxis of adolescent addic-

tion to harmful substances, psychological correction of the personality  of a teenage alcoholic 

(addict), psychoprophylactic program of abuse of  harmful substances 

 

 



111 

Document Outline


Yüklə 365,77 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin