79
BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ
№3
Humanitar elmlər seriyası
2013
U
OT 94"19/…"
XX
ƏSRİN 80-ci İLLƏRİNDƏ İRAQ-ABŞ MÜNASİBƏTLƏRİ
G.
İ.QARAYEVA
Bakı Dövlət Universiteti
qarayeva1947@hotmail.com
Altı günlük ərəb-İsrail savaşı nəticəsində İraqla ABŞ arasında diplomatik münasibətlər
kəsildi. İraq-İran savaşı zamanı bu münasibətlər bərpa olundu. 1982-ci ilin fevralında ABŞ
İraqı beynəxalq terrorizmi dəstəkləyən dövlətlər siyahısından çıxardı. 1984-cü ildə İraq-ABŞ
münasibətləri inkişaf edərək yeni mərhələyə qədəm qoydu. 26 noyabr 1984-cü ildə İraqla ABŞ
arasında diplomatik münasibətlər yenidən bərpa olundu. Bu münasibətlə Tariq Əziz
Vaşinqtona rəsmi səfər etdi. Savaşın gedişində ABŞ Iraqa hər cür hərbi yardım göstərdi. 1988-
ci ilin avqustunda
İranla İraq arasında savaşın dayandırılması haqqında razılıq əldə edildi.
Açar
sözlər: savaş, sülh, Tariq Əziz, münasibətlər
XX
əsrin 80-ci illərində ABŞ-İraq münasibətləri inkişafa yeni mərhələyə
yüksəlmişdi ki, buna səbəb olan amillərdən biri də İraqın İranla münasibətləri
idi
.
Məlum olduğu kimi, İran-İraq arasındakı ziddiyyət 1980-ci ildə iki ölkə
arasında hərbi toqquşma ilə nəticələndi. Buna səbəb isə iki dövlət arasında
sərhədlərin dəqiq müəyyənləşməməsi və bir-birinin daxili işlərinə qarışması
olmuşdur.
İran-İraq savaşı başlayan andan Vaşinqton özünün ciddi neytralitetini
elan
etdi.
İsrail məsələsində sərt mövqedən çıxış edən İraqla Amerikanın elə
bir
münasibəti yox idi (1, 778). İki ölkə arasındakı əlaqələr Altı günlük savaşın
gedişində ABŞ-ın İsraili dəstəkləməsinə görə kəsilmişdi. Bununla belə, Va-
şinqton-Bağdad əlaqələri Xomeyninin hakimiyyətə gəlməsindən doqquz ay
sonra
yenidən janlanmağa başlamışdı. Savaş başlayandan bir il sonra isə ABŞ
tərəfi Amerika-İraq münasibətlərinin normallaşdırılmasının əleyhinə olmadı-
ğını bildirdi. Bundan sonra, yəni 80-ci illərin əvvəllərindən etibarən ABŞ-İraq
münasibətləri sürətlə yaxınlaşmağa başladı. Buna səbəb isə İranda fundamental
recim
yaratmış V.Xomeyniyə qarşı İraqdan istifadə etmək istəyi idi. Çünki İran
dünya
neft
ehtiyatlarının yarıdan çoxunu ödəyən və zəngin neft ehtiyatlarına
malik
olan Fars
körfəzində Amerikanın geostrateji maraqları üçün ciddi
təhlükə törədirdi. Amerikanın senat komitəsi elan etmişdir ki, ABŞ-la İraq
arasında «kəşfiyyat xarakterli» əlaqələrin 1984-cü ildə yaranmasına bax-
80
mayaraq
,
əslində bu münasibətlər iki il əvvəl İranın İraq savaşında üstünlük
qazanmasından sonra başlamışdır (2, 39).
Hətta İsrailin İraqın Atom reaktorlarını bombalaması belə bu müsbət
irəliləyişə mane ola bilmədi. 1982-ci ilin fevralında ABŞ İraqı beynəxalq
terrorizmi
dəstəkləyən dövlətlər siyahısından çıxardı və bu ölkəyə Amerika
mallarının eksportunu müəyyən edən məhdudiyyət aradan qaldırıldı. Həmin il
ABŞ açıq şəkildə bildirdi ki, İraqın tərəfində durmağa hazırdır. MKİ-nin
keçmiş əməliyyat şöbəsinin rəisi Edvard Cuçneviç bu münasibətlə bağlı
demişdir: «Düşmənimin düşməni bizim dostumuzdur» (2, 39). Rus tədqiqatçısı
P
.P.Lvov
Vaşinqton-Bağdad münasibətlərinə toxunaraq qeyd edirdi ki, Va-
şinqton nəinki Səddamın hərbi vəziyyətdən istifadə edərək, siyasi müxalifətə,
kürdlərə, şiələrə qarşı tətbiq etdiyi cəza tədbirlərinə, həmçinin kütləvi qırğın
silahı istehsal edən İraq elmi mərkəzlərinin kimyəvi və bioloji korporasiyaları
ilə fəal əməkdaşlığına da göz yumur (3, 6).
Savaşın başlanmasının üç ili ərzində iri dövlətlər İraqa xeyli sayda silah
sat
mışdılar. Bu müddət ərzində İraqa ən çox silah satan ölkə Fransa olmuşdur.
Sa
vaş başlayandan – 1980-ci ilin sentyabrından-1983-cü ilin mayına qədər
Fransa
İraqa 41,1 mlrd. frank məbləğində silah satmışdı (4, 8). İraqı silahla təc-
hiz
edən ikinci ölkə Misir, Fars Körfəzi Ölkələri və Amerika Birləşmiş Ştatları-
dır. Maraq doğuran сəhət budur ki, ABŞ-ın İraqla diplomatik münasibətlərinin
kəsilməsinə baxmayraq, onun monopoliyaları bu müddətdə 90 hərbi vertalyot
və digər silahların satılması ilə əlaqədar Bağdadla saziş bağlamışdılar (4, 9).
ABŞ-ın İraqa silah satmasına baxmayaraq, Vaşinqton Fransanın Bağdada silah
və hərbi təchizat satmasını tam bəyəndiyini bildirdi. 1983-cüildə ABŞ kənd tə-
sərrüfatı, sənaye malları və ərzaq alınması üçün İraqa 1 mlrd. dollar həcmində
kredit
ayırdı (5, 349). 1983-1990-cı illər üçün Vaşinqtonun İraqa ayırdığı 5
mlrd
. kredit
xalqını yedirtməyə və silahlanmaya xərcləməli idi (6, 65).
İraq-İran savaşı iri dövlətlərin mənafeyinə xidmət edirdi. Bu savaş ABŞ-ın
«
Həyati əhəmiyyətli» ərazi adlandırdığı Fars Körfəzində öz silahlı qüvvələrini
yerləşdirməyə imkan verirdi. Qərb ölkələrinə və ABŞ-a neft daşınması üçün
təhlükə olduğunu əsas götürərək, Vaşinqton Körfəzi nəzarət altında saxlamaq
üçün
İngiltərənin, Fransanın, Avstraliyanın hərbi-dəniz qüvvələrinin vahid ko-
mandanlığını yaratmışdı. Amerika girovları probleminin hələ həll olunmaması
ilə əlaqədar olaraq İranın beynəlxalq vəziyyəti kifayət qədər mürəkkəb idi.
İraq-İran hərbi münaqişəsinə qarşı yönəlmiş hər hansı bir aksiya
Birləşmiş Ştatların məsələyə müdaxiləsinə əsas verirdi. Məsələn, İranın Hör-
müz
boğazını bir və ya iki 500 min ton gücündə tankerlərdən istifadə etməklə
Fars
Körfəzini mühasirəyə alacağını bildirdikdə, Pentaqon əlavə olaraq, Fars
Körfəzinə «Enterprayz» və iki min dəniz piyadası göndərmişdi (4, 9). Buraya
həmçinin İngiltərənin HDQ döyüş əməliyyat qrupu da göndərildi. Vaşinqton,
London
və Paris Körfəzdə hərbi əməliyyatların mümkünlüyü haqqqında
danışıqlara qoşuldular. Belə vəziyyət, regionda gərginliyi daha da artırdı.
81
İraq-İran münaqişəsi ərəblərarası münasibətlərə də mənfi təsir göstərdi.
Suriya
və Liviya İranı, Misir Səudi Ərəbistanı, Urdun isə İraqı müdafiə edirdi.
Belə parçalanma İsrail və ABŞ üçün əlverişli şərait yaradırdı.
Hələ 1983-cüilin oktyabrında ABŞ Hörmüz boğazı vasitəsilə azad gəmi-
çiliyi
qorumaq
adı altında 2000 nəfərlik dəniz piyadalarından ibarət operativ-
desant
bölməsini təcili olaraq Hind okeanına göndərmişdi. Dörd ay keçdikdən
sonra
1984-cüilin
fevralında bilavasitə Fars körfəzi yaxınlığında «Miduey» təy-
yarə gəmisi və daha beş Amerika hərbi gəmisi, Körfəzin özündə isə ABŞ Hərbi
Dəniz Donanmasının beş döyüş gəmisi var idi (7, 425). Bundan əlavə olaraq,
Səudi Ərəbistanında ABŞ AVAK sistemi ilə təhciz edilmiş təyyarələr vasitəsilə
regionda
bütün
təyyarələri müşahidə edirdi. 26 fevralda Amerika eskadra mina
gəmisi İranın kəşfiyyat təyyarəsinə xəbərdarlıq, İran hərbi gəmisinə isə
işıqlandırıcı raketlərlə atəş açdı. Bu onunla əsaslandırılırdı ki, həm gəmi, həm
də təyyarə Amerika esminesinə lap çox yaxınlaşmışdılar (7, 425-426).
ABŞ-İraq münasibətlrinin yaxşılaşması istiqamətində prezident Reyqanın
xüsusi
nümayəndəsi D.Ramsfeldin Bağdada iki səfəri də əhəmiyyətli oldu. 20
dekabr
1983-cü
ildə ABŞ prezidentinin Yaxın Şərq üzrə köməkçisi olan
D
.Ramsfeld saat
yarım Bağdadda S.Hüseynlə danışıqlar aparmışdır, sonradan
Amerika
gizli
sənədlərindən məlum olmuşdur ki, diktatoru regionda ekspansi-
ya
nı genişləndirməyə təhrik etmişdir (3, 6). Donald Ramsfeld Bağdadda Səd-
dam
Hüseynlə görüşündən sonra, Vaşinqton öz müttəfiqlərinin İrana silah sat-
ma
masına nail olacağı barədə İraqa söz verdi. Eyni zamanda, ABŞ İraqı Qırmı-
zı Dənizlə birləşdirən neft kəmərinin çəkilməsinə dair Bağdadın razılığını aldı.
Bu
məqsədlə, ABŞ-ın İraq İdxal Bankı 500 mln. dollar maliyyə ayırdı (8, 102).
1984-cü
ildə İraq-ABŞ münasibətləri inkişaf edərək yeni mərhələyə
qədəm qoydu. Belə ki, 1984-cüilin oktyabrında Bağdadda ABŞ-ın İnformasiya
Agentliyi
yenidən fəaliyyətə başladı. Səddam Hüseyn ABŞ ilə diplomatik
münasibətlərin bərpa olunmasına hazır olduğunu bəyan etdikdən sonra 26
noyabr
1984-cü
ildə bu əlaqələr yenidən bərpa olundu. Bu münasibətlə Tariq
Əziz Vaşinqtona rəsmi səfər etdi. İyulun əvvəllərindən Körfəzdə savaşa ABŞ-
ın müdaxiləsi gücləndi. ABŞ-ın hərbi gəmiləri Bəhreynə Amerika eskadrası
üçün
yanacaq
gətirməyə gedən tankeri müşayiət etməyə başladılar. 1984-
cüilin avqustunda Fars
körfəzi və Ərəbistan dənizi rayonunda 11,5 min
Amerika
dənizçisi və əsgəri var idi.
Beləliklə, Fars körfəzi sularında gərginliyin zəiflədilməsi gözlənilmirdi.
Bu
isə o demək idi ki, bu rayonda hücuma məruz qalmış gəmilərin sayı getdik-
c
ə artacaqdır. 1986-cı ilin iyunun ortalarında hərbi münaqişə çərçivəsindən
çıxmağa başladı. İki ölkə arasındakı silahlı münaqişənin miqyasının genişlən-
məsi Fars körfəzi rayonunda təhlükəsizliyi zərbəyə məruz qoyurdu. İranın
hərbi dəniz qüvvələrinin Küveytə məxsus yeddi kateri tutması buna misal
olaraq
göstərilə bilər.
82
İraq-İran savaşının gedişində ABŞ Bağdadı müdafiə etdiyini nümayiş
etdirmək üçün Vaşinqton rəsmilərini regiona müxtəlif səfərlərə göndərirdi. Bu
mənada, 1986-cı ilin aprelində ABŞ-ın prezidenti Сorj Buşun regiona səfəri
xüsusi
qeyd ed
ilə bilər. Həmin səfərdə o, birmənalı şəkildə savaşda İranın qələ-
bə çalmasının ABŞ-ın maraqlarına zidd olacağını bəyan etdi (5, 357). Bununla
belə, Vaşinqtonun İraqı müdafiə etməsi heç də ABŞ-ın İraqla strateji müttəfiq
olajağını söyləməyə əsas vermirdi. Çünki ABŞ üçün regionda Səudi Ərəbista-
nının liderliyi ilə İran-İraq-Səudi Ərəbistanı strateji üçbucağının formalaşdırıl-
ması daha məqsədəuyğun idi. Burada, Vaşinqtonun məqsədi sözügedən üçbu-
ca
ğın vasitəsilə İranın savaşda, eləcədə ondan sonrakı dövrdə uğurunun
qarşısını almaq idi. Bu nədən irəli gəlirdi? İraqdan fərqli olaraq İran savaşın
gedişində regionun digər dövlətlərinə – Küveyt və Bəhreynə də təjavüz
edəjəyini gizlətmirdi. Savaşda İranın qələbə çalması regionda onun hegemon-
lu
ğuna gətirib çıxara bilərdi. Digər tərəfdən, İran xariji dövlətlərdən İsrail vasi-
təsilə silah alırdı ki, bu özü də savaşın gedişində əsas diqqəti çəkən amillərdən
biri
idi. Eyni zamanda,
İsrail İraqın güclənməsindən ehtiyat edərək, İrana
yardım edirdi. ABŞ isə neytral mövqe elan etməsinə baxmayaraq, ikili standart
siyasəti yeridirdi və İrana da silah satırdı. Bu İrangeyt hadisəsi isə 1986-cı ilin
noyabrında bütün dünyaya məlum oldu. Düzdür, Reyqan İrana hər cür, ilk
növbədə, hərbi yardımı kəsmək məcburiyyətində qaldı (9, 539). ABŞ-ın bu
mövqeyi
, faktiki olaraq,
ərəb birliyinə təkan verdi. Həmin dövr hadisələrinin
gedişindəki ssenarinin təhlili belə bir qənaətə gəlməyə əsas verir ki, ABŞ
İrangeyt əməliyyatının açılmasında özü maraqlı olmuşdur. Çünki 1986-cı ildə
artıq savaşın taleyi bəlli idi. İkincisi, Vaşinqton 80-ci illərin əvvəllərində
regionda
proseslərin ağırlığını Yaxın Şərq sülh prosesində Körfəz böhranına
keçirməkdə istəyinə nail olmuşdu. Üçüncüsü isə, ABŞ-ın həmin addımı Misiri
t
əcrid olunma vəziyyətindən çıxarırdı ki, bu da ABŞ üçün vacib idi. Çünki
Misirin
t
əcriddən çıxması ilə 80-ci illərin sonunda ərəb dövlətləri arasında yeni
qüvvələr nisbəti yaranırdı ki, bu da Vaşinqtona daha çevik diplomatik manevr
etmək imkanı verirdi.
Fars
körfəzinin mərkəz hissəsində Səudi Ərəbistanının əl-Cübeyl limanı
yaxınlığında daha bir tijarət gəmisinə basqın edilmişdi. ABŞ-ın dörd eskadra
mina
gəmisi Fars körfəzində Bəhreynin dəniz sahillərinin 120 milliyində İranın
neftçıxarma platformasını şiddətli atəşə tutmuş və onu dağıtmışdı.
ABŞ prezidenti Ronald Reyqan Fars körfəzində baş vermiş hadisələr ilə
əlaqədar ilk açıq bəyanatla 18 aprel 1988-ci ildə çıxış edərək İranı hədələmiş
və bildirmişdi ki, Amerika hökuməti bu ölkəyə qarşı yeni silahlı tədbirlər
görməyə hazırdır. İranın məsuliyyətsiz davranışı ona çox baha başa gələcəkdir.
Bəyanat verilən vaxt İran sahillərində ABŞ hərbi dəniz qüvvələrinin 20-dən
çox
gəmisi var idi. Ümumiyyətlə, Fars körfəzinə və onun yaxınlığına
Amerikanın təxminən 30 gəmisi, o cümlədən «enter prayz» atom aviasiya
gəmisi cəmləşdirilmişdi.
83
ABŞ-ın silahlı əməliyyatları Fars körfəzi ölkələrində böyük narahatlığa sə-
bəb olmuşdu. Elə buna görədir ki, silahlı münaqişənin həllinə doğru atılmış ilk
addım 20 avqust 1988-di ildə Qrinviç vaxtı ilə səhər saat 3-də bütün cəbhə boyu
atəşi dayandırajağı xəbəri dünya ictimaiyyəti tərəfindən razılıqla qarşılandı.
Ümumiyyətlə götürsək, ərəb ölkələri arasındakı münasibətlərdə mövcud
olan
ziddiyyət aradan qaldırılmadan Yaxın Şərqdə möhkəm sülhə nail olmaq
mümkün
deyil. Professor Dan Cirgi bu fikri daha obyektiv
ifadə edərək qeyd
edir
ki, «
ABŞ bütünlüklə xarici siyasətində beynəlxalq hüqüqa əsaslansa belə,
ərəb-İsrail münaqişəsi ən optimal variantda həll edilsə belə, yenə ərəb
ölkələrinin gələcəyi problematikdir» (10, 79).
Yaxın və Orta Şərqdə XX əsrin ən böyük savaşı kimi başa çatan İraq-İran
savaşı öz nəticələrinə görə beynəlxalq aləmdə, eləcədə, müxtəlif siyasi
dairələrdə bu günə kimi müzakirə obyekti olaraq qalmaqdadır. Bunu nə ilə izah
etmək olar. İlk növbədə, bu İraqın mövqeyi ilə birbaşa əlaqədardır. Məsələyə
rəsmi Bağdadın mövqeyindən yanaşılması məqsədəuyğun deyildi. Belə ki,
burada
İraqın iddiasında bir həqiqət vardır ki, bu da savaşın başlanmasına
gətirib çıxaran sərhəd probleminin həll edilməməsindəki məsələlərlə birbaşa
əlaqadardır. Məlum olduğu kimi, Şətt əl-Ərəb çayının iki dövlət arasında
sərhəd kimi müəyyən olunmasında problemin açıq qalması hələ Osmanlı
imperiyasının dağılmasından sonra ortaya çıxan ərazi və sərhəd məsələləri ilə
birbaşa əlaqədar idi. Bu mənada, Osmanlı imperiyasının dağılmasından sonra
Yaxın və Orta Şərqdə yeni siyasi xəritənin сızılmasında rol oynamış Avropa
dövlətləri bu məsələdə konkret razılığa gələ bilməmişlər. İraq-İran sərhəddi
üzərində yaradıla biləcək münaqişə, faktiki olaraq, istər SSRİ, istərsə də Qərb
dövlətləri üçün regionda balansı müəyyən etmək sahəsində geostrateji rol
oynamışdır. Şətt əl-Ərəb çayının çox hissəsinin İraqa aid edilməsində Bağda-
dın daha çox haqqı olmasına baxmayaraq, İranın sərhəd məsələsini daim ön
plana
çəkməsi, onun milli və dövlət maraqlarından çox rəsmi Moskvanın
regionda
balansa
nəzarət etmək iddiasından başqa bir şey deyildi. Bunu Cenev-
rədə aparılan danışıqlarda rəsmi Moskvanın nümayiş etdirdiyi mövqe də bir
daha
sübut edir.
1988-ci ilin iyununda
İran İslam Respublikası 20 iyul 1987-ci ildə BMT-
nin
Təhlükəsizlik Şurasının 598-ci qətnaməsini qəbul etməsi haqqında bəyanat
verdi
. 1988-ci ilin avqustunda
İranla İraq arasında savaşın dayandırılması
haqqında razılıq əldə edildi (11, 313). Xatırladaq ki, İraq təcavüzkar elan
edilmədiyi üçün İran tərəfi qətnaməni qəbul etmək istəmirdi. 1988-ci ilin
martından başlayaraq, İran orduları həlledici döyüşə başladılar, lakin ilk əvvəl
müvəffəqiyyyət qazansalarda, sonradan ciddi məğlubiyyətlərə məruz qaldılar.
1988-ci ilin
ortalarında ABŞ hərbi kontengini artırmağa Fars körfəzi
regonunda
hərbi münasibətlərdə aparıcı qüvvəyə çevrilmişdi. Burada onun 27
gəmidən ibarət armadı və müttəfiqlərinin bir neçə gəmisi yerləşirdi.
Amerikalılar bir neçə İran neft platformasını, 6 gəmini və tez gedən katerlərini
84
batırdılar. Xarakter haldır ki, bu aksiya İraq silahlı qüvvələrinin Fao adasını
azad
edən əməliyyatla eyni vaxta düşmüşdü. 3 iyulda Amerikanın «Vinesenes»
kreyserindən buraxılmış raketlər «İran Eyr» aviakompaniyasına məxsus,
Bəndər-Abbasdan Əbu-Dabiyə reys edən içərisində 117 qadın və uşaq olmaqla
298
nəfər sərnişinin olduğu təyyarəni vurdu (12, 163). ABŞ-la əks cəbhələrdə
üz
-
üzə durmaq İran İslam Respublikasının üzüjü savaşına sarsıdıcı zərbə
vurdu
.
Digər səbəblər də var idi. 1988-ci ilin iyulunda İran 5 mlrd. dollar akti-
və malik idi, halbuki, hər il hərbi xərclər 8-10 mlrd. təşkil edirdi. Cəmiyyətdə
narazılıq artmışdı, əvvəlki illərlə müqayiəsədə 1988-ci ldə könüllülərin sayı
üçdə bir qədər azalmışdı.
Artıq 1988-ci ildə baş verən hərbi döyüşlərin gedişində İİR-nın rəhbərliyi
bir daha
əmin oldu ki, Fars Körfəzi Ərəb Dövlətləri Əməkdaşlıq Şurasından
böyük
məbləğdə maliyyə yardımı və SSRİ, Qərbi Avropa və ABŞ-dan geniş
miq
yaslı müasir hərbi texnika alan İraq üzərində qələbə çalmaq qeyri-
mümkündür
(13, 398).
20 avqust 1988-ci
ildə başlayan İraq-İran sülh danışıqları Cenevrə və
Nyu
Yorkda keçirildi. 15 raund
keçirilən bu danşıqlar 1990-cı ilin avqustunda
razılıq əldə edilmədən kəsildi. Son on illərdir ki, İraq-İran münaqişəsi don-
duruldu
və hərbi əməliyytlar dayandırıldı. ABŞ-ın İraqa olan loyal münasi-
bətindəki inkişaf çox çəkmədi. 1989-cu ildə iki ölkə arasında yenidən dövlət-
lərarası soyuq münasibət formalaşmağa başladı. Bu da İraqın İranla savaşda
kimyəvi silahdan istifadə etməsi ilə əlaqədar idi.
İraq-İran danışıqlarının konkret nəticəsiz olaraq başa çatması bir daha
onu
göstərdi ki, ikiqütblü sülh sistemi şəraitində iri dövlətlərin regionda
toqquşan maraqları bu savaşın nəticəsi ilə tam olaraq balanslaşdırılmadı.
Danışıqların istər münaqişə tərəfləri, istərsə də maraqlı tərəflər üçün nəticəsiz
başa çatması siyasi müşahidəçi və politoloqlara onu deməyə əsas verdi ki,
Yaxın və Orta Şərqdə savaş faktiki başa çatmamış və yeni savaş təhlükəsi
formalaşmaqdadır. Danışıqların nəticəsiz qalması, eyni zamanda, istər İran,
istərsə də İraq üçün də istənilən nəticə deyildi. Nə rəsmi Tehran, nə də rəsmi
Bağdad danışıqların bu formada açıq qalması ilə ölkənin üzləşmiş olduğu
sosial
-iqtisadi
və siyasi problemlərin həlli ilə üz-üzə qalmışdı. Bu isə hər iki
ölkədə yeni sosial partlayışlar demək idi. Bunu sonrakı proseslər - iki il sonra
İraqın Küveyti işğal etməsi bunu bir daha sübut etmiş oldu. Yenə münaqişənin
həllində Vaşinqtonun mövqeyi önə çıxdı.
