Açar sözl
ər: sosial təminat problemləri, sosial siyasət, humanitar yardım
Sosial siyas
ət fəaliyyət olmadan reallaşa bilməz. Çünki sosial siyasət siya-
si f
əaliyyətin tərkib hissələrindən biridir və yalnız siyasi fəaliyyətdə reallaşır.
Sosial siyas
ət çoxcəhətli prosesdir, o, mürəkkəb struktura malikdir (3, 25).
Müasir sosial n
əzəriyyədə onun müəyyənləşdirilməsi müxtəlif anlayış-
larla t
əyin olunur. Belə ki, müxtəlif insanlara, qruplara, birliklərə və s. müəy-
y
ən köməkliklər göstərilir ki, bu da nəticədə həmin subyektlərin sosial imkan-
la
rının gücləndirilməsinə şərait yaradır. Müxtəlif peşə sahibləri, təşkilatlar,
sosial birlikl
ər və s. cəmiyyətin sosial strukturunun formalaşmasında və sosial
layih
ələrin reallaşdırılmasında yaxından iştirak edir və sosial tələbatların
öd
ənildiyi əlverişli sosial mühitin yaradılmasına səbəb olur.
T
ələbatların ödənilməsi təminat mexanizmi olub, vətəndaşların konkret
sah
ədə özünü qabarıq şəkildə göstərən ehtiyaclarının ödənilməsi deməkdir.
Şəxsiyyətin mövcudluğunun və həyat fəaliyyətinin stimullaşdırılması isə dövlə-
tin sosial siyas
ət nəticəsində öz vətəndaşlarının hüquq və azadlıqlarını təmin
ed
ərək onların həyat şəraitini yaxşılaşdırmasıdır. Məhz bu fəaliyyət sosial iş
hesab olunur.
H
ələ eramızdan əvvəl 1750-ci ildə qədim Babilistan hakimi Hammurap-
92
pi t
ərəfindən tərtib edilmiş Ədalət Kontekstində həbs olunan insanların bir-
birin
ə dəstək olmaları tələbi qoyulmuşdu. E.ə 1200-cü ilə aid edilən qədim
İudeyanın yazılı mənbələrində isə qeyd edilirdi ki, Allah yəhudilərdən yoxsul
v
ə bədbəxtlərə yardım etmələrini gözləyir. Bu qanunlar əslində ehtiyacı olan
şəxslərə filantorpiya (xeyriyyəçilik) əsasında yardımın göstərilməsini tənzim-
l
əyirdi ki, bu da sosial yardımın ilk formalarından birini təşkil edirdi (2, 306).
Sosial siyas
ətin həyata keçirilməsində sosial işçi yaxından iştirak edir.
So
sial işçi anlayışı XIX əsrin sonlarından etibarən Amerika və Qərbi Avropa-
da yayılmağa başladı. II Dünya müharibəsindən sonra müstəqil ixtisas kimi
inkişaf etməyə başladı. Artıq dünyada sosial problemlərin araşdırılması, həll
edilm
əsi istiqamətində işlərin görülməsini bu sahədə ixtisaslaşmış adamlara
h
əvalə edilirdi.
S
osial iş bir peşəkar fəaliyyət kimi XIX əsrdə formalaşmağa başlamışdır.
İlk dəfə 1898-ci ilin yayında Kolumbiya Universitetində sosial iş üzrə sinif
açıldı. İngiltərədə də sosial iş demək olar ki, Amerika Birləşmiş Ştatları ilə
eyni zamanda yaranmışdır (2, 307).
Sosial işçini peşəkar funksiyaların realizəsi ilə bağlı məqsədin qoyulması
v
ə vəzifələrin qısaca və dürüst ifadə edilməsi, bu funksiyaların həlli üçün elmi
metodlardan istifad
ə edilməsi bacarığı; kollektivdə iş yoldaşları ilə birgə
işləmək qabiliyyəti; idarəetmə metodları ilə tanışlıq, icraçıların işini təşkil
etm
ək, idarəetmə qərarlarını tapmaq və qəbul etmək bacarığı; pedaqoji
f
əaliyyətin əsaslarına yiyələnmək; fənlərarası layihələrdə işləməyə hazırlıq;
insanda m
ənəvi və cismani, bioloji və sosial əsasların qarşılıqlı münasibətləri-
nin, insanın təbiətə və texniki inkişaf dövründə insanın təbiətdə mövcudluğun-
da ziddiyy
ətlərə və böhrana münasibətinin mənasının başa düşülməsi
s
əciyyələndirilməlidir (4 , 11, 12).
XX
əsrin sonları və XXI əsrin əvvəlləri artıq bu termin Azərbaycanda da
işlənilməyə başlandı. Hal-hazırda bu sahədə peşəkar işçilərə böyük ehtiyacı
var. Erm
əni işğalı nəticəsində bir milyona yaxın vətəndaşımızın qaçqın düş-
m
əsi ölkədə sosial qayğıları daha da artırdığından, bu problemlərin həllində
ixtisaslı sosial işçilərin xidməti əvəzsiz ola bilər. Dövlətimiz bu ehtiyacı hiss
etdiyind
ən artıq müvafiq sahədə kadrların yetişdirilməsi üçün müəyyən
addımlar atmağa başlamışdır.
İlkin olaraq sosial siyasi fəaliyyət könüllü, filantropiyalı və xeyriyyə
köm
əyi formasında fəaliyyət növü kimi yaranmışdır.
Könüllü f
əaliyyətin aşağıda qeyd etdiyimiz bir neçə istiqaməti vardır.
Əlillərə, kimsəsiz qocalara, aztəminatlı ailələrə, qaçqın və məcburi köçkünlərə
köməyin edilməsi, uşaq və gənclərə təhsil, idman, səhiyyə və digər sahədə
köməyin edilməsi və s. könüllü fəaliyyətin istiqamətlərindən hesab edilir.
Filantropiya isə ehtiyacı olanlara kömək məqsədilə həyata keçirilən könüllü
fəaliyyətdir. Bu fəaliyyəti həyata keçirənlər isə filantrop adlanırlar. Xeyriyyə
məqsədilə köməyin göstərilməsi də könüllülük prinsipi ilə həyata keçirilir.
93
Sosial iş ehtiyacı olanlara bir növ emosional olan şəxsiyyət münasibətlə-
rind
ə yaranır. Bu da öz növbəsində ayrı-ayrı sosial qrupların nümayəndələrinin
yaranmasına səbəb olmuşdur.
Sosial iş sistemi ictimai (inqilabdan əvvəlki Rusiyada və ya Skandinavi-
ya ölk
ələrinin müasir təcrübəsində olduğu kimi), eləcə də dövlət xarakteri
(sosial t
əminatın Sovet modelinə xas olduğu kimi) kəsb edə bilər. Müasir
şəraitdə xeyriyyəçilik sahəsində xüsusi və ictimai təşəbbüslərin artması
Rusiyada sosial iş sistemini dövlət-ictimai sosial iş kimi səciyyələndirməyə
imkan verir (4, 15).
Almaniyada sosial işçi məktəb ştatına daxil edilmişdir və o, imkansız
ail
ələrlə, zəif şagirdlərlə işləyir, asudə vaxtın səmərəli keçirilməsi məqsədilə,
valideynl
ər də cəlb olunmaqla, uşaq birlikləri yaradır (4, 35).
İstənilən inkişaf etmiş ölkələrin tarixində sosial işin növləri, formaları və
sosial probleml
əri arasında əlaqə tapmaq mümkündür. Sosial işin müxtəlif növ-
l
ərinin yaranması əsasən ölkənin inkişafının mədəni və milli xüsusiyyətləri ilə
şərtlənir. Bura eyni zamanda müxtəlif sosial institutların qarşılıqlı əlaqəsi, ictimai
düşüncənin, mədəniyyətin, elmin və təhsilin inkişaf səviyyəsi də təsir edir.
A
rtıq bu sahədə əldə edilən təcrübələrin nəticəsində hər bir sosial fəaliy-
y
ətin növləri üzrə olan şərtlər də konkretləşdiriləcəkdir. Bura müxtəlif sahələr
(respublika s
əviyyəsindən yerli səviyyəyə kimi), o cümlədən, siyasi, iqtisadi,
sosial-psixoloji v
ə etnik-milli sahələr də daxildir. Müvafiq halda sosial insti-
tutlara v
ə sosial işin reallaşdırma metoduna bir vasitə kimi baxmaq lazımdır.
Bu
əlaqədə sosial xidmətin və sosial siyasi fəaliyyətin praktiki təşkilinin
əsasının ayrılması mühüm əhəmiyyət kəsb edir. Sosial-siyasi fəaliyyətin müx-
t
əlif formalarının və növlərinin təsnifatlandırılması əsasında müxtəlif əsaslar
yarana bil
ər. Məsələn, müəyyən insanın və ya qrupun fəaliyyəti ilə, digər
xidm
ətlərlə, təsisatlarla və təşkilatlarla əlaqəli işləri nümunə göstərmək olar.
Birinci halda, insan probleml
ərinin xarakteri haqqında (boşanma, iş yerinin
itirilm
əsi, yaxınlarının ölümü, əlillik və s.), digər halda müştərilərin xüsusiy-
y
ətləri haqqında danışmaq olar. Müştərilərin xüsusiyyətləri haqqında danışar-
k
ən ilk növbədə onun timsalında cəmiyyət, fərd və qruplar nəzərə alınır.
İkinci halda, fəaliyyət sferası üzrə məsələlərlə bağlı söhbət gedərkən,
dig
ər xidmətlərlə olan (təsisatlar, assosiasiyalar və s.) qarşılıqlı təsir ilə bağlı
probleml
ər nəzərə alınır. Digər tərəfdən bu təşkilatların statusları haqqında
danışarkən bəzi məsələlərə diqqət etmək lazımdır. Əsas kimi müştəri anlayışı-
nı götürsək, bu zaman aşağıdakı xidmətlər haqqında danışmaq mümkündür:
1.
Əhaliyə sosial köməyin əsas məqsədləri aşağıdakılardan ibarətdir:
a) sosial risk qruplarının və ailələrin müəyyənləşdirilməsi. Onlara aşağı-
da
kılar aid edilir: çoxuşaqlı, tamamlanmamış, tələbə ailələri; əlillərə malik
ail
ələr; qeyri-əlverişli yaşayış şərtlərində yaşayanlar; tənhalar; yaşlılar;
b) mü
əyyən ailə və qruplar üzrə maddi, tibbi, hüquqi, psixoloji-pedaqoji,
sosial m
əişət və digər zəruri köməyin göstərilməsi;
94
v) yaşlıların və köməyə ehtiyacı olan uşaqların müəyyənləşdirilməsi,
onların qarşılaşdıqları çətinliklərdə dəstəklənməsi, müdafiəsi, reabilitasiyası;
q) z
əruri hallarda bu məqsəd üçün mütəxəssis psixoloqların, pedaqoqla-
rın və digərlərin cəlbi.
2.
Sosial b
ərpanın əsas məqsədi çətin həyati vəziyyətə düşənlərə so-
sial köm
ək etməkdən ibarətdir. Bura təcridxanadan qayıdanlar, tərbiyəvi təhsil
v
ə müalicə-profilaktika təsisatlarından qayıdanlar aiddir.
3.
M
əsləhət xidmətləri vasitəsilə müxtəlif növ ailələrə köməyin gös-
t
ərilməsi (bura tanışlıq, tibbi kabinetlər, pedaqoji xidmətlər və s. aiddir) ;
Qeyd etm
ək lazımdır ki, fəaliyyət sferasının əsası kimi aşağıdakı xidmət-
l
ər göstərilə bilər:
- Sosial m
əişət xidmətləri: bu xidmətin əsas məqsədi yaşlı, tənha, əlil in-
sanlara t
əqdim olunan xidmətin genişləndirilməsidir. Müvafiq kateqoriyadan
olan insanlara xüsusi yaşayış evlərinin tikintisinə kömək, əlillərə protez-orto-
pedik t
əminat sisteminin təkmilləşdirilməsi və inkişafı.
