165
BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ
№4
T
əbiət elmləri seriyası
2011
UOT: 24.19.01
NAXÇIVAN ÇÖKƏKLİYİNDƏ QRAVİMETRİK KƏŞFİYYAT
TƏDQİQATLARI NƏTİCƏSİNDƏ QRAVİTASİYA SAHƏSİNDƏ
AŞKAR EDİLMİŞ REGİONAL ANOMALİYALAR
O.Ə.RZAYEV
Geofizika ETİ
oktay.rzayev@socar.az
Regionun d
ərinlik quruluşunun analizi üzrə Naxçıvan çökəkliyində qravimetrik kəşfiy-
yat t
ədqiqatları nəticəsində potensial sahəsinin elementləri təsnifatlandırılıb. Qeyd etmək la-
zımdır ki, Naxçıvan çökəkliyi öz geoloji quruluşuna görə çox mürəkkəbdir. Tədqiqat sahəsində
aparılan 50-ci illərin geoloji planalmaları nəticəsi üzrə qeyd olunur ki, Mərkəzi Naxçıvan blo-
kunda Devon çöküntül
ərinin intişar etdiyi çökəklik mövcuddur. Yuxarı paleozoy çöküntüləri
il
ə əlaqədar regional qravitasiya maksimumunun Naxçıvanın bu hissəsində (Qıvraq-Böyük-
düz-
Naxçıvan) lokal maksimumlar və minimumların mövcudluğu çökəkliyin heterogen
quru
luşlu olmasına dəlalət edir.
Naxçıvan çökəkliyinin qravitasiya sahəsi mənfi qiymətlərlə ifadə olunmaqla yanaşı,
ərazinin çox hissəsini regional minimum qravitasiya anomaliyaları tutur.
Bundan başqa, qravimetrik tədqiqatlarla Naxçıvan çökəkliyində lokal və regional xa-
rakter daşıyan tektonik qırılma zonalarıda aşkar edilmişdir.
Açar sözl
ər: qravimetrik kəşfiyyat, profil, geosinklinal, tektonika, maksimum, mini-
mum.
Naxçıvan MR-də qravimetrik kəşfiyyat işləri birqatlı müşahidə üsulu
v
ə artımların ayrılıqda ölçülməsi üsulu ilə yerinə yetirilmişdir. Hər iki üsulla
planalmada sıravi nöqtələrdə müşahidələr əvvəlcədən tərtib olunmuş dayaq
şəbəkəsinə istinad olunaraq aparılmışdır.
Birqatlı müşahidə üsulunda sıravi nöqtələrdə müşahidələr iki dəstə ilə
(h
ər dəstədə iki qravimetr) dayaq məntəqəsindən başlanmış və dayaq məntəqə-
sind
ə də qurtarmışdır. Artımların ayrılıqda ölçülməsi üsulunda da müşahidələr
iki d
əstə ilə (hər iki dəstədə iki qravimetr) ardıcıl olaraq aparılmış, lakin əvvəl-
ki dayaq nöqt
əsində adi sıravi nöqtə kimi yenidən ölçülər götürülmüş, ortaya
çıxan fərq isə zamana görə bərabər paylanılmışdır. Beləliklə, dayaq şəbəkəsi
h
ər iki üsulda qravimetrin “sıfır sürüşməsi”nin paylanması üçün istifadə edil-
mişdir [1].
Naxçıvan ərazisində 1951-67-ci illərdə aparılmış tədqiqatlar zamanı
166
1:50000 miqyasında qravimetrik xəritələrin tərtibi tələb olunsa da, relyefin
mür
əkkəb formalı və keçilməz olması səbəbindən müşahidə addımı 500 m
götürülmüşdür. 1995-97-ci illərdə isə qravimetrik kəşfiyyat işləri marşrut və
profill
ər üzrə aparılmışdır. Marşrutlar üzrə müşahidə addımı 200 m, profillər
üzr
ə 100m olmuşdur. Bu işlərin layihəsinə görə kəsimi 0.5 mQal olan qravi-
metrik x
əritələrinin (aralıq qat sıxlığının iki qiymətində) qurulması qarşıya
m
əqsəd qoyulmuşdusa da, ərazinin geoloji quruluşunun mürəkkəbliyi ilə izah
olunan qravitasiya sah
əsinin çox diferensiasiyalı olması səbəbindən 1:50000
miqyasında tərtib olunmuş qravimetrik xəritələr əsasən 1 mQal kəsim ilə
qu
rulmuşdur [2].