ƏDƏBİYYAT
1.
Fahir
Armaoğlu. 20 yüzyil siyasi tarihi. 1914-1980. Ankara: TISA Matbaası, 1983, 851 s.
2.
Уильям Мэлон. «Учили ли США Ирак прятать свое оружие массового уничтоже-
ния». КОМПАС БПИ, ИНО ТАСС, 4.12.91, с. 6.
3.
Вавилов А.И. Политика США в мусульманском мире на примере арабских стран.
М.: 2009, 351 с.
4.
Касаткин Д., Ушаков В. Четвертый год войны. «Азия и Африка сегодня», №4, 1984, с.5.
85
5.
Viorst Milton. Traq t war. Foreigh Affairs. N.Y. 1986/1987, vol. 65,
№2, р.16.
6.
Джо Сторк. Иракгейт, или верх цинизма. ИТАР ТАСС 23.02.93, с.6.
7.
Qarayeva
G., Hac
ıqədirli A. Ərəb ölkələrinin çağdaş sosial-iqtisadi və siyasi inkişafının
xüsusiyyətləri. Bakı, 2012, s.474
8.
Ниязматов Ш.А. Ирано-иракский конфликт. М., 1989, 176 с.
9.
Багирова А. Внешняяя политика Ирака (1968-2003). Баку: Адилоглу, 2003, 539 с.
10.
Aynur
Hac
ıqədirli. ABŞ-ın Yaxın və Orta Şərq siyaətinin bəzi məqamları. Şərqin aktual
problemləri: Tarix və müasirlik. Bakı, 2001, 5 s.
11.
Ден Кон Шербок, Дауд эль-Алами. Палестино-израильский конфликт. Две точки
зрения. М., 2002, 313 с.
12.
Повлов Д. Иран. От полуколонии региональному лидерству. Ближний Восток: война
и политика. М.: Издательский дом Марджани, 2010, 276 с.
13.
Современные международные отношения. М., 2001, 582 с.
ОТНОШЕНИЯ США С ИРАКОМ В 80-Х ГОДАХ ХХ ВЕКА
Г.И.КАРАЕВА
РЕЗЮМЕ
В результате шестидневной арабо-израильской войны дипломатические отноше-
ния между США и Ираком были прекращены. Эти отношения были восстановлены во
время ирано-иракской войны. В феврале 1982 года США вычеркнул Ирак из списка го-
сударств, поддерживающих международный терроризм. В 1984 году наступил новый
этап в развитии отношений между Ираком и Соединенными Штатами. 26 ноября 1984,
были восстановлены дипломатические отношения между Ираком и Соединенными Шта-
тами. По этому случаю, Тарик Азиз совершил официальный визит в Вашингтон. Во вре-
мя войны США оказал Ираку любого рода военную помощь. В августе 1988 года, была
достигнута договоренность о приостановлении войны между Ираком и Ираном. Было
заключено официальное соглашение между Ираном и Ираком о прекращении войны.
Ключевые слова: война, мир, Тарик Азиз, отношение
U.S. RELATIONS WITH IRAQ IN THE 80s OF THE XX CENTURY
G.
İ.GARAYEVA
SUMMARY
As a result of the six-day Arab-Israeli war, diplomatic relations between the U.S. and
Iraq were cut off. These relations were restored during the Iran-Iraq war in February 1982, the
U.S. withdrew Iraq from the list of state sponsors of international terrorism. In 1984, there
started a new stage in the development of relations between Iraq and the United States. On no-
vember 26, 1984, diplomatic relations between Iraq and the United States were restored. On
this occasion, Tariq Aziz made an official visit to Washington.During the Iraq war, the U.S.
rendered any kind of military assistance. In August 1988, it was agreed to suspend the war be-
tween Iraq and Iran. Agreement was reached between Iran and Iraq to end the war.
Key words: war, peace, Tariq Aziz, relation
Dostları ilə paylaş: |