- Ail
ə istirahəti: Onun əsas məqsədi ailə turizminin, ekskursiyalarının,
ail
əvi istirahətin təşkili, ailəvi istirahət mərkəzlərinin, klublarının və s. yaradıl-
mas
ının stimullaşdırılması.
- Nizam-
intizamdan yayınanların sosial profilaktikası: (bu prosesin əsas
m
əqsədi cinayətkarlığın, alkoqolizmin, narkomaniyanın, qanun pozuntularının
az
yaşlılar arasında qarşısının alınması) təhsil müəssisələrində azyaşlıların pro-
filaktika sisteminin ya
radılması və fəaliyyət göstərməsinin dəstəklənməsi və s.
Sosial xidm
ət təsisatlarının fəaliyyətinin əsaslarını hüquqi vəziyyət təşkil
edir. F
əlsəfi və sosial psixologiyanın bəzi prinsipləri sosial-siyasi fəaliyyətin
metodoloji prinsipl
ərinin əsası kimi çıxış edir. Determinizm prinsipi, qnoseoloji
yanaşma prinsipi, fəaliyyətin və düşüncənin vahidlik prinsipi belələrindəndir.
Bel
əliklə, sosial-siyasi fəaliyyət dinamik sistem kimi iki əsas bölmədən
ibar
ət ola bilər:
1) N
əzəri-metodoloji (fundamental metodologiya, qanunlar, aparat, ka-
teqoriya)
2) T
ətbiqi (sosial-praktiki sahə, nəzəri və empirik biliyin idarəetmə əlavə-
si, c
əmiyyətdə sosial problemləri həll etmək imkanlarına malik elmi təmi nat).
Sosial siyas
ət sferasının praktiki fəaliyyəti çoxtərəflidir. Cəmiyyətin təş-
ki
linin aşağı səviyyəsində (fərd, sosial qrup və s.) o, özündə aşağıdakıları eh-
tiva edir: şəxsiyyət və qruplar üzrə münasibətlərin tənzimlənməsi; sosial xid-
m
ətin təşkili; münaqişələrin lokallaşdırılması və xəbərdar edilməsi, sosial məs-
l
əhət və şəxsiyyətin tələbatları və maraqlarının, dəyərlərinin, hiss və fikirlə-
rinin nəzərə alınması.
Şəxsiyyət və qruplar arasındakı münasibətlərin tənzimlənməsi cəmiyyə-
tin təşkilində əsas amil hesab olunur. Belə ki, cəmiyyət sırf insanlar arasındakı
münasibətlər sferası olduğu üçün bu münasibətlərin təkmil olması vacibdir.
Sosial xidmətin təşkili cəmiyyətdə sosial tələbatların ödənilməsi sahəsin-
95
də vətəndaşlara göstərilən təhsil, səhiyyə, mədəni və s. sahədə xidmətləri
özündə ehtiva edir.
Münaqişələrin lokallaşdırılması, şəxsiyyətin maraqlarının, dəyərlərinin
nəzərə alınması da sosial fəaliyyətin tərkib hissələrindən biridir. Burada cəmiy-
yətdə sağlam sosial mühitin yaradılması, şəxsiyyətin formalaşması üçün şəraitin
təşkil edilməsi və s. əsas götürülür.