Naxçıvan MR-nin qravitasiya sahəsi dağlıq geosinklinal əyalətlərə xas
olan mür
əkkəb xarakterli və intensiv diferensiyasiyası ilə səciyyələnir. Buge
reduksiyasında olan qravimetrik xəritələr ağırlıq qüvvəsinin mənfi qiymətləri
il
ə ifadə olunaraq, regional və lokal xarakterli anomaliyalar qapanmış izoano-
mallar v
ə ya ekstremal çıxıntılar şəklində əks olunurlar. Qravitasiya sahəsinin
regional anomaliyalarının uzanma istiqamətləri, formaları və intensivliklərinin
müxt
əlifliyi ilə yanaşı, lokal anomaliyaların da bəzən zonalar halında birləş-
m
əsi də mozaik şəkildə “səpələnməsi” də Buge reduksiyasında olan qravi-
metrik x
əritələri daha da mürəkkəbləşdirir. Qravitasiya sahəsinin qeyd olunan
xüsusiyy
ətləri müxtəlif miqyaslı geoloji faktorların mövcudluğu ilə yanaşı,
Naxçıvan MR-nın dərinlik geoloji-tektonik quruluşunun mürəkkəbliyi, meta-
morfik fundamentin s
əthinin qırışıqlığı və tərkibi, dərinlik tektonik qırışıqlıqla
s
əthi tektonik qırışıqlıq arasında sürüşmənin olması, müxtəlif yaşlı və tərkibli
çöküntü laylarının strukturu və süxurların sıxlıqlar fərqinin mövcudluğu, eləcə
d
ə intruziyanın geniş yayılması ilə bilavasitə əlaqədardır.
Naxçıvan çökəkliyinin dərinlik geoloji quruluşunu (metamorfik funda-
mentin, el
əcə də çökmə qatın struktur-tektonik xüsusiyyətlərini) öyrənmək
m
əqsədi ilə qravitasiya sahəsi aralıq qat sıxlığının σ=2.30 q/sm
3
qiym
ətində
Buge düz
əlişi ilə reduksiya olunmuş, rejim düzəlişi də nəzərə alınmaqla qra-
vimetrik x
əritə 3, 5 və 10 km ortalaşdırma radiuslarında və “İZOTP” proqramı
əsasında transformasiya edilmişdir. Bu parametrlərdə də lokal anomaliyalar
x
əritələri və 3, 5 km radiuslarda anomaliyalar xəritəsi tərtib olunmuşdur.
C
ənubi-Sədərək-Naxçıvan maksimumu Naxçıvan çökəkliyində aşkar
edilmiş regional anomaliyadır. Bu maksimum Araz çayına paralel olaraq, onun
sol s
ahili boyunca şimal-qərbdən cənub-şərqə, Culfa şəhərinə qədər məsafədə
uzanaraq
əsas iki hissədən - Cənubi Sədərək və Qıvraq-Böyükdüz-Naxçıvan
n
əhəng maksimal çıxıntılardan ibarətdir (şək.1 Pr. II-II). Hər iki çıxıntının əsas
hiss
ələri İran ərazisindədir. Bu elementlərin Naxçıvan çökəkliyinə düşən
hiss
ələrinin forma və ölçülərinə görə onları regional anomaliya hesab etmək
olar [3]. Naxçıvan maksimumu Culfa şəhəri yaxınlığında uzanma istiqamətini
k
əskin (90
0
bucaq altında) dəyişərək antiqafqaz istiqaməti alır.
167
Naxçıvan çökəkliyinin qravitasiya sahəsi mənfi qiymətlərlə idafə olun-
maq
la yanaşı, ərazinin çox hissəsini regional minimum qravitasiya anoma-
liyaları tutur.
S
ədərək-Əbrəqunis minimumlar zonası. Bu zona Sədərək və Əbrəqunis
yaşayış məntəqələri arasında yerləşərək, əsasən üç hissədən: - Sədərək (I
1
), Diz
ə-
Qabullu (I
2
) v
ə Xincab-Əbrəqunis (I
3
) minumumlarından ibarətdir (şək.1.). Bu
minimumlar zonasının da əsas dominal uzanması ŞmQ-CŞq istiqamətindədir.
Lakin onun elementl
ərinin uzanması nisbi olsa da fərqlidir. Məsələn, Xincab-
Əbrəqunis minimumu əsasən yuxarıda qeyd olunan dominal istiqamətdə olsa
da, Diz
ə-Qabullu minimumunun uzanmasında əsas istiqamət şimaldan
c
ənubadır. Sədərək minimumu isə şimal-qərbdən çıxıntı şəklində olub, əsas
hiss
əsi İrəvan ərazisindədir.
