|
Baki universitetiNİn xəBƏRLƏRİ5-13
BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ
№4
Humanitar elmlər seriyası
2011
DİLÇİLİK
UOT 81”37; 003; 81”22
FOLKLORDA ŞƏXS ADLARININ TƏKRARININ
ÜSLUBİ İMKANLARI
T.M.HACIYEV*, N.M.HACIYEVA**
Bakı Dövlət Universiteti*
AMEA Nəsimi Dilçilik İnstitutu**
zvezda389@mail.ru
Məqalədə dastan və nağıllarda işlədilmiş şəxs adlarının üslubi xüsusiyyətlərindən olan
təkrarın müxtəlif formaları və bu formaları meydana çıxaran məqsəddən bəhs olunur.
Göstərilir ki, təkrar, əsasən üslubi məqsəd daşısa da, bəzən daha çox informativ yükə malik
olur. Şəxs adları müraciət məqamında işlənərkən əsas məqsəd emosional-ekspressiv məzmun
yaratmaqdır. Təsdiq məqamında isə təkrarın təyinedici üzvlə işlənməsi əhəmiyyət daşıyır. Bu
məqamda təkrarın “ki” ədatı ilə işlənməsi ekspressiyanı daha da gücləndirir. Bəzən təkrar
ediləsi ad ellipsisə uğrayır və təyinedici üzv onu əvəz edir ki, bu fakt danışıq dilinin qənaət
meyli ilə bağlıdır.
Dostları ilə paylaş: |
|
|