Bundan başqa sosial siyasi fəaliyyətin humanizm və humanizmin mahiy-
yəti barədə danışmaq lazımdır. Ümumiyyətlə, ədəbiyyatlarda humanizm kate-
qo
riyası geniş tətbiq olunur. Adətən o, insanpərvərlik, mehribanlıq və xeyir-
xah
lıqla ifadə olunur. Humanizm fransız sözü olub ("humanisme") insanlıq,
insan
ları sevmək deməkdir. Humanizm - fərdin və cəmiyyətin rasional və
emosional sferasına istiqamətlənir. Bu ideya və təsəvvürlərin ümumi sistemi
olmaqla, insan şəxsiyyətinin özünü qiymətləndirir, onun azadlıq üzrə hüququ-
nu, xoşbəxtliyini, inkişafını və öz imkanlarını inkişaf etdirir. Məşhur humanist
filosof Piter Singer qeyd edirdi ki, humanistlər digər canlılara qarşı həyata
keçirilən qəddar istismara qarşı çıxmalıdır.
Humanizm dünyagörüşü insan hüququnun ayrılmaz hissəsidir. O, insa-
nın dinindən, irqindən, yaş və cinsindən, sosial xüsusiyyətlərindən asılı deyil-
dir. Buna görə də, sosial iş humanizm mentalitetinin praktiki reallaşdırılmasını
təmin edir.
Humanizm nöqteyi-
nəzərindən iki xüsusiyyət müəyyənləşir:
Birincisi, sosial ədalət prinsipi humanizmin əsasını təşkil edir. Onun
mahiy
yəti, dövlətin və cəmiyyətin əsas öhdəliyi kimi hər bir fərdin uğurlu so-
sial inkişafını maksimal olaraq bərabər imkanlar çərçivəsində təmin etməkdir.
Sosial ədalətliliyin dəstəklənməsi sosial sistemin dayanıqlığını, həyat qabiliy-
yətini, elastikliyini və s.-ni artırır.
İkincisi, humanizm prinsipi fərdin bütün hüquqlarının həyata keçirliməsini
tələb edir. O, digər tərəfdən insan azadlığının bütün sferalarını məhdudlaşdırır.
Humanizmə görə həqiqəti tapmaq bütün insanların təbii hüququdur. Amma
həqiqəti tapmaq yolunda həyata keçirilən bütün üsullar humanist olmalı, heç
bir mənfi vəziyyət yaratmamalıdır.
Sosial humanizm peşəkar etika prinsipləri baxımından tənzimlənir. Bi-
r
inci halda, fəaliyyət nəticəsində müəyyənləşən etibarlı istifadə öhdəliyi. İkinci
halda müştərilərin dini, milli, irqi, yaş, sosial və s. (qanun çərçivəsindən çıx-
ma
yan) xüsusiyyətləri nəzərdə tutulur.
Beləliklə, sosial siyasi fəaliyyətin peşəkar-mənəvi prinsiplərinin əsasında
humanizm durur. Bu da öz növbəsində bütün sosial fəaliyyətin əsasını təşkil edir.
Eyni zamanda sosial iş sistemində sosial münasibətlərin spesifikasına
xüsusi diqqət ayırmaq lazımdır. Sosial münasibət cəmiyyətin sosial strukturun-
da müəyyənləşən vəziyyətdir. Onların əsasını cəmiyyətdə ayrı-ayrı fərd və
qrup
ların vəziyyətində müəyyən münasibətlər təşkil edir. Onlar daima iqtisadi,
siya
si və digər ictimai qarşılıqlı əlaqədə mövcud olur.
96
Digər tərəfdən, sosial münasibət fərdlərin müəyyən dayanıqlı sistem
əlaqələridir ki, onlar da cəmiyyətdə mövcud şəraitdə bir-biri ilə qarşılıqlı əlaqə
prosesində formalaşır. Sosial münasibətlərin əsas tərkib hissələrindən biri
şəxsiyyətlərarası münasibətlərdir. Bu münasibətlər sferasından asılı olmayaraq
(rəsmi, qeyri-rəsmi, işgüzar və s.) sosial münasibətlərin formalaşmasında
yax
ından iştirak edir.
Sosial münasibətlərin müəyyənləşdirilməsində ciddi tələbat mövcuddur.