D
əqiq qravimetri tədqiqatlar nəticəsində Naxçıvan çökəkliyində intişar
edilmiş çöküntü qatın geoloji quruluşu da öyrənilmişdir.
Regional qravitasiya elementl
ərinin fonunda bir-birindən lokal mini-
mumlar ayrılan və mövcud olan qalxımlara uyğun gələn bir sıra lokal maksi-
mumlar aşkar edilmiş, onların anomaliya xəritələri qurulmuşdur. Bundan baş-
qa, qravimetrik t
ədqiqatlarla Naxçıvan çökəkliyində lokal və regional xarakter
daşıyan tektonik qırılma zonaları da aşkar olunmuşdur.
ƏDƏBİYYAT
1.
Aslanov B
.S. Allahverdiyev Q.İ. Naxçıvan Muxtar Respublikasının qravitasiya sahəsində
əksi. Bakı, 2002, 30-37 s.
2.
Aslanov B.S. Naxçıvan MR-nın Böyükdüz-Sədərək sahəsində 1996-cı ildə aparılmış
qravimaqnit k
əşfiyyat işlərinin hesabatı (1-3/97 saylı q.d). Azərneftgeofizika trestinin
168
fondu, Bakı, 1999, 78-81s.
3.
Aslanov B.S. Naxçıvan MR-nın Nehrəm-Böyükdüz sahəsində 1996-cı ildə aparılmış
qravimaqnit k
əşfiyyat işlərinin hesabatı (1-3/96 saylı q.d). Azərneftgeofizika trestinin
fondu, Bakı, 1998, 63-65.
ВЫЯВЛЕННЫЕ РЕГИОНАЛЬНЫЕ АНОМАЛИИ В ГРАВИТАЦИОННОМ
ПОЛЕ В НАХЧЫВАНСКОЙ ВПАДИНЕ В РЕЗУЛЬТАТЕ ИССЛЕДОВАНИЙ
РЕГИОНАЛЬНОЙ РАЗВЕДКИ
О.А.РЗАЕВ
РЕЗЮМЕ
Классифицированы элементы потенциального поля (гравиметрические) Нахчы-
вана, по анализу которых предполагается новое представление о глубинном строении
региона. Отмечено, что по своему геологическому строению Нахчыван является слож-
нопостроенным регионом. По результатам геологических съемок в 50-х годах было от-
мечено, что в пределах Центральной Нахчывани существует впадина, приуроченная к
отложениям девона. Однако, наличие регионального гравитационного максимума (Кыв-
рак-Беюкдюз-Нахчыван) в этой же части Нахчывана, связанного с верхнепалеоЗой-
скими отложениями, оставляет под сомнением существование впадины. По изменению
значений третьей производной гравитационного поля отмечен ряд нарушений, которые
подтверждаются данными сейсморазведки. Сопоставление локальных аномалий в плане
свидетельствует о том, что между осадочными отложениями и глубинным строением
имеется геологическое несогласие.
Ключевые слова: гравиметрическая разведка, профиль, геосинклиналь, тектони-
ка, максимум, минимум.
REGIONAL ANOMALIES DISCOVERED IN THE GRAVITATION AREA IN
NAKHCHIVAN DEPRESSION AS A RESULT OF GRAVIMETRIC
EXPLORATION INVESTIGATION
O.A.RZAYEV
SUMMARY
Elements of Nakhchivan potential field, the analysis of which propose a new idea about
the deep structure of the region are classified. It is marked that Nakhchivan is a complicated
structural region by its geological structure. The geological survey of the 50s marks that there
exists a depression, within Central Nakhchivan confined to Devonian sediments. However,
presence of a regional gravitation maximum (Kivrac-Beyucduz- Nakhchivan) in this part of
Nakhchivan, connected with upper Paleozoic sediments, excludes presence of the depression.
By changes of the third derivative gravitation field value, a number of breaks which are con-
firmed by seismic survey data are noted. Comparison of local anomalies in the plan testify,
that there is a geological disagreement between sedimentary deposits and deep structures.
Key words: gravimetric exploration, profile, geosyncline, tectonic anomaly, uplift,
maximum, minimum.
Redaksiyaya daxil oldu: 13.12.2011-ci il
Çapa imzalandı: 09.01.2012-ci il
Dostları ilə paylaş: |