Müvafiq yanaşma insanların sosial münasibətələrinin sosial işçilər tərəfindən
ilk
in olaraq nəzərə alınmasına imkan verir, ikincisi, sosial münasibətləri müəy-
yən ictimai mexanizimlərdə, sosial institutuların davamlı olaraq qarşıqlı təsi-
rində özünü göstərir.
Ümumiyyətlə, sosial iş cəmiyyətdə sosial inkişafa nail olunmaq məqsə-
di
lə insanların daha yaxşı fəaliyyət göstərməsinə yardım etmək üçün onlara
əlverişli şəraitin və geniş imkanların yaradılmasıdır.
Beləliklə, sosial iş modelinin formalaşmasında iki qrup faktorların nəzə-
rə alınması zəruridir: ayrı-ayrı regionlarda müxtəlif qrup və kateqoriyaların hə-
yat təminatı şərtləri və sosial mövqe üzrə xüsusiyyətlər; mövcud subyektlər və
yenilər arasında yaranmış sosial münasibətlər.
Müasir Azərbaycan şərtlərində sosial iş dövlətin sosial siyasətinə əsasla-
nır. Buna görə də, bütün münasibətləri birinci, ikinci və üçüncü olaraq müəy-
yənləşdirmək olar.
İlkin münasibətlər - sosial münasibətdə yaranan münasibətlər olub, müş-
təri və onun yaxın ətrafı tərəfindən tərtib olunur. Bu münasibətlər lokal olub
fərdlər arasında yaranır və formalaşır. Bu cür qrupların nümayəndələri sosial
hadisələri eyni qiymətləndirirlər, eyni zamanda bu cür qrupların əsas xüsusiy-
yətlərinin öyrənilməsi müştərilərin problemlərinin müəyyənləşdirilməsinə və
köməyin təşkilinə imkan verir.
İkinci növ münasibətlər - müxtəlif sosial qruplarda müştərilərin iştirakı
ilə müəyyən olunur (bura, ərazi, dini, etnik və s. qrupları aiddir). Bu cür qrup-
la
rın sosial-psixoloji xüsusiyyətləri müştərilərin problemlərinin yaranmasına
təsir edir.
Üçüncü növ münasibətlər - fərdlərin vətəndaş rolları və onların öz im-
kan
larını reallaşdırma xüsusiyyətləri ilə şərtlənir. Müvafiq prosesə bir çox
tədqiqatçılar müştərinin problemlərinin əsas xüsusiyyətlərinə sosial müna-
sibətlərin təsiri kimi baxırlar. Onlar qeyd edirlər ki, sosial işin əsasını müxtəlif
növ münasibətlərin xüsusiyyətlərinin uçotu təşkil edir. Birinci növ münasibət-
lərdə yaranan problemlər kliniki-terapevtik müdaxilələri tələb edir; ikinci növ
münasibətlərdə - təşkilatı dəyişiklikləri; üçüncü növ isə – yeni dəyərlərin və
sos
ial siyasətin formalaşmasını tələb edir. Buna görə də sosial işin formalaş-
dırılması məqsədilə bu münasibətlərə kompleks halda baxmaq lazımdır.
Sosial həyat insanlara sosial işin reallaşdırılma üsullarının seçimini şərt-
ləndirir. Bu baxımdan sosial münasibətlər sosial işin əsas tərkib hissəsi kimi
97
çıxış edir. Sosial işin optimallaşdırılması sosial həyatın mədəniyyətinin artırıl-
ma
sına imkan verir. Sosial işin önündə dayanan məsələlərin həlli müxtəlif
üsul
larla əldə olunur.
-
birincisi, planauyğun və ciddi nəzəri və metodoloji məsələlərin hazır-
lan
ması;
-
ikincisi, müxtəlif regionlarda və xaricdə sosial işin təşkilinin öyrənil-
məsi, sosial xidmət mərkəzləri modelinin işlənilməsi;
-
üçüncüsü, sosial siyasi fəaliyyət üzrə məsələlərin həlli digər elmlərin
köməyi ilə həyata keçirilə bilər. Onlar digər elmlərlə sıx bağlıdır (məsələn,
politologiya, psixologiya, pedaqogika, fəlsəfə və s.).
Sosial problemlərin öyrənilməsində multiparadiqmalı yanaşmanın tətbiq
imkanları sosial problemlərin sosiologiyası, bir sıra məktəb və istiqamətlərin iki
əsas nəzəri paradiqması - obyektivist və subyektivist yanaşmalar ilə bağlıdır.
Obyektivist və faktualist yanaşma XIX əsrdə müsbət ənənələr kimi üzə
çıxmışdır. Sosial problem anlayışı dedikdə cəmiyyət həyatını məhv edən real
mövcudluq
və şərait nəzərdə tutulur. Obyektivist yanaşmanın müəyyənləşdir-
di
yi nəzəriyyə sosial problemi sosial patologiya, yenidən təşkil (E.Dyurk-
qeym), sosial institutların disfunksiyası və deviant davranış (T.Parsons,
R.Merton), sosial qru
plar arasında münaqişə (K.Marks və b.) kimi nəzərdən
ke
çirir. Obyektivistlərin diqqəti daha çox mövcud vəziyyətin təsvirinə, onun
yaran
ma səbəblərinə cəmlənmişdir.
Subyektivistlərin hesab etdikləri kimi sosial problemlərin yaranması üçün
ilkin zəmin mövcuddur. Subyektivin ənənələri özünə münaqişə dəyərliliyi kimi
yanaşmanı (R.Fuller, R.Mayers), problemin kollektiv müəyyənləşdirilməsini
(Q.Blumer), stiqmatiza (Q.Bekker, E.Demart) sosial konstruktivizmi (M.Spektor,
D.Kitsyuz və s.) seçmişdir. Subyektivistlər hesab etmişlər ki, cəmiyyət sosial
problemlərin mövcudluğunu qəbul etdikcə, o onun üçün mövcud deyildir.
Eyni zamanda R.Fuller və R.Mayers (1941) üçüncü yanaşmanın əsasını
qoymuşlar. Onlar belə bir fikir irəli sürmüşlər ki, hər bir sosial problem öz
strukturuna malikdir və obyektiv şərtlərdən və subyektiv müəyyən etməkdən
iba
rətdir. Obyektiv şərtlər anlayışı altında onlar nəzərdə tutulmayan vəziyyəti,
subyektiv şərtlər anlayışı altında fərdlər tərəfindən dərk edilmiş, onların dəyər-
lərinə təhlükə yaradan vəziyyəti başa düşürdülər.
Sosial problemlər daha çox aşağıdakılarla bağlıdır:
-
birincisi, sosial sahə səviyyəsinin qarşılıqlı təsiri ilə;
-
ikincisi, sahənin mövcud vəziyyəti ilə;
-
üçüncüsü, sosial sahənin mürəkkəblik səviyyəsi ilə.
Sosial p
roblemin mürəkkəbliyinin müəyyənləşdirilməsi üçün sistem mo-
deli cəmiyyətə üç səviyyədə baxılmasını təklif edir: makro,-mezo-və mikro-
səviyyə. Sosial problemlər bu səviyyələrin istənilən birində baş verməklə,
onun əsas xüsusiyyətlərini, miqyasını, lokallaşdırma yerini, sosial nəticələrini
və s. müəyyən edir. Mikrosəviyyədə baş verən sosial problemlər kiçik və tez
98
həll olunandır. Bu yalnız müəyyən çərçivədə baş verir və vaxtında aradan qal-
dırılırsa, irimiqyaslı mənfi nəticələr vermir. Lakin bu problemin həll edilmə-
məsi nəticədə mezosəviyyəyə keçərək daha böyük problemlərə yol açır, prob-
le
mi daha böyük sferaya daşıyır. Makrosəviyyəli problemlər isə daha böyük
müs
təvidə yaranır və onun həlli sırf sosial idarəetmədə köklü dəyişikliklərin
ol
masını tələb edir.
Dostları ilə paylaş: |